Yasamal Rayon Gənclər və İdman İdarəsi

Yasamal Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikası,Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti
Az-1100, Yasamal rayonu, Mətbuat prospekti, 37a

03/07/2023
21/06/2023
Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrUmummilli Lider Heydər  Əliyev  dahi  siyasi  və dövlət xadimi olmaqla ya...
15/06/2023

Azərbaycan mədəniyyətinin inkişafında yeni dövr

Umummilli Lider Heydər Əliyev dahi siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin hamisi idi.
Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərləri vəsf etmiş və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdılar. Mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirirdi və onların daim qayğısını çəkirdi.
Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin Sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.
Azərbaycan kinosunun da böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bir sıra filmlərimizin yaranmasında Heydər Əliyevin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə kino istehsalı bərpa edildi və “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.
Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.
Teatrlarımız da öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi və bu sahədə çalışanlara həmişə tamaşadan sonra öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.
Ulu Öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır.
Umummilli Lider Heydər Əliyevin müvafiq fərmanları, tədbirləri nəticəsində Nizaminin 840, Füzulinin 500, Nəsiminin 600, Bülbülün 100, Rəşid Behbudovun 80, qədim tarixi və milli mədəniyyətimizin əvəzsiz abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin ölkəmizdə və dünyanın müxtəlif ölkə və şəhərlərində qeyd olunması Azərbaycanı və xalqımızı bir daha dünyaya tanıtdı.
21 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla keçirilən görüşdə Ulu Öndərin çıxışında bildirmişdir ki, “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”
1 avqust 1994-cü il tarixində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasından diqqətə çatdırdğı sözləri, “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”
Həmçinin Müslüm Maqomayevin 17 oktyabr 1997-ci il tarixində keçirilən yubiley gecəsində yaddaşlara həkk olunan tarixi sözləri, “Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir” - deyə bildirmişdir.
2004-cü ildən başlayaraq ölkənin mədəni həyatının tənzimlənməsində, mədəniyyət siyasətinin səmərəli həyata keçirilməsində dövlət orqanları ilə birlikdə qeyri-hökumət təşkilatları, ilk növbədə Heydər Əliyev Fondu yaxından iştirak edir.
Ulu Öndər Heydər Əliyevin siyasi məfkurəsini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını, azərbaycançılıq ideologiyasını yeni nəsillərə daim çatdırmaq niyyətindən irəli gələrək yaradılan fond ötən 10 il ərzində öz məqsədyönlü, gərgin və səmərəli fəaliyyəti ilə Azərbaycanın ictimai və mədəni həyatında son dərəcə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni qurum olduğunu açıq şəkildə sübuta yetirdi.

Xəlilova Aynur - politoloq

Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətində Azərbaycan mədəniyyətinin yeriXX əsr Azərbaycan mədəniyyətinin bütün s...
15/06/2023

Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətində Azərbaycan mədəniyyətinin yeri

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı.
Ulu Öndər daim mədəniyyətimizin himayədarı olmuş, sənət adamlarının qayğısına qalmışdır. Dünya şöhrətli musiqiçi MstislavRostropoviçin Bakıya dəvət edilməsi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının bərpa edilməsi, Bakıda Üzeyir Hacıbəyli, Bülbülün xatirə muzeylərinin açılması, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlıya abidələr qoyulması - bütün bunlar onun təşəbbüsü idi. Bu böyük siyasi xadim bütün mədəni tədbirlərdə, premyeralarda, səhnə əsərlərinin yeni quruluşunda şəxsən özü iştirak edərək, yaradıcı heyətlə görüşür, onların ünvanına həmişə xoş sözlər deyirdi. Bir çox mədəniyyət xadimlərinə fəxri adlar verilməsində də onun böyük rolu olmuşdur.

Aysel Mənsimova - politoloq

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri əvəzsizdirXX əsr Azərbaycan mədəniyyətinin bü...
15/06/2023

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri əvəzsizdir

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.
Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ sovet dönəmində Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov kimi yazıçılara, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tahir Salahov kimi bəstəkar, rəssamlara o zaman SSRİ-də ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Onu da qeyd etmək lazımdır ki, sovet dönəmində Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik bu dahi şəxsiyyət istiqlal dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Elçin, Anar, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Heydər Əliyevin mədəniyyət siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, Mirzə Fətəli Axundovun 170, böyük romantik, filosof şairi Hüseyn Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.
1999-cu il aprelin 8-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev dahi Nizami haqqında deyib: “Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır.” Yaxud 1998-ci il dekabrın 9-da “İslam sivilizasiyası Qafqazda” mövzusunda çıxışında deyib - “Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur.”
Heydər Əliyevi hər şeydən öncə ədəbiyyatın yüksək borcu və amalı düşündürürdü. Azərbaycan yazıçılarının X qurultayındakı tarixi nitqində də o, ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandırmışdı. "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir", - deyən Heydər Əliyev ümumən intellektə, ağıl və zəkaya böyük qiymət verirdi. Çünki o özü XX əsr Azərbaycan tarixinin yetişdirdiyi böyük zəka, intellekt sahibi idi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır. Yazını möhtərəm Prezidentimiz İlham Əliyevin aşağıdakı sözləri ilə bitirmək istəyirəm: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr ...
15/06/2023

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların müxtəlif illərdə keçirilən qurultaylarında iştirak etməsi də sübut edir.
O, həmin qurultaylarda iştirak etməklə qurultay iştirakçılarına stimul verir, ədəbiyyatın inkişafı üçün şərait yaradırdı. Ulu Öndər Heydər Əliyevin söz adamlarına, ziyalılara diqqəti və qayğısı bununla kifayətlənmirdi. Qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəçisinə çevrilirdi. Ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi.
Ulu Öndər hakimiyyətə gəldiyi ilk dönəmlərdə – 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı
Tarixə nəzər saldıqda görürük ki, Heydər Əliyev 60-70-ci illərdə olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz iş idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda vətəninə qaytarmaq tarixi ədalətsizlik üzərində milli qələbə idi. 1995-ci il iyunun 10-da Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə çıxışında Ulu Öndər bildirmişdi: “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”
Heydər Əliyev 15 yanvar 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusilə qeyd etmişlər. Ulu Öndər özü isə 1997-ci il oktyabr ayının 30-da Azərbaycan Yazıçılarının X Qurultayında bununla bağlı bildirib: “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi.”
Bütün bunlarla yanaşı, hakimiyyətdə olduğu dövrün birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövrün yazarlarına böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir.
Klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 13 sentyabr 1973-cü ildə bəşəri klassikimiz İmadəddin Nəsimin 600 illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda İmadəddin Nəsimin abidəsi qoyuldu. Bununla əlaqədar Ulu Öndər 1999-cu il aprelin 8-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında bidirmişdir : “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.”
Bu münasibətlə 6 yanvar 1979-cu ildə „Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması əsas önəmli fakt idi. Bu o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycanın şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirilmişdir.
Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən bəzi yubiley mərasimlərinə nəzər salaq. Yubilyarlar müxtəlif zümrələri əhatə edirdi.
Göründüyü kimi, Heydər Əliyev hər zaman ədib və ziyalılara xüsusi qayğı göstərmiş, onların layiqli dəyərlərini almalarına şərait yaratmışdır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarını hər zaman yüksək qiymətləndirib Müasir dövrdə hər bir dövlətin, xalqın g...
15/06/2023

Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalılarını hər zaman yüksək qiymətləndirib

Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə, ziyalılara münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.
Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.
Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, ziyalılarımızın ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.
Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir ziyalı, elm adamı idi. Onun müdrik siyasətinin uzaqgörənliyi və dərinliyi məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü.
Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. Ulu Öndər həm də tanınmış elm xadimləri, ziyalıların fəaliyyəti ilə yaxından maraqlanır, onların problemlərinin həllində şəxsən iştirak edərdi. Onun tapşırıqlarına uyğun olaraq görkəmli Azərbaycan alimləri, şair və yazıçıları, ziyalılarının yubileyləri təşkil edilib, abidələri ucaldılıb və digər işlər görülüb.
1996-cı il sentyabrın 10-da Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən olan günyaşöhrətli kimyaçı alim Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə çıxış edən Ulu Öndər Heydər Əliyev ziyalı-alim barədə demişdir: “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir.”
Digər yubiley tədbirində - görkəmli ziyalı, alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışında alimə çox yüksək qiymət verərək bildirib ki, “Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir.”
Təksə bu iki misal Ulu Öndərin ümumilikdə Azərbaycan ziyalılarının nümayəndələrinə verdiyi qiymətin bariz nümunəsidir.
Ümummilli lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ölkə ziyalılarına yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və ziyalısını dərindən sevən Heydər Əliyev fəaliyyəti dövründə respublika elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan ziyalılarının inkişafına da daima diqqət yetirmişdi. Bunun əvəzi olaraq ziyalılar da ər zaman Ulu öndərin yanında olmuş, onun bütün işlərini dəstəkləmişlər.
Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

23 may 2023 cü il tarixdə   “2023-cü il Heydər Əliyev ili”nə  həsr olunmuş “ Mən Azərbaycanlıyam” mövzusunda Yasamal ray...
30/05/2023

23 may 2023 cü il tarixdə “2023-cü il Heydər Əliyev ili”nə həsr olunmuş “ Mən Azərbaycanlıyam” mövzusunda Yasamal rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin rus bölməsində təhsil alan 5-7 ci sinif sagirdləri arasinda insa yazi musabiqəs

Address

Metbuat Prospekti 34A
Baku

Alerts

Be the first to know and let us send you an email when Yasamal Rayon Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share