Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə"

Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə" Yeni Suraxanı qəsəbəsi 1930-cu il.

Suraxanı Rayon İcra Hakimiyyəti Adil Aliyev ❤️
14/09/2026

Suraxanı Rayon İcra Hakimiyyəti Adil Aliyev ❤️

Suraxanıda yeniyetmələr arasında Vətən Müharibəsinin 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kikb...
11/09/2026

Suraxanıda yeniyetmələr arasında Vətən Müharibəsinin 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib

Sentyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında Vətən Müharibəsinin 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.
Paradla başlayan tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyası, məşqçiləri və idmançıları arenaya dəvət olunublar. Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov tədbir rəhbərliyinə məruzə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyev yarış iştirakçılarını və qonaqları salamlayaraq Vətən Müharibəsində qazanılan tarixi Zəfərin və şəhidlərimizin xatirəsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolunu vurğulayıb. RİH başçısı turnirin idmançılara öz bacarıqlarını nümayiş etdirmək üçün böyük imkan yaratdığını bildirərək gənclərə uğurlar və yeni nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev turnirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirərək gənc idmançıların vətənpərvər ruhda yetişməsində və ölkəmizin idman şərəfinin uca tutulmasında belə yarışların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bütün iştirakçılara əzmkarlıq və növbəti turnirlərdə yeni-yeni qələbələr arzulayıb.
Tədbir çərçivəsində şəhid ailələrinə ehtiram əlaməti olaraq yarışdan xatirə plagetləri və hədiyyələr təqdim olunub.

Adil Aliyev Suraxanı Rayon İcra Hakimiyyəti Mahir Huseynbeyli

🎉 Əziz Zaur qardaşım, ad günün mübarək! 🎂Hər zaman qəsəbəmizin xeyir-şər işlərində fəal iştirak edən, insanlara kömək əl...
09/09/2026

🎉 Əziz Zaur qardaşım, ad günün mübarək! 🎂

Hər zaman qəsəbəmizin xeyir-şər işlərində fəal iştirak edən, insanlara kömək əlini uzadan, xeyirxahlığını heç vaxt əsirgəməyən dəyərli insanlardan biri olmusan.

Bu əlamətdar gün münasibətilə səni səmimi qəlbdən təbrik edir, sənə dünyanın ən şirin neməti olan möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət və bütün işlərində uğurlar arzulayıram. 🤲

Allah ürəyindəki bütün gözəl arzuları həyata keçirsin, üzündən təbəssüm, ocağından ruzi-bərəkət əskik olmasın. Hər zaman belə xeyirxah, səmimi və gözəl qəlbli insan olaraq qalasan.

Ad günün mübarək, Zaur qardaşım! ❤️🎉

İllər keçsə də, zaman hər şeyi dəyişsə də, mənə edilən yaxşılığı da, pisliyi də unutmuram. Xüsusilə də heç bir səbəb olm...
08/09/2026

İllər keçsə də, zaman hər şeyi dəyişsə də, mənə edilən yaxşılığı da, pisliyi də unutmuram. Xüsusilə də heç bir səbəb olmadan mənə yaşadılan haqsızlıqları yaddaşımdan silmirəm. Bəzən susuram, bəzən heç nə olmamış kimi davranıram, amma bu, unutduğum anlamına gəlmir. Zaman keçir, amma bəzi insanların əsl siması və etdikləri insanın yaddaşında həmişə qalır.

7 sentyabr 2013-cü il Yeni Suraxanı qəsəbəsinin xeyirxah, mərhəmətli və hörmətli insanlarından biri, el-obanın yaddaşınd...
06/09/2026

7 sentyabr 2013-cü il Yeni Suraxanı qəsəbəsinin xeyirxah, mərhəmətli və hörmətli insanlarından biri, el-obanın yaddaşında daim xoş xatirələrlə yaşayan Hacı Xanların dünyadan köçdüyü gündür.

Aradan illər keçsə də, yaxşı insanların adı, gördüyü xeyirxah əməllər və qoyduğu gözəl izlər heç zaman unudulmur. Hacı Xanların da qəsəbəmiz üçün etdiyi xeyirxah əməllər hər zaman ehtiramla yad edilir.

Allah Hacı Xanlara qəni-qəni rəhmət eləsin, məkanını cənnət, ruhunu şad etsin. Yaxınlarına və onu sevən hər kəsə səbir diləyirik.

Ruhu şad, məkanı cənnət olsun. 🕊️🤲

📸 Tariximizin dəyərli bir yadigarı…Bu unudulmaz fotoşəkil 1957–1958-ci illərdə 101 nömrəli məktəbdə çəkilib. Şəkildə həm...
06/09/2026

📸 Tariximizin dəyərli bir yadigarı…

Bu unudulmaz fotoşəkil 1957–1958-ci illərdə 101 nömrəli məktəbdə çəkilib. Şəkildə həmin dövrün şagirdləri və müəllimləri əks olunublar. İllər keçir, zaman dəyişir, lakin belə şəkillər keçmişimizi yaşadaraq bizə əziz xatirələri yenidən qaytarır.

Allah dünyasını dəyişən bütün insanlara rəhmət eləsin, həyatda olanlara isə möhkəm can sağlığı və uzun ömür versin. 🤲

Keçmişimiz bizim ən dəyərli tariximizdir…

🇦🇿 6 sentyabr — Yeni Suraxanı qəsəbə sakini, Vətənimizin igid övladlarından olan qazi Məmmədov Bəxtiyar Əliağa oğlunun m...
05/09/2026

🇦🇿 6 sentyabr — Yeni Suraxanı qəsəbə sakini, Vətənimizin igid övladlarından olan qazi Məmmədov Bəxtiyar Əliağa oğlunun mövlud günüdür.

Bu əlamətdar gün münasibətilə Bəxtiyar bəyi səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, xoşbəxt və firavan həyat arzulayırıq.

Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından, sağlamlığından keçən bütün qəhrəman qazilərimiz bizim üçün daim dəyərlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi isə qorusun! 🇦🇿🤲

Mövlud gününüz mübarək, Bəxtiyar bəy! 🎂🎉

Yeni Suraxanı qəsəbə sakini, Həsənov Hatəm Veysəl oğlunun 40 mərasimi sabah, sentyabr ayının 6-da Yeni Suraxanı qəsəbəsi...
05/09/2026

Yeni Suraxanı qəsəbə sakini, Həsənov Hatəm Veysəl oğlunun 40 mərasimi sabah, sentyabr ayının 6-da Yeni Suraxanı qəsəbəsində yerləşən “Nur” Mərasim Evində keçiriləcək.

Mərasimə hər kəs dəvətlidir. 🙏🏻

🕘 Qadınlar üçün: saat 09:00-dan
🕐 Kişilər üçün: saat 13:00-dan

Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, məkanlarını cənnət etsin. 🤲🏻🙏🏻

Allah sizlərin də dünyadan köçən əzizlərinə rəhmət eləsin. Amin! 🤲🏻

Suraxanımız, ziyalı xanımlarından, uzun illər pedaqoji fəaliyyəti ilə şagirdlərin təhsilində və onların ali təhsil qazan...
05/09/2026

Suraxanımız, ziyalı xanımlarından, uzun illər pedaqoji fəaliyyəti ilə şagirdlərin təhsilində və onların ali təhsil qazanmasında böyük əməyi olan 87 nömrəli tam orta məktəbin dəyərli riyaziyyat müəllimi Fərəməzova (Xələfli) Mahirə Mənsur qızının bu gün doğum günüdür.

Bu xoş və əlamətdar gün münasibətilə Mahirə müəlliməni səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Arzu edirik ki, yetişdirdiyi neçə-neçə savadlı gəncin uğurları Mahirə müəllimənin əməyinə verilən ən böyük dəyər olsun. Hər zaman hörmət və sevgi ilə əhatə olunasınız!

Ad gününüz mübarək, Mahirə müəllimə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə həmyerlimiz, suraxanlı Anar Keykavus oğlu Əcəmo...
04/09/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə həmyerlimiz, suraxanlı Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Bu əlamətdar və qürurverici hadisə münasibətilə Anar Əcəmovu səmimi-qəlbdən təbrik edir, ona yeni və məsuliyyətli diplomatik fəaliyyətində uğurlar arzulayırıq.

İnanırıq ki, Anar Əcəmov ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycan ilə Niderland Krallığı arasındakı əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.

Yeni Suraxanı üçün qürurverici olan bu münasibətlə bir daha təbrik edir, fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq! 🇦🇿

Address

Yeni Suraxanı, Hacı Zeynalabdin Tağıyev
Baku

Alerts

Be the first to know and let us send you an email when Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Suraxanı Qəsəbəsi "Rəsmi səhifə":

Shortcuts

Share

Category