Üzeyir Hacıbəylinin Ev Muzeyi - The House Museum Of Uzeyir Hajibeyli

  • Home
  • Azerbaijan
  • Baku
  • Üzeyir Hacıbəylinin Ev Muzeyi - The House Museum Of Uzeyir Hajibeyli

Üzeyir Hacıbəylinin Ev Muzeyi - The House Museum Of Uzeyir Hajibeyli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Üzeyir Hacıbəylinin ev - muzeyi

Üzeyir Hacıbəyli (1885-1948)
Azərbaycan professional musiqisinin banisi.
Şərqin ilk operasının (Leyli və Məcnun), Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı.


_________________________________________________

KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu və 1975-ci il noyabr 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycanın xalq rəssamı Kazım Kazımzadə və memar Eduard Kruikinin böyük əməyi olmuşdur. Bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan “Koroğlu” operası bəstələnmişdir. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir. Eksponatlar arasında həmçinin görkəmli şəxslər, tələbələr, ayrı-ayrı təşkilatlar tərəfindən bağışlanmış hədiyyələr də xüsusi yer tutur. Muzey 4 otaq, şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
40 ildir fəaliyyət göstərən muzey tərəfindən bir çox işlər görülmüş, ekspozisiyası bir neçə dəfə yenilənmiş, fondu isə ilbəil zənginləşmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 28 fevral tarixli “Üzeyir Hacıbəylinin 120 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən muzey əsaslı təmir olunmuşdur.

Üzeyir Hacıbəylinin ev-muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə ziyarətçilər üçün “Açıq qapı” günü təşki...
19/05/2026

Üzeyir Hacıbəylinin ev-muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə ziyarətçilər üçün “Açıq qapı” günü təşkil olunmuşdur.

Muzeyimizi ziyarət edən ziyarətçilərin bir qismini sizə təqdim edirik!

📢18 may 2026-cı il tarixində Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keç...
16/05/2026

📢18 may 2026-cı il tarixində Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keçiriləcək.

Ziyarətçilərin muzeyə girişi ödənişsizdir✨

📢18 may 2026-cı il tarixində Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keç...
16/05/2026

📢18 may 2026-cı il tarixində Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Açıq qapı” günü keçiriləcək.

Ziyarətçilərin muzeyə giriş ödənişsizdir✨

14 may 2026-cı il tarixində Georgi Şaroyev adına 11 illik musiqi məktəbinin “Salam Bahar” adlı konsert tədbiri keçiriləc...
13/05/2026

14 may 2026-cı il tarixində Georgi Şaroyev adına 11 illik musiqi məktəbinin “Salam Bahar” adlı konsert tədbiri keçiriləcək.

Giriş sərbəstdir🎼

8 may 2026-cı il tarixində saat 15:00-da Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə k...
05/05/2026

8 may 2026-cı il tarixində saat 15:00-da Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə konsert tədbiri təşkil olunacaq.

Giriş sərbəstdir🎼

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev -muzeyində “Açıq qapı” günü baş...
19/04/2026

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev -muzeyində “Açıq qapı” günü baş tutub.

Bu münasibətlə muzey ziyarətçilər üçün ödənişsiz fəaliyyət göstərib, muzey əməkdaşları böyük bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ziyarətçilərə ətraflı məlumat verilib. Ekskursiyalar zamanı ziyarətçilər ekspozisiya zalları ilə yaxından tanış olublar.

Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Turizm və Menecment Universitetinin təcrübə proqramı çərçivəsində tələbələr ...
16/04/2026

Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Turizm və Menecment Universitetinin təcrübə proqramı çərçivəsində tələbələr praktikaya başlayıblar.

Tələbələr Leyla Babayeva, Fidan Aslanlı və Yeganə Qəhrəmanlı qısa müddətli praktika müddətində muzey fəaliyyəti ilə yaxından tanış olacaq, müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

Tələbələrə uğurlar arzulayırıq✨

̇ncəsənət

Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmovun xatirəsi anılıb.Üzeyir Hacıbəylinin ev – muzeyində görkəmli bəstəkar, X...
09/04/2026

Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmovun xatirəsi anılıb.

Üzeyir Hacıbəylinin ev – muzeyində görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun anadan olmasının 119 – cu ildönümünə həsr olunmuş konsert keçirilib.Açılış nitqində Səid Rüstəmov adın 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tofiq Salmanov çıxış etdi, muzeyin rəhbəri Sərdar Fərəcova və muzeyin kollektivinə Səid Rüstəmovun xatirə gecəsinin keçirilməsində göstərdikləri əməyə görə minnətdarlığını bildirdi.Muzeyin elmi katibi Nərgiz Qədirova çıxış edərək bəstəkarın Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən və Üzeyir bəy ənənələrinin davam etdirilməsindəki rolundan bəhs edib. Konsertdə S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri bəstəkarın zəngin irsini nümayiş etdiriblər. Proqrama sənətkarın “Oxu tar”, “Qaytağı”, “Alagöz”, “Şadlıq rəqsi” və “Azərbaycan” kimi tanınmış əsərləri daxil edilib. Gənc ifaçıları Şəfəq Qafarova, Şəbnəm Mikayılova və Vüsalə Quliyeva kimi təcrübəli konsertmeystrlər müşayiət edib.

7 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin təşk...
06/04/2026

7 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə bəstəkarına xatirə gecəsinə həsr olunmuş musiqili tədbir keçiriləcək.

Giriş sərbəstdir✨
̇ncəsənət

Address

Bakı şəhəri, Yasamal Rayonu, Ak. Şamil Əzizbəyov Küç. , 67/69
Baku
AZ1009

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 10:00 - 17:00

Telephone

+994125952558

Alerts

Be the first to know and let us send you an email when Üzeyir Hacıbəylinin Ev Muzeyi - The House Museum Of Uzeyir Hajibeyli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Üzeyir Hacıbəylinin Ev Muzeyi - The House Museum Of Uzeyir Hajibeyli:

Share