Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi / Ministry of Youth and Sport of Azerbaijan

The ministry is headed by the minister aided by three deputy ministers. Main functions of the ministry are education and training of younger generation in accordance with national strategy of youth development in social, economic and cultural life of the country; education of the youth with universal and national values; ensuring social, moral and healthy physical development of the youth; teachin

g and popularizing values involving historical and cultural heritage of Azerbaijan among the youth; popularization of patriotic activities ensuring loyalty to the homeland; cooperation with other relevant governmental structures to assure increase in workplaces for youth; assistance in realization of state programs on solution of social problems of orphanages and children in poor families; protection of rights of children; participation in and motivation to create youth organizations throughout the country; ensure cooperation of youth organizations with their peers abroad and their participation in international conferences; implementation of state programs in the sphere of physical training of the youth; promotion of all kinds of sports activities in social life.[4][5] The ministry also holds annual Festival of Creative Students aiming to improve the aesthetic education of students, revealing creative and talented young people, and increasing its public support

🌿🌍5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.
05/06/2026

🌿🌍5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıbİyunun 1-dən 4-dək Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı ...
05/06/2026

Şəkidə şəhid övladları üçün yaz düşərgəsi reallaşdırılıb

İyunun 1-dən 4-dək Şəki Olimpiya İdman Kompleksində 14-15 yaşlı şəhid övladları üçün yaz düşərgəsi təşkil olunub. 40 şəhid övladını əhatə edən düşərgə Gənclər və İdman Nazirliyinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “Qəbələnd” əyləncə mərkəzinin dəstəyi ilə baş tutub.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən düşərgənin əsas məqsədi iştirakçıların intellektual, sosial və şəxsi inkişafına dəstək göstərmək, onların yaradıcılıq potensialını və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub.

Açılış mərasimindən sonra müxtəlif komanda oyunları keçirilib, həmçinin Şəki Xan Sarayına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna və Karvansaraya ekskursiya təşkil olunub. Növbəti gün iştirakçılar psixoloji təlim və inkişafyönümlü seanslarda iştirak edib, eləcə də “Qəbələnd” əyləncə mərkəzinə və "Şəki Yaylası”na səfər ediblər.

Şəhid övladları Şəki “ABAD” mərkəzində dulusçuluq, toxuculuq və keramika sahələri üzrə təlimlərə də qatılıblar. “Dayaq” Xeyriyyə Cəmiyyəti tərəfindən “Ağız boşluğu gigiyenası” mövzusunda maarifləndirici təlimlər keçirilib və tibbi müayinələr təşkil olunub.

Bağlanış mərasimindən sonra iştirakçılar üçün Qax rayonunda piknik təşkil edilib.

‌mi‌bi‌rli‌kdə

İtaliyada parataekvondo üzrə Roma Qran-Prisi keçirilib. Yarışda K44 kateqoriyasında idmançılarımızdan 🥇Sabir Zeynalov (5...
05/06/2026

İtaliyada parataekvondo üzrə Roma Qran-Prisi keçirilib. Yarışda K44 kateqoriyasında idmançılarımızdan 🥇Sabir Zeynalov (58 kq) qızıl, 🥉İmaməddin Xəlilov (70 kq) isə bürünc medal qazanıblar. Bu nəticələr idmançılarımıza Los-Anceles-2028 Yay Paralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.
Təbrik edirik!🇦🇿

‌mi‌bi‌rli‌kdə
Azərbaycan Milli Paralimpiya Komitəsi

05/06/2026

🇦🇿🏆Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!

‌mi‌bi‌rli‌kdə
AMF

05/06/2026

2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.

🇦🇿Yaşasın Azərbaycan!

⚽️ Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə qitə çempiona...
04/06/2026

⚽️ Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!

Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə qitə çempionatının finalında Azərbaycan milli komandası Ukrayna yığmasına 2:0 hesabı ilə qalib gələrək yenidən Avropa çempionu olub.

Bu, komandamızın son illərdə qazandığı üçüncü böyük uğurudur. Millimiz 2022-ci ildə Avropa çempionu, 2025-ci ildə isə dünya çempionu olub.
Təbriklər, Azərbaycan! 🇦🇿

‌mi‌bi‌rli‌kdə
AMF

İyunun 4-də gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.Qəbul...
04/06/2026

İyunun 4-də gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.

Qəbuldan öncə nazir Fərid Qayıbov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovla birlikdə Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Salyan Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

‌mi‌bi‌rli‌kdə

Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi və “Ədliyyə Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı və Türk Dövlətl...
04/06/2026

Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi və “Ədliyyə Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə mayın 25–30-da Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Türk Dövlətləri Təşkilatı modeli simulyasiyası” düşərgəsi təşkil olunub.

Düşərgənin açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ədliyyə nazirinin müşaviri Tağı Eynullayev və Türk Dövlətləri Təşkilatının Katibliyində layihələr üzrə direktoru Muradcan Mustafayev iştirak ediblər.

Proqram çərçivəsində “Türk dünyasında gənclərin rolu” və “Türk dövlətləri arasında əməkdaşlıq və müasir idarəçilik” mövzularında panel müzakirələri, eləcə də dövlət qurumlarının nümayəndələri tərəfindən beynəlxalq əməkdaşlıq mexanizmləri, çoxtərəfli tərəfdaşlıq formatları və müasir idarəetmə yanaşmalarına dair ekspert sessiyaları keçirilib.

Ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan yerli və xarici tələbələrin iştirakı ilə 10 qrup üzrə simulyasiya sessiyaları təşkil olunub. İştirakçılar Türk Dövlətləri Təşkilatının fəaliyyət modelini canlandıraraq müxtəlif mövzular üzrə müzakirələr aparıb, qərar layihələri hazırlayıb və anlaşma memorandumları imzalayıblar.

Layihə çərçivəsində Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Tural Gəncəliyevlə görüş keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

‌mi‌bi‌rli‌kdə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Türk Devletleri Teşkilatı - Organization of Turkic States

İyunun 4-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı i...
04/06/2026

İyunun 4-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər.

Açılış mərasimindən sonra yarışlara rəsmi start verilib. Final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda təmsil olunur.

Bu gün keçirilən yarışlarda idmançılar 10–11, 12–13, 14–15, 46–50, 51–55, 56–60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

‌mi‌bi‌rli‌kdə
Azərbaycan Üzgüçülük Federasiyasi / Azerbaijan Swimming Federation - ASF

Address

Olimpiya Küçəsi, 4
Baku
1072

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

Share