Təlimə Dəstək Mərkəzi

Təlimə Dəstək Mərkəzi Məktəb rəhbərliyi, müəllim, psixoloqların peşəkar inkişafına dəstək digər səhifələrdə əsas mənbəyini işarə etməmiş paylaşılması qadağandır.

Təlimə Dəstək Mərkəzi facebook səhifəsindən istifadə qaydaları:

- Səhifədə Mərkəzin səlahiyyətlərinə aid olmayan suallar cavablandırılmır;
- Səhifədə reklam yerləşdirmək qadağandır;
- BÖYÜK HƏRFLƏRLƏ yazılan müraciət, şərh, sual və s. pozulacaq;
- Təhqir, böhtan sözlərdən istifadə edən istifadəçi dərhal səhifədən kənarlaşdırılacaq;
- Səhifədə paylaşılan məlumatların (foto, video, yazı və s.)

12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü
12/12/2024

12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü

12/12/2024

12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü

Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 176 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə qənaət” adlı nümunəvi təşk...
07/11/2024

Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 176 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə qənaət” adlı nümunəvi təşkilat saatı təşkil edildi.
Məqsəd təhsil müəssisələrində sinif təşkilat saatlarının funksionallığını artırmaq, təhsilalanlarda müsbət ictimai sosial davranışların formalaşmasına nail olmaqdır.
Nümunəvi təşkilat saatında Təlimə Dəstək Mərkəzinin rəhbərliyi və metodistləri iştirak etdilər. Sonda fəaliyyətin təşkili ilə bağlı məktəb rəhbərliyi ilə fikir mübadiləsi aparıldı.

Korreksiyaedici pedaqoqlar üçün təlimBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzinin metodisti Esmira Ka...
07/11/2024

Korreksiyaedici pedaqoqlar üçün təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzinin metodisti Esmira Kazımova tərəfindən korreksiyaedici pedaqoqlar üçün təlim keçirilib.

01.11.2024 ci il tarixində Təlimə Dəstək Mərkəzinin fəaliyyət planına uyğun olaraq Suraxanı rayon ümumtəhsil məktəblərin...
07/11/2024

01.11.2024 ci il tarixində Təlimə Dəstək Mərkəzinin fəaliyyət planına uyğun olaraq Suraxanı rayon ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə mərkəzin metodisti Qılman Eyvazov hərbi qanunvericilik mövzusunda metodik toplantı keçirmişdir.
Metodiki toplantı 10 sualdan ibarət diaqnostik testlə başladı. Diaqnostik testdən sonra hərbi rəhbərlərin sualları cavablandırıldır.

07/11/2024
Təlimə Dəstək Mərkəzinin heyəti 29 oktyabr 2024-cü il tarixdə 278 nömrəli məktəbdə metodiki diaqnostikanı həyata keçirdi...
31/10/2024

Təlimə Dəstək Mərkəzinin heyəti 29 oktyabr 2024-cü il tarixdə 278 nömrəli məktəbdə metodiki diaqnostikanı həyata keçirdi. Metodiki diaqnostikanın əsas məqsədi fənn müəllimlərinin metodiki səriştəliliyini və metodiki ehtiyacları müəyyən etməkdən ibarət olmuşdur. Metodiki diaqnostika zamanı müxtəlif fənlərdən 12 dərs dinlənildi və sonda ümumi pedaqoji heyətlə, dərsi dinlənilən müəllimlərlə və rəhbərlik üzvləri ilə görüşlər təşkil edildi. Metodiki işin doğru təşkili istiqamətində tövsiyələr verildi. Məktəbin metodiki inkişaf strategiyası müəyyənləşdirildi və fəaliyyətin davamı olaraq növbəti addımların atılması əsas öhdəlik kimi aidiyyatı şəxslərə ötürüldü. Təlimə Dəstək Mərkəzinin fəaliyyət planında nəzərdə tutulan metodiki diaqnostika işləri digər təhsil müəssisələrində də davam etdiriləcək.

2024-cü ilin oktyabr ayından etibarən məktəbin loqopedləri ilə mütəmadi görüşlərin keçirilməsinə, fikir mübadiləsi aparı...
23/10/2024

2024-cü ilin oktyabr ayından etibarən məktəbin loqopedləri ilə mütəmadi görüşlərin keçirilməsinə, fikir mübadiləsi aparılmasına və praktik bacarıqların paylaşılmasına başlanmışdır. Eyni zamanda, sağlamlıq imkanları məhdud şagirdlərin dərs prosesi zamanı müşahidələri də həyata keçirilir.
Təlimə Dəstək Mərkəzinin metodistləri Esmira Kazımova və Roza Rüstəmova, sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində (polimelit və beyin iflici qalığı olan uşaqlar üçün), 268 və 11 saylı xüsusi təhsil məktəbində olmuşdurlar. Müşahidə zamanı məktəbin loqopedləri ilə görüş keçirilmiş və fikir mübadiləsi aparılmışdır.
Müşahidənin əsas məqsədi müəllimlərlə kommunikasiyanı gücləndirmək, resursların istifadəsini artırmaq və fərdi ehtiyacları müəyyənləşdirməkdi. Hər bir uşağın spesifik ehtiyaclarını, bacarıqlarını və inkişaf mərhələlərini başa düşmək üçün gələcək planlar müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki, bu məqsədlər xüsusi təhsil məktəblərinin fəaliyyətinin davamlı inkişafını təmin etmək baxımından əhəmiyyətlidir.

2024-2025-ci tədris ilinin əvvəlində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində “Kurikulum əsaslı dərs cəd...
22/10/2024

2024-2025-ci tədris ilinin əvvəlində Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində “Kurikulum əsaslı dərs cədvəlinin tərtibi” mövzusunda təlimatlandırıcı təlim təşkil edilmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə dərs cədvəlinin müasir tələblər baxımından qurulmasına dair müvafiq tövsiyələr verilmiş və tərtib ediləcək dərs cədvəli nümunələrinin təhlil üçün Mərkəzə təqdim edilməsi tapşırılmışdır. Nəticədə 63 məktəbin göndərdiyi dərs cədvəli nümunələri “gündəlik və həftəlik dərs cədvəllərinin şagirdyönümlülüyü, dərslərin həftə ərzində aralıqlı tədrisi, dərs cədvəlinin tərtibinə verilən prinsiplərin gözlənilməsi, müəllimlərin dərs yükünün optimal paylanılması, şagirdlərin dərketmə bacarıqlarının və yaş xüsusiyyətlərinin dərs cədvəlində effektiv ifadəsi” kimi meyarlar əsasında təhlil edilmişdir.
Dərs cədvəllərinin verilmiş qiymətləndirmə meyarları əsasında mövcud problemləri araşdırılmış və məktəb rəhbərlərinə müvafiq tövsiyələr verilmişdir.


15.10.2024-cü il tarixdə Təlimə Dəstək Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümum...
17/10/2024

15.10.2024-cü il tarixdə Təlimə Dəstək Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə yeni təyin olunmuş sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçılar üçün təlim keçirildi.
Təlimə Dəstək Mərkəzinin metodisti Rəna Süleymanova gənc təşkilatçılara yeni Fəaliyyət Planı barədə ətraflı məlumat verdi. Təlim zamanı plan bəndlər üzrə təhlil olundu və onun düzgün tərtib edilməsi barədə tövsiyələr verildi.
Mərkəzin psixoloqları Səidə Əhmədova və Aysel Novruzova təşkilatçıların fəaliyyətindəki psixoloji aspektlər və səmərəli psixoloq-təşkilatçı kommunikasiyası haqqında fikir mübadiləsi apardılar. Mərkəzin direktor səlahiyyətlərini müvvəqəti icra edən Anar Mustafazadə məktəblərin idarəetmə strukturunda təşkilatçının fəaliyyətinin vacibliyini izah etdi.
Təlimin sonunda təşkilatçıları maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkdirildi.

11-13.09.2024-cü il tarixində Təlimə Dəstək Mərkəzinin fəaliyyət planına uyğun olaraq “2023-2024-cü dərs ilinin yekunu, ...
13/09/2024

11-13.09.2024-cü il tarixində Təlimə Dəstək Mərkəzinin fəaliyyət planına uyğun olaraq “2023-2024-cü dərs ilinin yekunu, 2024-2025-ci dərs ilində qarşıda duran vəzifələr” mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin hərbi rəhbərləri ilə metodik toplantı keçirilmişdir.
Toplantıda çağırışaqədərki hazırlığın tədrisinin və hərbi vətənpərvərlik tərbiyəsinin təşkili təhlil edilmiş, mövcud nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə edilmiş, qabaqcıl təcrübə öyrənilmişdir.
Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəli əmrinin və onun əlavələrinin tələbləri hərbi rəhbərləri çatdırılmışdır. Perspektiv (illik) və fərdi iş planlarının hazırlanmasında lazimi metodiki dəstək göstərilmiş, nümunələr təqdim edilmişdir.
Təlimə Dəstək Mərkəzinin metodisti Qılman Eyvazov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi Polkovnik-leytenant Füzuli İsmayılov metodiki toplantıda iştirak etmiş və hərbi rəhbərlərin suallarını cavablandırmışlar.

Address

Həsən Əliyev 462
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994509970760

Alerts

Be the first to know and let us send you an email when Təlimə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Təlimə Dəstək Mərkəzi:

Share