Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə yaradılmışdır. Komitə yarandığı gündən öz səlahiyyətləri daxilində uşaq və qadın hüquqlarının təmin edilməsi və onların pozulmasının qarşısının alınması, müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləmənin həyata keçirilməsi, müvafiq sahə ü

zrə dövlət proqramları layihələrinin işlənib hazırlanması, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin səlahiyyətləri daxilində təmin edilməsi, digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi, dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

05/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf - RİİB-in birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Şirvan şəhərində ailələr arasında təşkil olunan “Fibonaççi” intellektual yarışından görüntüləri təqdim edirik.

📍Şuşada vətəndaş qəbulu keçiriləcək. 📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 iy...
04/06/2026

📍Şuşada vətəndaş qəbulu keçiriləcək.

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 iyun 2026-cı il tarixində, saat 10:00-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında vətəndaşları qəbul edəcək.

04/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf - RİİB-in birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Qusar rayonunda ailələr arasında təşkil olunan “Fibonaççi” intellektual yarışından görüntüləri təqdim edirik.

📌Ailəm Könüllüləri Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.  ℹSəfər zamanı könüllülər Komitə nəzdində fəa...
04/06/2026

📌Ailəm Könüllüləri Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.

ℹSəfər zamanı könüllülər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər.

🖇️ https://family.gov.az/az/news/ailem-konulluleri-qebele-usaq-ve-ailelere-destek-merkezine-sefer-edibler

📆📌4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür.Bu gün müharibə, zorakılıq və aqressiya nəticəsində zərər g...
04/06/2026

📆📌4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür.

Bu gün müharibə, zorakılıq və aqressiya nəticəsində zərər görmüş uşaqların hüquqlarının müdafiəsinin vacibliyini bir daha xatırladır.

✨Bütün uşaqlara sülh və əmin-amanlıq dolu, təhlükəsiz dünyada yaşamağı arzulayırıq.

02/06/2026

📌 “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfransdan görüntüləri təqdim edirik.

🎈1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub📌1 İyun – Uşaqların Beynəlxalq Mü...
02/06/2026

🎈1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub

📌1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib.

✅Tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

✅Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.

📌"Dövlətimizin həyata keçirdiyi bütün proqramların mərkəzində uşaqların rifahı dayanır".🔹Bu sözləri Ailə, Qadın və Uşaq ...
01/06/2026

📌"Dövlətimizin həyata keçirdiyi bütün proqramların mərkəzində uşaqların rifahı dayanır".

🔹Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edlimiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfransda çıxışı zamanı deyib.

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gün...
01/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.

📍1 iyun 2026-cı il tarixində keçirilən tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.

🔹Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub.

🔹Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib.

🔹Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib.

🖇️ https://family.gov.az/az/news/menim-sesim-menim-huquqlarim-movzusunda-konfrans-kecirilib

Address

AZ1000, Ü. Hacıbəyov Küçəsi 80, Hökumət Evi, IV Qapı
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124980092

Alerts

Be the first to know and let us send you an email when Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

Share