C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində

  • Home
  • Azerbaijan
  • Baku
  • C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində, Library, Baku.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə 05 dekabr 2018-ci il, saat...
04/12/2018

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə 05 dekabr 2018-ci il, saat 11:00-da kitabxanada “Kitabxanalar-ənənələr və innovasiyalar” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda “XXI əsr kitabxanaları -ənənələr və innovasiyalar”, “Azərbaycanda kitabxana quruculuğu və gənclər siyasəti”, “Müasir kitabxanalarda milli irsin qorunması və təbliği”, “Müasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, “Müasir innovasiyalar və Azərbaycan kitabxanalarına tətbiqi problemi”, “Kitabxanaçılıq təhsili və müasir gənclik”, “Müasir informasiya resursları və Azərbaycan dilli kontent”, “Kitabxanalarda insan hüquqlarının kitabxana-informasiya təminatı”, “Azərbaycan Respublikasının Prerzident Kitabxanası və gənclərə müasir kitabxana xidməti”, “Gənclər kitabxanaları informasiya əsrində”, “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və kitabxana fondu” və bir neçə aktual mövzularda məruzə və çıxışlar olacaqdır. Məruzəçi və çıxışçılar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini V. Əliyev, Azərbaycanda kitabxanaşünaslıq elminin banisi A.Xələfov, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ditektor müavini, filologiya elmləri doktoru, professor A.Əliyeva (Kəngərli), professor, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru L.İmanova,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova, Mədəniyyət və İncəsənət Universitetinin rektorunun humanitar işlər üzrə müavini A.Babayeva, Türkiyə Respublikası Kastomonu Universiteti Fənn Ədəbiyyat Fakültəsi Bilgi və Bəlgə Yönetemi M.Bankir və bir sıra elm xadimləri, ziyalılar olacaqlar. Saat 1500-da Azərbaycan Dövlət Musiqili Teatrında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibəti ilə təntənəli yubiley tədbiri keçirəcəkdir. Təntənəli yubiley tədbirinin rəsmi hissəsində Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayev, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Fazil Mustafa, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edəcəklər. Bədii hissədə “Onu demə zalım yar”, “Azad bir quşdum mahnıları, “Şur” kompozisiyası, Fikrət Əmirov “Sevil” operasından “Balaşın mahnısı”, Həsən Rzayev “Cahargah” rapsodiyası, Frederik Şopen “Ekspromt – fantaziya, Niyazi “Rast”, Qara Qarayev “Prelüd” №3, “Azərbaycan” rəqsi ifa olunacaqdır və bədii hissə ilə davam edəcəkdir.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarl...
26/11/2018

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında

Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarl...
20/11/2018

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında

Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım

Elm, təhsil, maariflənmə naminasiyası üzrə 2 iştirakçı öz şeiri ilə yarışmaya qatıldı.Onlayn yarışmada iştirak edən GƏNC şairlər

1. Hüseyn Bəy Fəxri Buludov: Gəncliyimin kitabxanası
2.Savalan Abbasoğlu: Darıxma

Elm, təhsil, maariflənmə naminasiyasının qalibi Savalan Abbasoğlu: Darıxma 74 səs .48 rəy. 6 paylaşma
ilə qalib gəldi. Savalan bəyi Gənclər Kitabxanasının kollektivi adından təbrik edirik. Həyatda və gələcək işlərində uğurlar arzulayırıq

DARIXMA

Çəksən də bir ömür əzab, əziyyət
Bir dəfə eyləmə həzər, darıxma.
Halal zəhmət ilə, alın təriylə,
Əlinə çıxsa da qəbər, darıxma.

Təmbəllik eyləmə, zəhmətin olsun
Yol vermə hədərə söhbətin olsun
Bir işdən yapış ki, sənətin olsun,
İş varsa gələcək səmər, darıxma.

Hədər sərf etmə vaxtı, zamanı
Sonradan çəkərsən xeyli ziyanı
Qəlizdən iş öyrən, seçmə asanı
İşinə verilər dəyər, darıxma

Ey Fəthi peşənə hörmətin olsun
Sevgiylə işi gör şöhrətin olsun
Kitaba, yazıya diqqətin olsun,
Yazarsan maraqlı əsər darıxma
Müəllif: Savalan Abbasoğlu

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarl...
20/11/2018

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında

Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım

Hərbi vətənpərvərlik, vətən sevgisi, Azərbaycan, Azərbaycan bayrağı, Xalq Cümhuriyyəti – 100 naminasiyası üzrə 9 iştirakçı öz şeiri ilə yarışmaya qatıldı.Onlayn yarışmada iştirak edən GƏNC şairlər

1.Vahid Qoca: Vətən
2. Ümman Allahşükür Alaşarlı: Vətənim mənim
3. Vuqar Ağdamlı: Səbəbkar səngərdə duran əsgərdi
4. Eyvaz Əyyub: Bir cüt əsgər çəkməsi
5. Mənsur Həsənzadə: Torpağı işğalda olan şairin
Bayramı heç zaman mübarək olmur!
6. Elnur Uğur Abdiyev: Azərbaycan Bayrağı
7. Habil RzaNur: Vətən Silləsi
8. Səfər Valeh: Vətəndir Vətənim
9. Rəhimov Rəhim (Vahid): Türk əsgər

Hərbi vətənpərvərlik, vətən sevgisi, Azərbaycan, Azərbaycan bayrağı, Xalq Cümhuriyyəti – 100 naminasiyasının qalibi Elnur Uğur Abdiyev: Azərbaycan Bayrağı 323 səs.109 rəy. 116 paylaşma .Elnur bəyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi adından təbrik edirəm. Həyatda və gələçək müsabiqələrdə uğurlar arzayıram.

Azərbaycan Bayrağı

Səni qandan yoğurdu,
Uğrunda can verənlər.
Yurdu torpaq edən yox,
Torpağı yurd edənlər.
Namusumun hicabı,
Əqidəmin sancağı,
Tariximin yaşıdı,
Azərbaycan Bayrağı!
Dalğalan başım üstə,
Azadlığım şirindir.
Hara ki kölgən düşür,
Müqəddəs and yerimdir.
Vətən üfüqlərində,
Ləpələnsin bu üç rəng.
Səmandan nur ələsin,
Ay - Ulduz, öpüşərək.
Türk elləri salamlar,
Üzündə xoş növrağı.
Türklüyümün sübutu,
Azərbaycan Bayrağı!
Müəllif: Elnur Uğur Abdiyev

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarl...
20/11/2018

C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında

Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım

Sevgi naminasiyası üzrə 8 iştirakçı öz şeiri ilə yarışmaya qatıldı.Onlayn yarışmada iştirak edən GƏNC şairlər

1. Esmira Günəş: Sevgi məktubu
2.Qabil Ədalət: Qalıb hələ
3. Arzu Hüseyn: Sevməsəndə Unutma
4. Kənan Rza: Ən gözəl qadınlar
5. Aydan Ay: Qadın
6. Xəyal Zeynal: Söz olub gedir
7. Qalib Qaralı: Həyat bizə biraz özündən daniş
8. Ceyhun Aranlı: Mahnı

Sevgi, gözəllik naminasiyasının qalibi

Esmira Günəş: Sevgi məktubu 544 səs. 249 rəy. 71 paylaşma ilə qalib gəldi. Esmira xanimi Gənclər Kitabxanasının kollektivi adından təbrik edirik. Həyatda və gələcək işlərində uğurlar arzulayırıq.🌹🌹🌹

Sevgi məktubu

Qələmi götürüb bir şeir yazsam,
Yazsam ki, sevgilim darıxmışam mən.
Həsrətə son qoyub bir danış görüm,
Qayıdıb yanıma gələrsənmi sən ?

Əllərin silərmi göz yaşlarımı ?
Gözlərim gözünə baxa bilərmi ?
Nə qədər gizlədim baxışlarımı ?
Sevgin əzabımı yıxa bilərmi ?

Getmisən yuxumu alıb gözümdən,
İndi mən gecələr yata bilmirəm.
Adın əskik olmur dildə sözümdən,
Axı ürəyimdən ata bilmirəm.

Bir vərəq, bir qələm sirdaşım olub,
Şeirlər sən deyə başlayıb, bitir.
Ömürdən günlərim yarpaq tək solub,
Əcəlim gəlmədən özünü yetir.

Müəllif: Esmira Günəş

Əziz müsabiqə iştirakçıları və səhifə izləyiciləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi m...
19/11/2018

Əziz müsabiqə iştirakçıları və səhifə izləyiciləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım
Facebook sosial şəbəkəsində gənc yazarlar arasında onlayn müsabiqə başa çatdı..
Müsabiqəyə 3 istiqamət üzrə

Hərbi vətənpərvərlik, vətən sevgisi, Azərbaycan, Azərbaycan bayrağı, Xalq Cümhuriyyəti – 100

Elnur Uğur Abdiyev: Azərbaycan Bayrağı

Elm, təhsil, maariflənmə mövzusu

Savalan Abbasoğlu: Darıxma

Sevgi, gözəllik

Esmira Günəş: Sevgi məktubu

Qalibləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi adından təbrik edirik.
Müsabiqidə iştirak edən gənc yazarlarımıza və səhifə izləyicələrinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi adından təşəkkür edirik.

19/11/2018

Əziz müsabiqə iştirakçıları və səhifə izləyiciləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım
Facebook sosial şəbəkəsində gənc yazarlar arasında onlayn musabiqə başa çatdı.Müsabiqənin nəticələri haqqında ətraflı məlumat Sizlərə veriləçək. Uğurlar müsabiqidə iştirak edən gənc yazarlarımıza və səhifə izləyicələrinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi adından təşəkkür edirik.

16/11/2018

Əziz müsabiqə iştirakçıları və səhifə izləyiciləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında onlayn musabiqə

Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım

Nəzərinizə çatdırıramkı müsabiqənin vaxtı 19 noyabr tarixində bitəcək. Çoxsaylı izləyicələrimizin xahişi ilə səsvermə 19 noyabr 12 00 da bitəcək. Əlavə səslər nəzərə alınmayacaq.Müsabiqə iştirakçılarına dəstəyi unutmayın. Uğurlar gənc yazarlarımıza.

15/11/2018

Əziz müsabiqə iştirakçıları və səhifə izləyiciləri C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında onlayn musabiqə

Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım

Nəzərinizə çatdırıramkı müsabiqənin bitməsinə son iki gün qalıb. 17 noyabr səs vermə dayanacaq.Əlavə səslər nəzərə alınmayacaq.Müsabiqə iştirakçılarına dəstəyi unutmayın. Uğurlar

08/11/2018

Səbəbkar səngərdə duran əsgərdi

Sakitcə gecələr rahat yatırsan.
Kədəri, dərd- qəmi başdan atırsan.
Bilirsən bunlara necə çatırsan?
Səbəbkar səngərdə duran əsgərdi.

Xəbərin varmıdır boranlı qardan.
Sır- sıra bağlayan o buz divardan.
Soruşma kədəri yatmayan yardan.
Səbəbkar səngərdə duran əsgərdi.

Burada gecələr nədir bilinməz.
Yar dərdi, dost dərdi nədir görünməz.
Bilirsən nə üçün düşmənin keçməz.
Səbəbkar səngərdə duran əsgərdi.

Hər dua aminlə çatırsa sona.
Həmin o dualar yatırsa cana.
Dua oxuyursa gecələr ana.
Səbəbkar səngərdə duran əsgərdi.

Boş yerə arzular-xəyallar qursan.
Gəzdiyin torpaqda məğrurla dursan.
Düşmən şəhid verdi xəbərin duysan.
Səbəbkar səngərdə duran əsgərdi.

Oğul şəkillərinə gülürsə ata.
Fikirli ananı görürsə ata.
Telefon zəngini güdürsə ata.
Səbəbkar səngərdə duran əsgərdi.

Dualar içində bu gün azdımsa.
Qələmlə səngəri gecə qazdımsa.
Mən Vüqar bu gecə bunu yazdımsa.
Səbəbkar səngərdə duran əsgərdi.

Müəllifi: Vuqar Ağdamlı.

Həyat bizə biraz özündən danişSevməyimə, sevməyi andirmisanÇox vaxda sən ürəylər sindirmisan.Sevənlərin qəlbinə od salmi...
05/11/2018

Həyat bizə biraz özündən daniş

Sevməyimə, sevməyi andirmisan
Çox vaxda sən ürəylər sindirmisan.
Sevənlərin qəlbinə od salmisan,
Qəlblərə od salan közündən daniş
Həyat bizə biraz özündən daniş

Sevgilə qaynayb qarisanlarin
Saxta sevgiler ilə alişanlarin,
Çox sözlər verərək danışanların
Tutmayib getdiyi sözündən daniş
Həyat bizə biraz özündən danış.

Dost var dostu üçün qardaşlıq edir
Dost var pul üçün yoldaşliq edir
Dosta var dostuna satqınlıq edir
Sən saxta dostlarin üzündən daniş
Həyat bizə biraz özündən danis.

Eldə silah posta durub yatmayir,
Bizim əsgər torpagini satmayir,
Nə şaxtaya nə borana baxmayir
Sən bizim əsgərdə dözümdən danış
Həyat bizə biraz özündən daniş.

Onlari şəhid etdi vətən sevgisi,
Yazildi onlara şəhid nəgməsi.
Keçməyb analarin ah naləsi,
Sən anaların yaşli gözündən danış
Həyat bizə biraz özündən daniş

Çox insan həyatın sən məhv etmisən,
Çox günahkarları sən əhv etmisən.
Həyat sən özündə çox səhv etmisən
Birazda öz səhvindən düzündən daniş
Həyat bizə biraz özündən daniş.

Müəllif: Qalib Qaralı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 oktyabr 2018-ci il tarixdə  C.Cabbarlı adına Respublika Gənclə...
31/10/2018

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 oktyabr 2018-ci il tarixdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxnasının 90 illik yubileyi münasibətilə Facebook sosial şəbəkəsində gənc yazarlar arasında “Dünyaya yayılır sözüm, dastanım,Sən də ucalırsan, Azərbaycanım” onlayn şeir musabiqəsinin iştirakçıları ilə görüş keçirildi. Görüşdə müsabiqə iştirakçıları Esmira Günəş, Savalan Abbasoğlu, Xəyal Zeynal, Mənsur Həsənzadə iştirak edirdi. Görüşdə həmçinin, gənc yazar Çinarə Köçərli, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Kəmalə Şahverdiyeva, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Validə Hacıyeva, Nərimanov rayon Gənclər Birliyi ilə əməkdaşlıq edən İradə Omarova, Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin gənclər təşkilatının sədri Sənan İmanov, Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin gənclər təşkilatının sədrinin müavini Sevinc Alışova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Pedaqoji Universitetinin tələbələri də iştirak edirdilər.

Address

Baku

Telephone

(012) 538 93 54

Website

Alerts

Be the first to know and let us send you an email when C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 90 il xalqın xidmətində:

Share

Category