Ibrahim Əbilov adina Mədəniyyət Mərkəzi

Ibrahim Əbilov adina Mədəniyyət Mərkəzi Ünvan: Yasamal rayonu, Z.Adıgözəlov küçəsi 120, Nizami metro stansiyasından yuxarı

Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul, 1961 - Bakı; 2 avqust, 2007 - Bakı) — Azərbaycanın əməkdar art...
07/07/2022

Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul, 1961 - Bakı; 2 avqust, 2007 - Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.

17. 06. 2022-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində "Şuşa ili" çərçivəsind...
17/06/2022

17. 06. 2022-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində "Şuşa ili" çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Qarabağ şahzadəsi, Poeziyamızın incisi - Xurşidbanu Natəvan" adlı musiqili kompozisiya təqdim edildi.

"Qarabağ şahzadəsi, Poeziyamızın incisi - Xurşidbanu Natəvan" adlı musiqili kompozisiyada Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblı "Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm", "Hicran edibdi könlümü bərbad, ağlaram" qəzəl və muğamla çıxış etdi.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması, görkəmli şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 ili tamam olur. Bu əlamətdar il münasibətilə Azərbaycan Respubkikasının Prezidenti Cənab İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan ədəbi yaradıcılığını xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırıb, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf edib, humanist təbiətinə və nəcibliyinə görə tanınaraq fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilib. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb-yaradıb, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirikaya malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub gedib.

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıv...
19/05/2022

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.
1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.
10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Allah rəhmət eləsin!

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi kurslara tələbə qəbulu elan edir📍Ünvan: Zülfi Adıgözəlov küç 120 📞 Əlaqə: 012.59...
11/03/2022

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi kurslara tələbə qəbulu elan edir

📍Ünvan: Zülfi Adıgözəlov küç 120
📞 Əlaqə: 012.594-85-31

Əziz valideyinlər uşaqlarınızı Mərkəzimizdə fəaliyyət göstərən "Könül" Xalq rəqs ansamblına dəvət edirik.
21/02/2022

Əziz valideyinlər uşaqlarınızı Mərkəzimizdə fəaliyyət göstərən "Könül" Xalq rəqs ansamblına dəvət edirik.

8 avqust Azərbaycanın Xalq artisti, müğənni Akif İslamzadənin doğum günüdür.Akif İslamzadə 1948-ci ildə Bakıda anadan ol...
08/08/2021

8 avqust Azərbaycanın Xalq artisti, müğənni Akif İslamzadənin doğum günüdür.
Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub.

1992-1993-cü illərdə Bakı Şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub.

İfaçılıq repertuarında "Sari gəlin" və "Bu gecə", "Ala gözlüm" və digər mahnıları ilə yaddaşlara həkk olub.

Camal Yusifzadə (tam adı: Camal Yusif oğlu Bağırov -Azərbaycanlı şair, dramaturq,nasir.Azərbaycan YB-nın üzvü.Azərbaycan...
16/01/2021

Camal Yusifzadə (tam adı: Camal Yusif oğlu Bağırov -Azərbaycanlı şair, dramaturq,nasir.Azərbaycan YB-nın üzvü.Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.
Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990).
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998).
1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.
Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil  ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub.

28 illik həsrətin sonu...Laçın bizimdir!🇦🇿     🇦🇿
30/11/2020

28 illik həsrətin sonu...
Laçın bizimdir!🇦🇿

🇦🇿

29/11/2020



🇦🇿

24/11/2020

Nəriman Məmmədov — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. Narimanfilm kinostudiyasının rəhbəri,Az...
10/07/2020

Nəriman Məmmədov — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi. Narimanfilm kinostudiyasının rəhbəri,Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi(2018). “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının təsisçisi.
Nəriman Məmmədov 1969-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Ali hüquq və hərbi-siyasi təhsil almışdır. Müxtəlif yerli və beynəlxalq şirkətlərdə idarəetmə vəzifələrində 25 ildən artıq təcrübəyə malikdir. 1994-cü ildə “Narimanfilm” kinostudiyasının əsasını qoymuşdur.Şirkətin əsas fəaliyyətləri, qısametrajlı, sənədli və bədii filmlərin istehsalı, texniki dəstək və Azərbaycan filmlərinin dünyada tanıdılmasıdır. O, bir neçə qısametrajlı, sənədli və bədii filmlərin prodüseri olmuşdur. 2005-ci ilin sentyabr ayında “Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Transmilli Assosiasiyası”– nın (İFA-SC) təsisçilərindən biri olmuşdur. Həmin ilin oktyabr ayında isə Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir. 2012-ci ilin iyun ayında “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədr müavini seçilmişdir.Həmin ilin iyul ayında isə Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının təsisçilərindən biri olmuşdur.1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür.

Şirzad Abutalıbov (d.8.7.1959, Naxçıvan şəhəri) — aktyor, rejissor. Azərbaycan Respublikasinin xalq artisti, Məhəmməd Ta...
08/07/2020

Şirzad Abutalıbov (d.8.7.1959, Naxçıvan şəhəri) — aktyor, rejissor. Azərbaycan Respublikasinin xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru.

Şirzad Abutalıbov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir. eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudu.
Teatrda işlədiyi müddətdə H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif, Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlı “Aydın”da Ləzgi Qurban, N.Nərimanov “Nadir şah”da Rza xan, N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud, N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi, Anar “Sizi deyib gəlmişəm”də Mozalan, N.Həsənzadə “Atabəylər”də Əbuşər, İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa, Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala, A.Məmmədov “Həmyerlilər”də Gümüşov, Y.Əzimzadə "Anacan"da Qulu, Mirzəğa Atəş "Cırtdan"da Arıq, Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram, Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze, İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran, C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid, M.F.Axundov "Hacı Qara"da Kərəməli, M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir, S.Qurbanov "Özümüz bilərik"də İbişov,Ü.Hacıbəyov "Ər və arvad" Qulu,G.Xuqayev "Arvadın əri özüməm" Kazbek,N.Xəzri "Atıllaın atlıları" Kral,A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan v sairə rollarda oynayıb.

Address

Yasamal Rayonu, Z. Adıgözəlov Küçəsi 120
Baku
1009

Telephone

+994125948531

Website

Alerts

Be the first to know and let us send you an email when Ibrahim Əbilov adina Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ibrahim Əbilov adina Mədəniyyət Mərkəzi:

Share