Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb

Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb Первая и единственная офицальная страница школы #23
(211)

Məktəbimizdə dərsdənkənar asudə vaxtın təşkili uğurla davam edir! Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların...
23/06/2026

Məktəbimizdə dərsdənkənar asudə vaxtın təşkili uğurla davam edir!
Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və praktiki bacarıqlara yiyələnməsi təhsil ocağımızın qarşısında duran əsas hədəflərdəndir.
Bu məqsədlə 2ç sinif şagirdləri sinif rəhbəri Laşinina Vera müəlliminin təşkilatçılığı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya etmişlər. Ekskursiya zamanı şagirdlər milli-mədəni irsimizlə yaxından tanış olmuş, qədim yaşayış tərzi, adət-ənənələr və arxeoloji tapıntılar haqqında maraqlı məlumatlar əldə etmişlər.
Şagirdlərin böyük marağına səbəb olan bu ekskursiya onların biliklərinin zənginləşməsinə və dünyagörüşlərinin formalaşmasına mühüm töhfə vermişdir.

Məktəbimizdə 1-ci sinif şagirdlərinin ibtidai təhsilin ilk mərhələsini uğurla başa vurması münasibətilə rəngarəng və mar...
23/06/2026

Məktəbimizdə 1-ci sinif şagirdlərinin ibtidai təhsilin ilk mərhələsini uğurla başa vurması münasibətilə rəngarəng və maraqlı tədbir təşkil olunmuşdur.
Sinif rəhbəri Mustafazadə Nigar müəlliminin təşkilatçılığı ilə keçirilən tədbirdə 1ç sinif şagirdləri öz bacarıq və istedadlarını nümayiş etdirərək, hazırladıqları çıxışlar, səhnəciklər və musiqi nömrələri ilə hər kəsə xoş anlar yaşatmışlar.
Onların sevinc dolu çıxışları valideynlər və müəllimlər tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.

23/06/2026

Peşəyönümlü inkişaf layihəsinin çərçivəsində 4-cü qrupa hazırlanan 11-ci sinif şagirdlərimiz Lux International Hospitalın hospitan qonaqları oldular.
Bu səfər onlar üçün sadəcə bir ekskursiya deyil, gələcəyə açılan bir pəncərə idi. Şagirdlər real iş mühitini yaxından görərək, həkim peşəsinin məsuliyyətini, incəliyini və insan həyatındakı əhəmiyyətini hiss etdilər.
Belə təcrübələr gənclərin dünyagörüşünü genişləndirir, onların maraq dairəsini formalaşdırır və ən əsası — gələcək peşə seçimində daha şüurlu qərar vermələrinə kömək edir.
Gözlərindəki maraq, verdikləri suallar və hiss olunan həyəcan bir daha göstərdi ki, doğru istiqamət göstərildikdə hər bir gənc öz yolunu tapmağa qadirdir.

16/06/2026
Məktəbimizdə Rəqəmsal Böyük Summativ Qiymətləndirmə davam edir.
11/06/2026

Məktəbimizdə Rəqəmsal Böyük Summativ Qiymətləndirmə davam edir.

Məktəbimizdə ingilis dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə davam edir.
09/06/2026

Məktəbimizdə ingilis dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə davam edir.

Bu gün 8c sinfində rus dili fənnindən  Rəqəmsal Böyük Summativ Qiymətləndirmə keçirildi.
09/06/2026

Bu gün 8c sinfində rus dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə keçirildi.

5ç sinfində ingilis dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə keçirildi.
09/06/2026

5ç sinfində ingilis dili fənnindən Rəqəmsal Böyük Summativ Qiymətləndirmə keçirildi.

Məktəbimizdə dərsdənkənar asudə vaxtın təşkili uğurla davam edir!​Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların...
08/06/2026

Məktəbimizdə dərsdənkənar asudə vaxtın təşkili uğurla davam edir!
​Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün formalaşması və praktiki bacarıqlara yiyələnməsi təhsil ocağımızın qarşısında duran mühüm hədəflərdəndir.
​Məktəbimizin 1A sinif şagirdləri, sinif rəhbəri Azadəliyeva Fatimənin təşkilatçılığı ilə dərsdənkənar vaxtlarını olduqca faydalı və rəngarəng keçiriblər.
​Xüsusi hazırlanan proqram çərçivəsində bir çox maraqlı fəaliyyətlər icra olunub:
🔹 Komanda oyunları: Şagirdlərimiz idman meydançasında həm fiziki aktivlik nümayiş etdirib, həm də komandada işləmək bacarıqlarını gücləndiriblər.
🔹 Ekoloji tərbiyə: Hər bir şagird fərdi olaraq dibçəklərdə bitki əkərək təbiətə qayğı və məsuliyyət hissini öyrənib.
🔹 Canlı aləmlə tanışlıq: Canlılar guşəsini ziyarət edən uşaqlar heyvanları yaxından müşahidə etmək və onlara qulluq qaydaları ilə tanış olmaq imkanı qazanıblar.
​Şagirdlərimizin həm əylənərək öyrənməsi, həm də sosiallaşması üçün bu cür şəraiti yaradan və prosesi yüksək səviyyədə təşkil edən Fatimə müəllimə məktəb rəhbərliyi adından təşəkkürümüzü bildiririk!
​✨ Təhsil və əyləncənin vəhdəti uğurumuzun rəhnidir!

Address

28 May Küçəsi, 16
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

994 12 493 0602

Website

Alerts

Be the first to know and let us send you an email when Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share