Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Public Service, Ağa Nemətulla küç. , 39, Baku.

1904-cü ildə dünyada ilk dəfə Bakı neftçiləri ilə işəgötürənlər arasında tarixdə "Mazut müqaviləsi" adını almış ilk kollektiv müqavilə Azərbaycan neft sənayesində həmkarlar hərəkatının əsasını qoyub.

Ətraf mühitin qorunması sağlam cəmiyyətin, davamlı inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biridir. ...
05/06/2026

Ətraf mühitin qorunması sağlam cəmiyyətin, davamlı inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biridir. Təbiətə qayğı göstərmək, təbii sərvətlərdən səmərəli istifadə etmək və ekoloji tarazlığın qorunmasına töhfə vermək hər birimizin məsuliyyətidir.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə hər kəsi ətraf mühitə qarşı daha həssas olmağa, ekoloji dəyərlərin qorunmasına və yaşıl gələcəyin qurulmasına dəstək verməyə çağırır.

Təbiəti qoruyaq, planetimizi yaşadaq! 🌱💚

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İt...
02/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən əməkdaşların övladları üçün bayram tədbiri təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd uşaqlara göstərilən diqqət və qayğının daha da artırılması, onların sağlam, firavan və təhlükəsiz mühitdə böyüməsinə dəstək vermək olub.

Bayram proqramı çərçivəsində uşaqlar üçün maraqlı əyləncələr, interaktiv oyunlar, müsabiqələr və müxtəlif şou proqramlar təşkil edilib. Balacalar gün ərzində xoş anlar yaşayaraq bayram sevincini bölüşüblər.

Tədbirdə iştirak edən uşaqlar və onların valideynləri yaradılan səmimi atmosferə və təşkilatçılığa görə minnətdarlıqlarını ifadə edərək, belə təşəbbüslərin uşaqların asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

01/06/2026
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və ...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!

Uşaqların hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması gələcəyimizə qoyulan ən dəyərli sərmayədir. Gələcəyimizin memarları olan bütün uşaqların bayramı mübarək!

28 May – Müstəqillik Günü münasibətilə bütün neft və qaz sənayesi işçilərini ürəkdən təbrik edirik!1918-ci ildə yaradılm...
28/05/2026

28 May – Müstəqillik Günü münasibətilə bütün neft və qaz sənayesi işçilərini ürəkdən təbrik edirik!

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi xalqımızın tarixində mühüm yer tutur. Bu əlamətdar gün milli dövlətçilik ənənələrimizin, azadlıq və müstəqillik ruhunun təcəssümüdür.

Bu gün müstəqil Azərbaycan öz inkişaf yolu, əldə etdiyi nailiyyətlər və güclü dövlətçilik prinsipləri ilə inamla gələcəyə addımlayır.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından hər kəsə sülh, rifah və uğurlar arzulayırıq.

🇦🇿 Müstəqilliyimiz daim əbədi və sarsılmaz olsun!

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) təşkilatçılığı ilə Qurban...
27/05/2026

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) təşkilatçılığı ilə Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə Qarabağ müharibəsi qaziləri və şəhid ailələri üçün tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Himndən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən ANQSİHİRK-in sədri Rüfət Zamanov Qurban bayramının birlik, həmrəylik və paylaşma dəyərlərini təbliğ etdiyini, 28 May – Müstəqillik Gününün isə xalqımızın dövlətçilik tarixində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, şəhid ailələri və qazilər dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir.

Rüfət Zamanov çıxışında vurğulayıb: “Bu gün biz həm müqəddəs Qurban bayramını, həm də Müstəqillik Gününü xalqımızın qəhrəman övladlarının ailələri və qazilərimizlə birlikdə qeyd edirik. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Qazilərimizin göstərdiyi şücaət isə gələcək nəsillər üçün örnəkdir. Onların yanında olmaq bizim mənəvi borcumuzdur.”

Tədbir iştirakçıları üçün bayram süfrəsi təşkil olunub, proqram musiqili çıxışlar və ziyafətlə davam edib.

Sonda qazilər və şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Mərhəmət, birlik və paylaşma rəmzi olan Qurban bayramı münasibətilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İ...
27/05/2026

Mərhəmət, birlik və paylaşma rəmzi olan Qurban bayramı münasibətilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından bütün xalqımızı səmimi-qəlbdən təbrik edirik.

Qurban bayramı insanları bir-birinə daha da yaxınlaşdıran, həmrəylik və xeyirxahlıq dəyərlərini yaşadan əziz günlərdəndir.

Bu müqəddəs bayramın hər bir ailəyə sevinc, süfrələrə ruzi-bərəkət, ölkəmizə isə əmin-amanlıq və firavanlıq gətirməsini arzulayırıq.

Qurban bayramınız mübarək olsun!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki konfransı...
25/05/2026

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan TTSİ-nin rəisi Fuad Süleymanov HİK-in fəaliyyəti, əməkdaşların sosial rifahının yüksəldilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra HİK sədri Həsən Əmrahov 2024–2026-cı illər ərzində həyata keçirilən fəaliyyətlər barədə geniş hesabat təqdim edib. Hesabatda əməkdaşların sosial müdafiəsi, mədəni-kütləvi tədbirlərin təşkili, işçilərin rifahının yaxşılaşdırılması və kollektivin sosial həyatında fəal iştirakın təmin olunması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.

Ardınca Təftiş Komissiyasının sədri Ramil Nəzərov çıxış edərək 2024–2026-cı illər üzrə aparılmış yoxlamaların nəticələri və maliyyə-təşkilati fəaliyyət barədə hesabatı iştirakçılara təqdim edib.

Konfransın gündəliyinə uyğun olaraq seçki prosesi də keçirilib. Səsvermənin nəticələrinə əsasən Həsən Əmrahov yenidən TTSİ Həmkarlar İttifaqı Komitəsinin sədri, Ramil Nəzərov isə yenidən Təftiş Komissiyasının sədri seçilib.

Address

Ağa Nemətulla Küç. , 39
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category