Azərbaycan Sənaye Korporasiyası

Azərbaycan Sənaye Korporasiyası OJSC

25/12/2024
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndələrinin   Çin Xalq  Respublikasına  səfəri   çərçivəsində  keçirilən ...
17/12/2024

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndələrinin Çin Xalq Respublikasına səfəri çərçivəsində keçirilən silsilə görüşlərdən biri də "Sunstone” şirkətinin rəhbər heyəti ilə baş tutub. "Sunstone” Çinin neft koksunun kalsinasiyası və anod blokları istehsalı üzrə ixtisaslaşmış ən böyük şirkətlərindən biridir. Görüş Azərbaycanda anod blokları istehsalının qurulması üzrə “Sunstone” şirkəti ilə aparılan danışıqların və müzakirələrin daha da dəqiqləşməsi, sözügedən layihənin icrası və investisiya şərtlərinin müzakirəsi baxımından əhəmiyyətə malikdir. Aparılan müzakirələrin nəticəsi olaraq yaranmış bir sıra texniki məqamlar Çin şirkəti tərəfindən cavablandırılıb, birgə əməkdaşlığın meyarları müəyyən edilib. Eyni zamanda danışıqların davam etdirilməsi məqsədilə növbəti ilin fevral ayında “Sunstone” şirkətinin nümayəndə heyətinin Azərbaycana səfəri razılaşdırılıb.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndə heyəti   Çin Xalq  Respublikasına səfəri zamanı “Chalco” şirkətinin ...
17/12/2024

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri zamanı “Chalco” şirkətinin Fuzhou şəhərində yerləşən “CHINALCO RUIMIN” şirkətinə gələrək, istehsal prosesi ilə yaxından tanış olub.
Daha sonra “ASK” ASC-nin nümayəndələri “Henan Mingtai AL İndustrial” şirkətinin Luyoyang şəhərində yerləşən zavodunda olublar, burada qonaqlara istehsal prosesi barədə ətraflı məlumat verilib.
Görüşlərin davamı olaraq “CNPT” şirkətinin baş ofisində “ASK” ASC və “Azəralüminium” MMC ilə “Achenbach Buschetten” şirkətinin nümayəndələri arasında “İnteral MMC”-nin istehsal xəttlərinin qurulması, texniki imkanların araşdırılması və avadanlıqlar arasında sinergiyanın qurulması istiqamətində çoxtərəfli müzakirələr aparılıb. Görüşün nəticəsi olaraq yaranmış texniki suallar cavablandırılaraq, istehsal prosesi, o cümlədən istehsal xətti üzrə razılaşma əldə olunub. Bundan əlavə danışıqların davam etdirilməsi məqsədilə növbəti ilin fevral ayında “CNPT” şirkətinin nümayəndə heyətinin Azərbaycana səfəri razılaşdırılıb.

Dekabrın 12-də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla Cəmiyyətin mərkəzi ...
12/12/2024

Dekabrın 12-də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla Cəmiyyətin mərkəzi aparatı, həmçinin törəmə müəssisələrin rəhbər heyəti və kollektivi Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb, gül dəstələri düzülüb.

Müasir, müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar xatirəsini dər...
11/12/2024

Müasir, müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar xatirəsini dərin hörmət və ehtiramla anırıq!

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndə heyəti   Çin Xalq  Respublikasına səfəri çərçivəsində bir sıra görüş...
10/12/2024

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Bu qəbildən növbəti görüş “ASK” ASC və “Azəralüminium” MMC ilə “Chalieco-China Aluminum International Engineering Corp. Ltd.” (Chaileco) şirkətinin nümayəndə heyəti arasında baş tutub. “Chalieco” şirkəti dünyanın ən böyük alüminium istehsalçılarından olan “Aluminum Corporation of China” (Chinalco) şirkətinin törəmə müəssisəsidir və alüminium istehsalı üzrə layihələndirmə, mühəndislik, eləcə də digər texniki həllər təqdim edir. Görüşün əsas müzakirə mövzusunu həyata keçiriləcək layihələrin texniki məqamları və onların dəqiq planlaşdırılması, həmçinin gələcək işlərin birgə icrası üzrə danışıqlar təşkil edib.
Növbəti görüş isə “ASK” ASC, “Azəralüminium” MMC, eləcə də “Chalieco” şirkətinin iştirakı ilə Çin Xalq Respublikasının ixrac sığorta agentliyi olan “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Bank of China” qurumlarının nümayəndələri arasında keçirilib. Görüşdə alüminium sənayesinin inkişafı ilə bağlı hazırlanmış layihələr maliyyə qurumlarına təqdim edilib və onların maliyyələşməsi ilə bağlı mövzular müzakirə olunub. Müzakirələr zamanı “Sinosure” şirkətinin nümayəndələri təqdim olunan layihələrin dəstəkləndiyini bildiriblər. “Bank of China” tərəfi isə öz növbəsində alüminium sənayesinin inkişafı istiqamətində təqdim edilən layihələrin maliyyələşməsində maraqlı olduğunu vurğulayıb. Sonda kommersiya şərtlərinin dəqiq şəkildə hazırlanması məqsədilə tərəflər arasında birgə sənədlərin hazırlanması razılaşdırılıb.

05/12/2024
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin rəhbər heyəti   Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində  “ASK” ...
04/12/2024

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin rəhbər heyəti Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində “ASK” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktoru Rüstəm Əkbərli, “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov və digər rəsmilər “CMEC” (China Machinery Engineering Company) şirkətinin rəhbər heyəti ilə görüşüb. Qeyd olunmalıdır ki, “CMEC” şirkəti Çin və digər ölkələrdə iri həcmli alüminium layihələrinin və sənaye istehsal sahələrinin qurulmasında çoxillik təcrübəyə malikdir.
Görüş zamanı “ASK” ASC-nin nümayəndə heyəti “Azəralüminium” MMC tərəfindən həyata keçirilməsi planlaşdırılan strateji layihələr barədə məlumat verərək, gələcək işlərin prioritetlərini təqdim edib. “CMEC” şirkəti tərəfi isə öz növbəsində bu layihələrin planlaşdırılması, maliyyələşmənin təmin edilməsinə dəstək göstərilməsi və gələcək işlərin icrasında maraqlı olduğunu bildirib.
Sonda əməkdaşlıq müqaviləsinin əsas şərtləri dəqiqləşdirilərək, birgə əməkdaşlığın meyarları müəyyən edilib və tərəflərin yekun razılaşdırması üçün təqdim olunub.

25/11/2024
22 noyabr 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla mər...
23/11/2024

22 noyabr 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla mərkəzi aparat və “Azərpambıq ASK” MMC-nin rəhbər heyəti ilə Çin Xalq Respublikasından olan istehsalçı şirkətin nümayəndələri arasında görüş keçirilib.
Görüşün əsas mövzusunu “Azərpambıq ASK” MMC-yə məxsus Şirvan Yağ Emalı Zavodunun avadanlıqlarının yenilənməsi ilə bağlı müzakirələr təşkil edib. Qeyd olunmalıdır ki, sözügedən şirkət tərəfindən zavoda texniki baxış keçirilib və modernizasiya işləri, tətbiq olunacaq yeni texnologiyalar barədə texniki təklif hazırlanaraq, Korporasiyanın rəhbərliyinə təqdim edilib.
Görüş zamanı bildirilib ki, şirkət tərəfindən istehsal olunan avadanlıqlar ən müasir texnologiyaları özündə birləşdirir. Korporasiya nümayəndələri isə öz növbəsində bəhsikeçən yağ emalı zavodunun modernizasiyası ilə bağlı qoyulan texniki tələblər, istehsal olunacaq məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatları qarşı tərəfin diqqətinə çatdıraraq, bu sahədə ən son həllərin zəruriliyini qeyd ediblər.
Sonda birgə müzakirələrin davam etdirilməsi və gələcək perspektivlərin inkişafı ilə bağlı razılıq əldə olunub.

Address

İzmir Küç. , 14
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125059510

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Sənaye Korporasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Sənaye Korporasiyası:

Share