Yüksək Texnologiyalar Parkı

Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2425 nömrəli sərəncamı ilə yaradılıb.

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında keçirilən Ekspertlər Şurasının növbəti iclasında ADNSU, SOCAR Gre...
18/06/2026

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında keçirilən Ekspertlər Şurasının növbəti iclasında ADNSU, SOCAR Green, GOFAR və Azerconnect Group Solutions şirkət və təşkilatlarının rezidentliyi təsdiqlənib.

Yeni rezidentlər tərəfindən süni intellekt, yaşıl enerji texnologiyaları, elektromobillik infrastrukturu və rəqəmsal transformasiya istiqamətlərində layihələr həyata keçiriləcək, universitet-sənaye əməkdaşlığı gücləndiriləcək və insan kapitalının inkişafına töhfə veriləcək.

Bu təşəbbüslər “SABAH.city” İnnovasiya Şəhərçiyinin innovasiya, tədqiqat və texnologiya transferi üzrə regional mərkəz kimi inkişafını daha da sürətləndirəcək.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://ytp.az/media/97

15 İyun — müasir Azərbaycanın dövlətçilik tarixinin xilas və dirçəliş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin sarsıl...
15/06/2026

15 İyun — müasir Azərbaycanın dövlətçilik tarixinin xilas və dirçəliş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin sarsılmaz iradəsi ilə başlanan bu böyük qayıdış, bu gün ölkəmizin qüdrətli və suveren gələcəyini təmin edib.

Milli Qurtuluş Günümüz mübarək olsun!

Yüksək Texnologiyalar Parkı beynəlxalq startaplar üçün “NEXUS Soft Landing” proqramını elan edir! 🚀Yüksək Texnologiyalar...
04/06/2026

Yüksək Texnologiyalar Parkı beynəlxalq startaplar üçün “NEXUS Soft Landing” proqramını elan edir! 🚀

Yüksək Texnologiyalar Parkı və SABAH.lab-ın birgə əməkdaşlığı çərçivəsində icra olunan NEXUS Soft Landing proqramına qeydiyyat rəsmi olaraq açıq elan edilib. “SABAH.city” layihəsi çərçivəsində həyata keçirilən proqramın əsas məqsədi iştirakçı startap və texnologiya şirkətlərinin Azərbaycan bazarına daha rahat daxil olmasını təmin etmək, onların yerli innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirmək, tərəfdaşlıqlar qurmasına və regional miqyasda inkişaf etməsinə dəstək olmaqdır.

Proqram iştirakçılara aşağıdakı imkanları təqdim edir:

🔹İnfrastruktur və iş məkanlarına çıxış
🔹Mentorluq və biznes üzrə istiqamətləndirmə
🔹Hüquqi və inzibati dəstək
🔹Mədəni və biznes mühitinə uyğunlaşma üzrə yönləndirmə
🔹Bazara inteqrasiya və şəbəkələşmə imkanları

NEXUS Soft Landing proqramı ölkəmizin regionun əsas innovasiya mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

📩 Proqram və müraciət prosesi ilə bağlı suallar üçün [email protected] e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Hələ universitetdə oxuyarkən real iş təcrübəsi qazana biləcəyinizi bilirdiniz? Yüksək Texnologiyalar Parkı və “SABAH.aca...
18/05/2026

Hələ universitetdə oxuyarkən real iş təcrübəsi qazana biləcəyinizi bilirdiniz?

Yüksək Texnologiyalar Parkı və “SABAH.academy” dəyərli tərəfdaşlarımız DHL və Q-STP ilə birlikdə tələbələr üçün strukturlaşdırılmış təcrübə proqramını təqdim edir. 🚀
“SABAH.city” innovasiya şəhərciyi layihəsi daxilində həyata keçirilən proqramın əsas məqsədi tələbələrin nəzəri biliklərini real sənaye mühitində tətbiq etməsinə imkan yaratmaq, onların peşəkar bacarıqlarının inkişafına və əmək bazarına uyğun mütəxəssis kimi formalaşmasına dəstək göstərməkdir.
Hal-hazırda vakansiyaların açıq olduğu istiqamətlər aşağıdakı kimidir:

▪️ Maliyyə və inzibati işlər
▪️ Əməliyyatlar və təchizat zənciri
▪️ Satış və müştəri xidmətləri
▪️ Sağlamlıq və təhlükəsizlik
▪️ İnsan resursları
▪️ Planlama

Proqram müvafiq sahələrdə təhsil alan və 3-cü və ya 4-cü kursda təhsil alan tələbələr üçün uyğundur.

Namizədlər müraciət forması vasitəsilə maraqlandıqları vakansiyanı seçərək müraciət edə bilərlər.

Müraciət et: https://forms.gle/YXvkkdQ8SLPdL3mEA

Axtarılan istiqamət üzrə uyğun vakansiya mövcud olmadığı halda, namizədlər maraq göstərdikləri sahəni müraciət formasında qeyd edə bilərlər. Təqdim olunan məlumatlar gələcək imkanlar üzrə namizədlərin nəzərdən keçirilməsi məqsədilə saxlanılacaq.

Qeyd edək ki, vakansiyalar mütəmadi olaraq, hər həftə yenilənəcək. İlkin seçim mərhələsini uğurla keçən namizədlər növbəti mərhələdə müsahibəyə dəvət olunacaqlar.

Azərbaycanda fəaliyyət göstərən startapların beynəlxalq bazarlara çıxışını dəstəkləyən “NEXUS Launchpad” proqramına müra...
14/05/2026

Azərbaycanda fəaliyyət göstərən startapların beynəlxalq bazarlara çıxışını dəstəkləyən “NEXUS Launchpad” proqramına müraciət artıq açıqdır! 🚀

Proqram çərçivəsində startaplar Türkiyə, Qazaxıstan, İsrail və digər tərəfdaş ölkələrdə fəaliyyət göstərən innovasiya ekosistemlərinə çıxış əldə edəcəklər.

Proqram iştirakçıları aşağıdakı imkanlardan faydalana biləcəklər:
- İnfrastruktur və iş sahəsinə çıxış
- Mentorluq və biznes dəstəyi
- Hüquqi və inzibati dəstək
- Netvörkinq və müvafiq ekosistemə inteqrasiya
- Yerli bazar və biznes mühiti ilə tanışlıq

Kimlər müraciət edə bilər?
- Texnologiya yönümlü startaplar (3-7 il təcrübə üstünlükdür)
- Bazarda təsdiq və ilkin inkişaf (traction) əldə etmiş komandalar
- Güclü MVP və böyümə potensialı
- Qlobal genişlənməyə hazır komandalar

Proqram çərçivəsində seçilmiş startapların tərəfdaş ölkələrdə müəyyən müddət fəaliyyət göstərməsi və proqram fəaliyyətlərində fiziki iştirak etməsi nəzərdə tutulur.
Proqram Yüksək Texnologiyalar Parkı və “SABAH.lab” əməkdaşlığı ilə, “SABAH.city” innovasiya şəhərciyi layihəsi çərçivəsində həyata keçirilir.

Müraciət və daha ətraflı məlumat üçün bio-dakı linkə keçid edin✅.

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.Müasir Azərbaycanın qurucusu olan Heyd...
10/05/2026

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.

Müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, uzaqgörən siyasəti və xalqına bağlılığı ölkəmizin inkişaf tarixində silinməz iz qoyub. Onun təhsil, elm və innovasiya sahələrinə verdiyi xüsusi önəm bu gün də Azərbaycanın gələcəyinə istiqamət verən əsas dəyərlərdəndir.

Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

____
Today marks the anniversary of the birth of the National Leader of Azerbaijan, Heydar Aliyev.

As the founder of modern Azerbaijan, Heydar Aliyev’s philosophy of statehood, visionary leadership, and deep commitment to his people left an indelible mark on the country’s development history. The special importance he placed on education, science, and innovation continues to shape the core values guiding Azerbaijan’s future today.

We honor and remember the cherished memory of the National Leader with deep respect and gratitude.

9 May- Faşizm üzərində Qələbə Günü münasibətilə, azadlıq və sülh uğrunda mübarizə aparmış bütün qəhrəmanların xatirəsini...
09/05/2026

9 May- Faşizm üzərində Qələbə Günü münasibətilə, azadlıq və sülh uğrunda mübarizə aparmış bütün qəhrəmanların xatirəsini dərin ehtiramla anırıq.🇦🇿 Bu tarix, insanlığın faşizmə qarşı birliyinin və qətiyyətinin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.

Qələbənin əldə olunmasında misilsiz fədakarlıq göstərən qəhrəmanların şücaəti, vətən sevgisi və mübarizə ruhu hər zaman böyük hörmətlə yad edirik.
——
On the occasion of May 9 – Victory Day over Fascism, we honor with deep respect the memory of all heroes who fought for freedom and peace. 🇦🇿 This date holds special significance as a symbol of humanity’s unity and determination against fascism.

We always remember with great respect the courage, patriotism, and spirit of struggle demonstrated by the heroes who made unparalleled sacrifices in achieving this victory.

“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə olunub.Aprelin 29-da Elm...
30/04/2026

“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə olunub.
Aprelin 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektorları, “SABAH.HUB” İnnovasiya Mərkəzinin baş icraçı direktoru və sözügedən qurumların nümayəndə heyətlərinin iştirakı ilə “SABAH.city” layihəsi çərçivəsində görüş keçirilib.
Görüş zamanı ali təhsil müəssisələrinin “SABAH.city” şəhərciyində rolu, burada həyata keçiriləcək birgə layihələr və mövcud imkanlar haqqında ətraflı məlumat verilib. Daha sonra ali təhsil müəssisələrinin şəhərcikdə gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlər geniş müzakirə olunub.
Sonda görüş iştirakçıları “SABAH.city” innovasiya şəhərciyinin birinci fazası üzrə tikinti ərazisi ilə tanış olublar.

__
The opportunities to be created for higher education institutions within the SABAH.city innovation campus were discussed.
On April 29, a meeting was held within the framework of the SABAH.city project, jointly organized by the State Agency for Science and Higher Education and the High-Tech Park. The meeting brought together the rectors of Baku State University (BSU), Azerbaijan Technical University (AzTU), and Azerbaijan State Oil and Industry University (ASOIU), as well as the Chief Executive Officer of the SABAH.HUB Innovation Center and delegations from the respective institutions.
During the meeting, detailed information was provided on the role of higher education institutions within the SABAH.city campus, as well as on planned joint projects and available opportunities. Subsequently, issues related to the organization of the institutions’ future activities within the campus were extensively discussed.
At the end of the meeting, participants visited the construction site of the first phase of the SABAH.city innovation campus.

"SABAH.city" layihəsində işlər plan üzrə və sürətlə davam edir. Layihənin ilk fazası üzrə nəzərdə tutulan ofis binaların...
07/04/2026

"SABAH.city" layihəsində işlər plan üzrə və sürətlə davam edir. Layihənin ilk fazası üzrə nəzərdə tutulan ofis binalarının təməlləri atılır , gələcəyin innovasiya şəhərinin infrastrukturu addım-addım formalaşır.

Hər yeni mərhələ ilə "SABAH.city" daha da böyüyür və Azərbaycanın innovasiya gələcəyini formalaşdıran ən vacib layihələrdən birinə çevrilir. Burada yaradılacaq mühit elm, texnologiya, startaplar, biznes və istedadlı gəncləri eyni məkanda bir araya gətirərək yeni ideyaların, tərəfdaşlıqların və uğur hekayələrinin yaranmasına imkan verəcək.
____

Work on the SABAH.city project is progressing rapidly and according to plan. The foundations of the office buildings planned for the first phase of the project are now being laid, while the infrastructure of the innovation city of the future is taking shape step by step.

With each new stage, SABAH.city continues to grow and is becoming one of the most important projects shaping Azerbaijan’s innovation future. The environment being created here will bring together science, technology, startups, businesses, and talented young people in one place, enabling the emergence of new ideas, partnerships, and success stories.

Address

Xatai Ray. , Əhmədli Qəsəbəsi
Baku
AZ1034

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+99412376 9736

Alerts

Be the first to know and let us send you an email when Yüksək Texnologiyalar Parkı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yüksək Texnologiyalar Parkı:

Share