Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura.

Bu gün VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilibToplantıda  E...
20/05/2021

Bu gün VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Toplantıda Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası təqdim olunub.

Regional e-hökumət portalının hazırlanmasından öncə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən sorğular keçirilib və araşdırma aparılıb.
Portalın ilkin versiyasında yerli icra hakimiyyətlərinin göstərdiyi təxminən 40 xidmətdən 12 xidmətin elektronlaşması nəzərdə tutulur.
Region vətəndaşları üçün e-iştirakçılıq və digər rəqəmsal imkanlar da yaradılıb.
Regionlarda rəqəmsal savadlılığın artırılması üçün tədbirlər müəyyən olunub.
Portal ilkin mərhələdə pilot layihə olaraq Gəncə şəhəri, Masallı və Quba rayonlarını əhatə edəcək.

İctimai Şuranın toplantısında portalın təkmilləşdirilməsi və regional rəqəmsal transformasiyanın gücləndirilməsi istiqamətində təkliflər irəli sürülüb.

İctimai Şuranın toplantısında VXSİ Dövlət Agentliyinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin rəsmiləri iştirak edib

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctim...
15/04/2021

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı olub.

Toplantıda MyGov Portalında və eGov quruculuğu sahəsində yeniliklər müzakirə olunub.
Elektron Hökumətin İnkişafı Mərkəzi MyGov-dakı yeniliklər, dövlət xidmətlərinin MyGov-a miqrasiyası, arayışlarla və çıxarışlarla bağlı optimallaşma və rəqəmsal mühitdə gözləntilər haqqında təqdimat edib.

Görüşdə dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması, MyGov-un populyarlaşması, eGov sahəsində kordinasiya və inteqrasiya ətrafında , ictimai -sosial əhəmiyyətli xidmətlərin elektronlaşması və MyGov-a inteqrasiyasinın sürətləndirilməsi ətrafında fikir mübadiləsi olub, təkliflər irəli sürülüb.

14.04.2021. İTV, "Sabaha saxlamayaq". Rəqəmsal hökumətə keçidin vəziyyətini müzakirə etmişik.
15/04/2021

14.04.2021. İTV, "Sabaha saxlamayaq". Rəqəmsal hökumətə keçidin vəziyyətini müzakirə etmişik.

Qonaqlar:1. Azər Bayramov – “ASAN Xidmət” sədrinin müşaviri 2. Fariz Cəfərov – Elektron Hökumətin inkişafı Mərkəzinin direktoru 3. Ceyhun Məmmədov – Nəqliyya...

İctimai Şurada MyGov müzakirə olunacaqSabah Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında El...
14/04/2021

İctimai Şurada MyGov müzakirə olunacaq

Sabah Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada MyGov Portalindakı yeniliklər müzakirə olunacaq.

Artıq bir xeyli dövlət xidmətləri MyGov vasitəsilə əlçatandır və bir sıra dövlət qurumlarının göstərdikləri xidmətlərə birbaşa keçid imkanları yaradılıb.
MyGov mobil tətbiqi təkmilləşdirilib.
Dövlət qurumları tərəfindən göndərilmiş bildirişlərin mobil tətbiq vasitəsilə əldə olunması məqsədilə ASAN Notification (ASAN Bildiriş) sistemi hazırlanıb.

Bu gün VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada Video qeydiyyat sisteminin ilkin t...
08/02/2021

Bu gün VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada Video qeydiyyat sisteminin ilkin təqdimatı keçirilib.

İctimai Şuranın kordinatoru Osman Gündüz ölkədə elektron hökumət quruculuğu üçün faydalı ola biləcək resursun İctimai Şurada ilkin təqdimatından gözləntilər haqqında məlumat verib.
VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ulduz Xəlilova və Elektron Hökumətin İnkişafı Mərkəzinin (eGov Mərkəzi) texniki direktrou Mehdi Cavadov adı çəkilən rəqəmsal həll və onun üstünlükləri haqqında məlumat veriblər.

eGov Mərkəzinin əməkdaşları layihə və onun incəlikləri haqqında geniş məlumat veriblər və sualları cavablandırıblar.

“Asan login” tərkibində olan Video vasitəsilə qeydiyyat sistemi VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi tərəfindən hazırlanıb.
Bu tip qeydiyyatda istifadəçinin tanınması üçün aktiv identifikasiya sənədinə bağlı olan mobil nömrənin olması vacib deyil.
İstifadəçinin tanınması (identifikasiyası) məqsədilə səsli video yazı aparılır, "Üz tanıma" sistemi ilə alınan informasiyalar İAMAS da mövcud olan informasiya ilə müqayisə olunur. Bu zaman köhnə və ya yeni növ şəxsiyyət vəsiqəsinin məlumatlarından istifadə olunur.

Təqdimat mərasimində çıxış edən İctimai Şura üzvləri Sabit Aydın, Əliməmməd Nuriyev, Hafiz Həsənov, Rüstəm Həsənov, millət vəkili Vuqar Bayramov və digərləri yeni rəqəmsal həllin faydalı olduğunu, eGov quruculuğunun populyarlaşması və inkişafı sahəsində, e-xidmətlərdən istifadənin daha da rahatlığı sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sistemin etibarlılığı, tətbiq imkanları, sui-istifadə və s. məsələlərlə bağlı suallar və təkliflər səsləndirilib.

İctimai Şura Video qeydiyyat sisteminin təkmilləşdirilməsi, tətbiq sahəsinin genişləndirilməsi, ümumiyyətlə eGov-da qeydiyyat prosesinin optimallaşdırılması, alternativ qeydiyyat imkanlarının yaradılması və sui-istifadə hallarının qarşısının alınması istiqamətində təkliflər verib.

eGov Mərkəzi yaxın zamanlarda Video qeydiyyat sistemini aktivləşdirməyi nəzərdə tutur.

Yenə də bir vətəndaşın bütün hüquqları tapdalanıb. Haqsız yerə 4 il 3 ay həbs verilib. Telefonundakı və Facebook-dakı bü...
05/09/2020

Yenə də bir vətəndaşın bütün hüquqları tapdalanıb. Haqsız yerə 4 il 3 ay həbs verilib. Telefonundakı və Facebook-dakı bütün məlumatları və faktları isə silinib. Tanımadığı insanlar üzünə durub. Bir adam ancaq bu qədər mükəmməl şərlənə bilər.

Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun ışınə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.

ABŞ səfirliyi, bu yaxınlarda REAL siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışlayır.

🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

The U.S. Embassy is disappointed by the September 3 conviction of Tofiq Yagublu on charges that appear to have been fabricated. Mr. Yagublu was denied numerous elements of due process throughout his detention and trial. We call on the Azerbaijani Government to reverse the string of recent politically-motivated detentions, reevaluate Mr. Yagublu’s case, and respect the fundamental freedoms of speech and association guaranteed to all Azerbaijanis under their constitution.

The U.S. Embassy welcomes the recent registration of the REAL political party.

Bu gün eGov Mərkəzində VXSI Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiri...
10/09/2019

Bu gün eGov Mərkəzində VXSI Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.
Dövlət Gömrük Komitəsi yeni hazırladığı “Elektron növbə” xidmətini təqdim edib.
Xidmət əsasən üç hissədən ibarətdir :
1. Elektron növbə
2. Sürətli keçid
3. CİP
Elektron növbə qabaqcadan onlayn növbə götürməklə, sadəcə sərhəd-keçid zonasına girişi nəzərdə tutur.
Sürətli keçid isə hər hansı növbə gözləmədən girişi və növbə gözləmədən bütün sənədləşmə poseduralarının keçirilməsi və avtomobilin də növbədənkənar, qabaqcadan müəyyən olunan vaxtda keçməsini nəzərdə tutur.
CİP xidmətini seçməklə sərhəddən keçməzdən öncə yeyib-içmək də sifariş edə bilərsiz :)
Hər 3 xidmət pulludur
İctimai Şuranın toplantısında xidmətin detalları, ödəniş üçün tələb olunan məbləğlər ətrafında ciddi müzakirələr aparılıb və təkliflər verilib

Sabah VXSI Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın  toplantısı keçiriləcəkToplantıda ...
09/09/2019

Sabah VXSI Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək
Toplantıda Dövlət Gömrük Komitəsinin “Elektron növbə” xidmətinin təqdimatı olacaq.

Bu xidmət sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur.
Sərhəddə növbədə gözləmək istəməyən vətəndaşlar “Elektron növbə” xidmətindən istifadə etməklə onlayn formada , həm özü və həm də avtomobili üçün növbə tutacaq və seçdiyi vaxta uyğun olaraq sərhəd-buraxılış məntəqəsinə yaxınlaşacaq.

DGK bu xidməti ilin sonunadək reallaşdırmağı nəzərdə tutub.
İctimai Şuranın toplantısında DGK və VXSI Dövlət Agentliyinin, eGov Mərkəzinin rəsmiləri də iştirak edəcək.
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura müzakirələrin yekununda bu elektron xidmətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı nəzərdə tutub

Sabah eGov Mərkəzində  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Tə...
18/04/2019

Sabah eGov Mərkəzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti Toplantısı olacaq.
Toplantıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Portalın Demo versiyasının təqdimatı olacaq.
Təqdimatım yekununda Portalın təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.
Nazilrik yaxın vaxtlarda Portalı ictimaiyyətə açıqlamağa hazırlaşır.

Gələn həftənin əvvəli VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı nəzərdə...
09/03/2019

Gələn həftənin əvvəli VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı nəzərdə tutulub .
Toplantıda eGov Mərkəzinin hazırladığı MyGov sisteminin ilkin təqdimatı keçiriləcək.
Bu sistem vətəndaşlarla bağlı eGov Portalında Şəxsi Kabinetin yaradılmasını və vətəndaşla əlaqəli bütün bildirişlərin, arayışların və digər məlumatların, həmçinin xidmətlərin bura cəlb olunmasını nəzərdə tutur.
MyGov-un ictimaiyyət üçün geniş təqdimatının da yaxın müddətdə keçirilməsi gözlənilir.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib
14/02/2019

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Sistem Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanıb.

Address

Baku
AZ1007

Website

Alerts

Be the first to know and let us send you an email when Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura:

Share