ETSN yanında Milli Hidrometeorologiya Xidməti

ETSN yanında Milli Hidrometeorologiya Xidməti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ETSN yanında Milli Hidrometeorologiya Xidməti, Government Organization, Heydər Əliyev pr. 10, Baku.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 5-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən y...
05/06/2026

Milli Hidrometeorologiya Xidmətinin iyunun 5-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

🌧️Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.

🫧İyunun 4-də saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə, saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə də dolu düşüb.

05/06/2026
03/06/2026

İyunun 4-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən 📍Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

🌡️Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.

📍Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

🌡️Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.

⛈️Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 4-6-da 📍Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonların...
03/06/2026

⛈️Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 4-6-da 📍Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

🌊Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

02/06/2026

İyunun 3-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən 📍Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

🌡️Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.

📍Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

🌡️Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağı...
02/06/2026

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

🌪️Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz, Şahdağda 20, Kəlbəcər, Bərdə, Ağdamda 18, Şabran, Tərtərdə 16, Lerik, Oğuz, Şəki, Yevlaxda 15 m/s-yə çatır.

🌧️Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş), Şabranda arabir yağış yağır.

🌪️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilibMilli Hidrometeorologiya Xidməti iyunun 2-də Bakıda ...
01/06/2026

🌪️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti iyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

📍Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

📍Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

⛈️Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si səhər 📍Azərbaycanın şimal və qərb rayonlarından başl...
01/06/2026

⛈️Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si səhər 📍Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

🌊Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Address

Heydər Əliyev Pr. 10
Baku
AZ1154

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994777335511

Alerts

Be the first to know and let us send you an email when ETSN yanında Milli Hidrometeorologiya Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ETSN yanında Milli Hidrometeorologiya Xidməti:

Share