Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party Azərbaycan Ümid Partiyası
Bakı ş., N.Nərimanov rayonu, İsmayıl Hidayətzadə 62
umidparty.org

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Vilayət Muxtarın təqdimatında Cebhe Tv-də canlı efir qonağ...
15/09/2026

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Vilayət Muxtarın təqdimatında Cebhe Tv-də canlı efir qonağıdır.
Link rəydə

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də canlı efi...
15/09/2026

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də canlı efir qonağıdır.
Link rəydə

15 sentyabr Azərbaycan Respublikasının Xalq artisti Brilyant Dadaşovanın doğum günüdür.Brilliant Dadaşovanın musiqi kary...
15/09/2026

15 sentyabr Azərbaycan Respublikasının Xalq artisti Brilyant Dadaşovanın doğum günüdür.

Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi.

1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyniadlı musiqi albomu çıxıb.

Brilyant Dadaşova 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alıb.

1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunub.

1990-cı ildə müğənninin mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalıb.

Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil edib.

1999-cu ildə müğənninin Türkiyədə "Seyduna Türküləri" adlı ikinci diski işıq üzü görür. Daha sıx-sıx Türkiyə telekanallarında görünən müğənni ard-arda Memedeli Arbil, Seda Sayan, Beyaz, Esra Ceyhan, Metin Şentürk kimi tanınmış aparıcıların proqramlarında qonaq olur.

Musiqi karyerası ilə yanaşı Brilliant Dadaşova 1999-cu il bələdiyyə seçkilərində qalib gələrək, Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilib.

2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülüb.

2021-ci ildə Adriano Celentano ilə birgə Per Sempre mahnısı yayımlanır.

Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Brilyant xanım Dadaşovanı təbrik edir, ona cansağlığı, uzun ömür, şəxsi həyatında və sənət fəaliyyətində uğurlar arzulayır.

Təbriklər!

15/09/2026

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə "Bilik günü" münasibəti ilə şagird və tələbələri təbrik etdi. Təbriki izləyicilərə təqdim edirik:

Əziz müəllimlər, tələbələr, şagirdlər və hörmətli valideynlər!

Sizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm!

Hər şeydən öncə hər birinizə can sağlığı, firavan həyat və uğurlu təhsil ili arzulayıram.

“Bilik günü” - bugünün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birincilər, tələbə adını qazanmış abituriyentlər bu günü sevinc və həyəcanla yaşayırlar.

Arzu edirik ki, körpələrimizin bilik, təhsil sahəsində atdıqları ilk addım uğurlu olsun.

Biz hamımız – valideyn, müəllim, bütöv xalq olaraq, dövlət olaraq təhsil sisteminə yüksək diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki elm, təhsil hər bir xalqın, millətin bünövrəsi, inkişaf meyarıdır.

Xalq olaraq gələcəyimizin daha parlaq olması üçün təhsil sahəsinə daha çox diqqət ayıraq. Unutmayaq ki, bu gün məktəbə qədəm qoyan birincilər ölkəmizin gələcəyidir.

Bir daha müəllimləri, valideynləri, tələbələri və birinciləri təbrik edir, yüksək zehin açıqlığı və uğurlar arzulayıram!

Sevgilərlə İqbal Ağa-zadə

15 sentyabr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür1918-ci ilin 15 sentyabr tarix...
15/09/2026

15 sentyabr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 108 il ötür

1918-ci ilin 15 sentyabr tarixində Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək, Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin 28 may tarixində Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə olan halda Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək olmazdı.

Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Nuru paşanın komandanlığında hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz Türk-İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi.

Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 15 sentyabr tarixi günü haqqında bunları deyib: “Hər kəs 15 sentyabr tarixini Azərbaycanın şanlı tarixlərindən biri kimi qeyd edir. Dəfələrlə Parlamentdə də səsləndirmişik, bu gün də deyirik, 15 sentyabr tariximizə rəsmi olaraq şanlı gün kimi də daxil edilməlidir. Biz bu gün Nuru Paşanı, şəhid olan mehmetçikləri, o cümlədən dörd minə yaxın Azərbaycan türkünü daim anırıq və anacağıq. Allah bütün Şəhidlərimizə rəhmət etsin”.

Qeyd edək ki, Osmanlı qoşunları bu döyüşlərdə 1130 Şəhid verib. Azərbaycan xalqı növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, Şəhid əsgərlərin xatirəsini anır.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti 1918-ci ildə xalqımızı davamlı faciədən, məhv olmaqdan xilas etmiş Nuru paşa simasında bütün Anadolu Türk Xalqına dərin təşəkkürünü bildirir və vəhşicəsinə qətl edilmiş dinc əhalimizə, doğma yurdumuzda şəhid olmuş Türk Mehmetciklərinə və torpaqlarımızın işğaldan azad edilməsində canlarından qəhrəmancasına keçən Azərbaycanın igid oğullarına Allahdan rəhmət diləyir.

Allah ŞƏHİDLƏRİMİZİN ruhunu şad etsin!

Dərin qürur hissi və şərəflə anırıq!

Yeni tarixin 14 sentyabr səhifəsi: “Rejim siyasi dayaqlarını itirmişdi” - Tamilla Qulami şərh edirÖtən əsrin 90-cı illər...
14/09/2026

Yeni tarixin 14 sentyabr səhifəsi: “Rejim siyasi dayaqlarını itirmişdi” - Tamilla Qulami şərh edir

Ötən əsrin 90-cı illərində Azərbaycanın siyasi tarixində mühüm hadisələr baş verib. Bu hadisələrdən biri də 1991-ci ilin 14 sentyabrında yaşanıb. Həmin gün Azərbaycan Kommunist Partiyasının fövqəladə qurultayı keçirilib və siyasi qurum özünü buraxıb. Azərbaycanın müstəqilliyə yolunu açan bu hadisə yaddaşlarda necə qalıb?

Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycanın müstəqillik tarixində dönüş nöqtələrindən biridir: “AKP-nin 14 sentyabr 1991-ci ildə keçirilmiş fövqəladə qurultayında partiyanın özünü buraxmaq barədə qərar qəbul etməsi təkcə bir siyasi təşkilatın fəaliyyətinə son qoyulması deyildi. Bu, Azərbaycanda təxminən 70 il davam etmiş sovet siyasi sisteminin və kommunist hakimiyyət modelinin hüquqi-siyasi baxımdan iflasının təsdiqi idi. Məhz bu qərar ölkənin sovet siyasi məkanından qoparaq, müstəqil dövlətçilik istiqamətində hərəkət etməsinin mühüm mərhələlərindən biri kimi yadda qaldı”.

Tamilla Qulami hesab edir ki, bu qərara gətirib çıxaran proseslər həm Azərbaycanın daxilində, həm də bütövlükdə SSRİ məkanında gedən böyük siyasi dəyişikliklərlə bağlı idi. “1980-ci illərin sonlarından başlayan milli azadlıq hərəkatı, Qarabağ problemi, Moskvanın Azərbaycana münasibətindən yaranan ciddi narazılıq və xüsusilə 20 Yanvar faciəsi KP hakimiyyətinin cəmiyyətdəki legitimliyini ciddi şəkildə sarsıtmışdı. Azərbaycan cəmiyyətində artıq sovet ideologiyasına və kompartiyanın siyasi monopoliyasına qarşı açıq etiraz formalaşmışdı. Xalq meydanlara çıxır, milli dövlətçilik, suverenlik və müstəqillik ideyaları getdikcə daha güclü siyasi tələbə çevrilirdi.

1991-ci ilin avqustunda Moskvada baş verən dövlət çevrilişinə cəhd isə prosesləri sürətləndirən əsas hadisələrdən biri oldu. “QKÇP”-nin hakimiyyəti zorla ələ keçirmək cəhdi Sovet İttifaqının artıq siyasi baxımdan yaşamaq qabiliyyətini itirdiyini nümayiş etdirdi. Çevrilişin uğursuzluğa düçar olması Kommunist Partiyasının nüfuzuna bütün SSRİ məkanında ağır zərbə vurdu. Azərbaycanda da kommunist hakimiyyətinin gələcəyinin olmadığını daha aydın göstərdi. Moskvanın özündə sistem çökməyə başlayırdısa, respublikalarda həmin sistemin əvvəlki formada davam etməsi mümkün deyildi”-deyə, o, bildirib.

Partiya funksionerinin fikrincə, AKP-nin özünü buraxması qərarı həm də müəyyən mənada artıq dağılmaqda olan sovet sisteminin məntiqi sonluğu olsa da, eyni zamanda Azərbaycan cəmiyyətində yaranmış güclü ictimai-siyasi təzyiq də bu qərarı qaçılmaz etmişdi: “AKP faktiki olaraq əvvəlki siyasi dayaqlarını, ideoloji nüfuzunu və hakimiyyət imkanlarını itirmişdi. Beləcə də, 14 sentyabr 1991-ci il qərarı sovet sisteminin Azərbaycandakı siyasi hakimiyyətinin sonunun rəsmiləşməsidir. Bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolda mühüm siyasi maneələrdən birinin aradan qalxması və yeni milli dövlətçilik mərhələsinin başlanması demək idi”.

Məhəmməd Əliyev

Herbiand.az

Kreml nə üçün Zelenskini israrla Moskvaya dəvət edir? - Tamilla Qulami şərh edirUkrayna Prezidenti Volodimir Zelenski nö...
14/09/2026

Kreml nə üçün Zelenskini israrla Moskvaya dəvət edir? - Tamilla Qulami şərh edir

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini deyib.

O, bu dəfə tarix və məkan da verib. Zelenski dekabr ayında Mayamidə keçiriləcək G-20 zirvəsində Putinlə görüşməyə və müzakirə aparmağa hazır olduğunu bəyan edib. Lakin Kreml növbəti dəfə bu təklifi rədd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüş üçün yenidən Ukrayna liderini Moskvaya dəvət edib.

Əslində, Zelenskinin Moskvaya səfər etməyəcəyi çox açıq şəkildə hamıya bəllidir. Buna rəğmən, Rusiya hər dəfə Putin-Zelenski zirvəsinin başqa yerdə keçirilməsinə qarşı çıxır. Putin Zelenski ilə görüşə hazır olduğunu desə də, bunun ancaq Moskvada olacağını vurğulayır.

Maraqlıdır, mövcud vəziyyətdə Kremlin Zelenskini israrla Moskvaya dəvət etməsinə səbəb nədir?

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, Kreml rəhbərliyinin Putin-Zelenski görüşünün məhz Moskvada keçirilməsi variantında israr etməsi sadəcə görüş yerinin seçilməsi məsələsi deyil:

“Bu, ilk növbədə psixoloji, siyasi və diplomatik üstünlük əldə etmək cəhdidir. Zelenski son günlər Putinlə görüşə hazır olduğunu, o cümlədən beynəlxalq platformalarda görüş imkanını nəzərdən keçirdiyini bildirib. Moskva isə alternativ neytral məkanı qəbul etmək əvəzinə yenidən Ukrayna Prezidentini Rusiyanın paytaxtına dəvət edib.

Burada Kremlin əsas məqsədlərindən biri görüşün siyasi çərçivəsini əvvəlcədən müəyyən etməkdir. Kreml Zelenskinin Moskvaya gəlməsi ilə dünyaya müəyyən bir siyasi görüntü təqdim etmək istəyir. Putin komandasının məqsədir budur ki, müharibə aparan tərəfin lideri danışıqlar üçün Kremlin qapısına gəlir”.

Onun sözlərinə görə, bu görüntü Rusiya daxilində Putin hakimiyyəti üçün ciddi təbliğat və siyasi kapital deməkdir:
“Çünki neytral bir ölkədə keçirilən görüş hər iki tərəfin bərabərliyini nümayiş etdirəcək, Moskvada keçirilən görüş isə psixoloji baxımdan üstünlüyü ev sahibi olan Rusiyanın tərəfinə verəcək. Ona görə də Rusiya bu mühüm məqamı qaçırmaq istəmir. Hətta bilə-bilə ki, Zelenski buna qarşı çıxacaq.

Düzdür, təhlükəsizlik və nəzarət məsələsi də önəmlidir, çünki Putin xarici səfərlərində həm təhlükəsizlik, həm də siyasi riskləri nəzərə almağa məcburdur. Moskva isə öz paytaxtında bütün təhlükəsizlik, informasiya və protokol proseslərinə tam nəzarət edir. Bu baxımdan Kreml üçün Moskva ən rahat və ən idarəolunan məkandır. Bu arqumentin arxasında daha böyük siyasi məna dayanır”.

Siyasətçi xanım hesab edir ki, Rusiyanın əsas istəyi danışıqların şərtlərini də, məkanını da müəyyən edən tərəf kimi görünməkdir:
“Kreml Zelenskinin Moskvaya gəlmək ehtimalının son dərəcə aşağı olduğunu çox gözəl bilir və bu variantdakı israrı diplomatik taktikadan da xəbər verir. Yəni Moskva görünüş olaraq, “biz görüşə də, Zelenskini qəbul etməyə də hazırıq” mesajını verir, amma praktiki olaraq, qəbul edilməsi çətin olan bir şərt irəli sürür. Zelenski imtina etdikdə isə Kreml bunu “görüşmək istəməyən tərəf Ukraynadır” deyə istifadə edəcək”.

T. Qulami qeyd edib ki, bu səbəbdən Moskvanın dəvəti real sammit təşəbbüsü deyil:
“Burada həm diplomatiya, həm də siyasi oyun elementləri var. Rusiyaya da yaraşan budur. Manipulyasiya, oyun tam Rusiyalıqdır. Kremlin əsas məqsədləri Putinin status üstünlüyünü nümayiş etdirmək, danışıqların psixoloji atmosferini öz xeyrinə qurmaq, təhlükəsizliyə tam nəzarət etmək və eyni zamanda Zelenskinin imtinasından siyasi-diplomatik arqument kimi istifadə etməkdir”.

Elmir Mustafa
hit.az

Qarabağ və Şərqi Zəngəzur üçün yeni iqtisadi strategiya: Hansı rayonun hansı potensialı var? - ANAR İSAYEV şərh edirAzər...
14/09/2026

Qarabağ və Şərqi Zəngəzur üçün yeni iqtisadi strategiya: Hansı rayonun hansı potensialı var? - ANAR İSAYEV şərh edir

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərlərini etdiklərini bildirib. Onun sözlərinə görə, son altı ildə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və inkişaf işləri həyata keçirilib, bölgə əsl intibah dövrünü yaşayır. Hacıyev qeyd edib ki, hər səfər zamanı yeni layihələr və bu ərazilərə həyatın tədricən qayıtdığını göstərən mühüm dəyişikliklər müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin regionun sosial-iqtisadi inkişafına təsiri necə qiymətləndirilə bilər?
Böyük Qayıdış proqramı çərçivəsində əldə olunan nəticələr və qarşıdakı əsas hədəflər nələrdir?

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələni yalnız tikinti və infrastruktur layihələri kimi deyil, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi xəritəsinə yenidən inteqrasiyası kimi qiymətləndirmək daha doğru olar:

“Son illərdə əsas dəyişiklik ondan ibarətdir ki, Qarabağda quruculuq prosesi mərhələli şəkildə “infrastrukturun bərpasından dayanıqlı iqtisadi fəaliyyətə” keçir”.

Siyasətçi bildirib ki, burada bir neçə istiqamət xüsusilə diqqət çəkir:

Nəqliyyat infrastrukturu: yeni avtomobil yolları, tunellər, hava limanları və dəmir yolu layihələri bölgənin ölkənin digər hissələri ilə əlaqəsini gücləndirir.

Enerji təminatı: yeni yarımstansiyalar, elektrik stansiyaları və bərpaolunan enerji layihələri gələcək sənaye və yaşayış məntəqələrinin dayanıqlı enerji təminatına imkan yaradır.

Sosial infrastruktur: məktəblər, xəstəxanalar, xidmət mərkəzləri, yaşayış binaları və digər obyektlərin tikilməsi insanların geri qayıtması üçün zəruri şərait formalaşdırır.

İqtisadi aktivlik: aqrar sektor, emal sənayesi, xidmətlər, turizm və logistika kimi sahələrin inkişafı bölgədə yeni iş yerlərinin yaranmasına şərait yaradır.

Regional əlaqələndirmə: Qarabağ və Şərqi Zəngəzur təkcə yaşayış əraziləri deyil, həm də Azərbaycanın gələcək logistika və iqtisadi inkişaf məkanlarından birinə çevrilir.

“Burada mühüm məqam odur ki, tikinti xərcləri gələcəkdə iqtisadi aktivliyə çevrilməlidir. Yəni əsas göstərici yalnız neçə evin və ya yolun tikilməsi deyil, həmin ərazilərdə nə qədər insanın daimi məskunlaşması, neçə müəssisənin fəaliyyətə başlaması, nə qədər iş yerinin yaranması və yerli iqtisadiyyatın nə qədər gəlir formalaşdırması olacaq”-deyə politoloq bildirib.

Anar İsayev hesab edir ki, Böyük Qayıdış proqramının ən mühüm nəticəsi, məcburi köçkünlərin doğma ərazilərinə qayıdışının real və davamlı prosesə çevrilməsidir.

Artıq ayrı-ayrı yaşayış məntəqələrində yeni mənzillər istifadəyə verilir, məktəblər və sosial obyektlər fəaliyyətə başlayır, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyətlər bərpa olunur.

Bu baxımdan, Hikmət Hacıyevin diplomatik korpus nümayəndələri ilə Qarabağa artıq 22-ci səfərdən danışması da müəyyən mənada mühüm mesajdır. Çünki xarici diplomatların bölgəyə təkrar səfərləri bərpa prosesinin dinamikasını və əldə edilən dəyişiklikləri beynəlxalq nümayəndələrə birbaşa nümayiş etdirmək imkanı yaradır.

Anar İsayevin fikrincə, qarşıdakı növbəti mərhələdə üç məsələ xüsusilə vacib olmalıdır.

Birincisi, əhalinin sürətli və dayanıqlı məskunlaşdırılması.

İnsanların yalnız mənzillə təmin edilməsi kifayət deyil. Onların iş yeri, məktəb, səhiyyə, nəqliyyat, kommunal xidmətlər və sosial mühitlə təmin olunması lazımdır.

İkincisi. özəl sektorun bölgəyə cəlb edilməsi.

Dövlət investisiyaları ilkin mərhələdə əsas rol oynayır. Lakin uzunmüddətli perspektivdə Qarabağ iqtisadiyyatının əsas dayağı özəl investisiyalar, sahibkarlıq və yeni müəssisələr olmalıdır.

Üçüncüsü, Qarabağın regional iqtisadi mərkəzə çevrilməsi.

“Şuşa turizm və mədəniyyət, Ağdam sənaye və logistika, Füzuli ,Zəngilan və Cəbrayıl isə nəqliyyat, logistika, kənd təsərrüfatı və enerji baxımından mühüm potensiala malikdir. Bu potensialın vahid iqtisadi strategiya çərçivəsində reallaşdırılması bölgənin ümumi inkişafını sürətləndirə bilər.

Əslində, Böyük Qayıdışın uğurunu “nə qədər pul xərcləndi?” sualı ilə deyil, “bu investisiyalar nə qədər dayanıqlı iqtisadi və sosial nəticə yaratdı?” sualı ilə ölçmək daha düzgün olacaq”-deyə o bildirb.

Anar İsayev vurğulayıb ki, Qarabağın bərpasının növbəti mərhələsi artıq sadəcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil. Məqsəd burada yeni iqtisadi həyatın formalaşdırılması, əhalinin geri qayıdışının sürətləndirilməsi və bölgənin Azərbaycanın ümumi iqtisadi sisteminə tam inteqrasiyasıdır.

Bu proses uğurla davam edərsə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yalnız postmünaqişə bərpa nümunəsi deyil, yeni şəhərsalma, yaşıl enerji, logistika, turizm və regional iqtisadi inkişaf modelinin formalaşdığı əraziyə çevrilə bilər.

İradə Cəlil, Bizimyol.info

150 diplomat Qarabağda: Səfərin əsas nəticələri nə oldu? - ANAR İSAYEV şərh edirMəlum olduğu kimi, sentyabrın 11-12-də A...
14/09/2026

150 diplomat Qarabağda: Səfərin əsas nəticələri nə oldu? - ANAR İSAYEV şərh edir

Məlum olduğu kimi, sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub.

Diplomatik nümayəndələrin regiona səfərinin yekunlarını və əldə olunan nəticələri nədən ibarətdir?

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev deyib ki, bu səfər yalnız Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin diplomatik nümayişi kimi deyil, Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatıdır:

“11–12 sentyabr tarixlərində diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura aparılması mühüm diplomatik addımdır. Çünki diplomatların Bakıda verilən məlumatları dinləməsi ilə həmin ərazilərə gedərək real vəziyyəti öz gözləri ilə görməsi arasında ciddi fərq var. Bu baxımdan səfərin əsas siyasi mesajı belədir: Azərbaycan Qarabağda hərbi mərhələdən sonra quruculuq, reinteqrasiya və dayanıqlı inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.

Azərbaycan üçün mühüm məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda yaranmış vəziyyətin beynəlxalq diplomatik dairələr tərəfindən düzgün qiymətləndirilməsidir. Diplomatların ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələri, infrastruktur, nəqliyyat layihələri və Böyük Qayıdış prosesi ilə tanış olması Azərbaycanın verdiyi mesajların praktiki müstəvidə təsdiqlənməsinə xidmət edir.

Burada xüsusi məqam ondan ibarətdir ki, Azərbaycan artıq Qarabağ məsələsini yalnız münaqişə və təhlükəsizlik prizmasından təqdim etmir. Gündəliyi tədricən “münaqişədən sonrakı inkişaf”, “sülh”, “iqtisadi inteqrasiya”, “regional bağlantılar” və “qayıdış” mövzularına keçirir. Bu səfərin digər mühüm tərəfi informasiya-diplomatik aspektidir”.

Anar İsayevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir dövrdə Qarabağ və sərhəd istiqamətləri ilə bağlı müxtəlif iddiaların, siyasi manipulyasiyaların və fərqli interpretasiyaların ortaya çıxması mümkündür:

“Belə şəraitdə diplomatların əraziyə aparılması “kim nə deyir?” müstəvisindən “reallıq yerində necədir?” müstəvisinə keçidi təmin edir. Bu, xüsusilə xarici ölkələrin diplomatik nümayəndələri üçün vacibdir. Onlar gördükləri mənzərəni öz hökumətlərinə və paytaxtlarına çatdırmaq imkanına malikdirlər. Beləliklə, səfər təkcə protokol tədbiri deyil, həm də Azərbaycanın diplomatik kommunikasiya strategiyasının bir hissəsidir. Səfər həmçinin Böyük Qayıdışın siyasi əhəmiyyəti nümayiş etdirilir.Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesinin ən mühüm komponentlərindən biri insanların öz doğma ərazilərinə qayıdışıdır.

Bu baxımdan diplomatların səfəri Azərbaycanın “ərazilərin bərpası” siyasətindən daha geniş bir konsepsiyanı – yaşayış məntəqələrinin yenidən qurulması, sosial-iqtisadi həyatın bərpası və əhalinin geri qayıtması prosesini nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın sülhə yanaşmasının bir aspektini göstərir: müharibədən sonrakı mərhələdə əsas məqsəd yalnız ərazi məsələsinin həlli deyil, həmin ərazilərdə normal həyatın bərpasıdır”.

Siyasətçi qeyd edir ki, səfəri yalnız Qarabağ çərçivəsində qiymətləndirmək düzgün olmazdı:

“Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daha geniş regional bağlantı siyasətinin mühüm hissəsinə çevrilir. Zəngəzur dəhlizi, Naxçıvan bağlantısı, Şərq-Qərb nəqliyyat marşrutları və Orta Dəhliz kontekstində bu ərazilərin iqtisadi və geosiyasi əhəmiyyəti artır. Deməli, diplomatlara göstərilən yalnız “bərpa edilmiş ərazilər” deyil, həm də gələcəkdə Azərbaycanı regionun mühüm nəqliyyat, logistika və iqtisadi qovşaqlarından birinə çevirə biləcək coğrafiyadır.

Burada daha incə siyasi məqam da var. Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin ön planda olduğu bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının nümayiş etdirilməsi Bakının sülh prosesinə yanaşmasını da əks etdirir.

Azərbaycanın mesajı faktiki olaraq belə formalaşır:

Müharibə başa çatıb, indi əsas məsələ regionda uzunmüddətli sülhün, iqtisadi əməkdaşlığın və kommunikasiyaların qurulmasıdır.

Bu baxımdan səfər həm də beynəlxalq tərəfdaşlara Azərbaycanın postmünaqişə gündəliyini təqdim etmək vasitəsidir.

Ümumilikdə, mən 11–12 sentyabr səfərini Azərbaycanın diplomatik, informasiya və siyasi baxımdan çoxməqsədli addımı hesab edirəm.

Əgər əvvəlki illərdə Qarabağla bağlı əsas diplomatik mübarizə “münaqişənin mahiyyəti və ərazi məsələsi” ətrafında gedirdisə, hazırda gündəlik dəyişir. Azərbaycan çalışır ki, beynəlxalq diplomatik dairələrin diqqəti “Qarabağda nə baş verdi?” sualından “Qarabağda indi nə qurulur və regionun gələcəyi necə formalaşır?” sualına yönəlsin.

Məhz bu səbəbdən Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri mənim fikrimcə, Azərbaycanın postmünaqişə reallıqlarını beynəlxalq səviyyədə institusional şəkildə təqdim etmək, Böyük Qayıdış və quruculuq prosesinə beynəlxalq diqqəti artırmaq, həmçinin sülh və regional inteqrasiya gündəliyini önə çıxarmaq baxımından əhəmiyyətli diplomatik təşəbbüsdür”.

Safura Bənnayeva
Globalinfo.az

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Taleh Əliyev Reaksiya TV-də Arzu Qocayevin təqdimatında canlı efir qon...
14/09/2026

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Taleh Əliyev Reaksiya TV-də Arzu Qocayevin təqdimatında canlı efir qonağıdır.
Link rəydə

Address

Azərbaycan, Bakı şəhəri, Nərimanov Rayonu, İsmayıl Hidayətzadə 62
Baku

Opening Hours

Monday 10:00 - 06:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 06:00
Saturday 10:00 - 06:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party:

Shortcuts

Share