Azərbaycan Dövlət Uşaq Filarmoniyası

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Азербайджанская Государственная Детская Филармония
Azerbaijan St

03/06/2026

БАКУ /Trend Life/ - В рамках I Международного музыкального фестиваля "Мир детей", организованного Азербайджанской государственной академической филармонией имени Мусли...

Vugar İmanov hər zaman göstərdiyiniz media dəstəyinizə görə təşəkkür edirik.
03/06/2026

Vugar İmanov hər zaman göstərdiyiniz media dəstəyinizə görə təşəkkür edirik.

"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konserti Bəstəkarlar İttifaqında…

28 May - Azərbaycanın Müstəqillik Günü
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramınız mübarək olsun!
27/05/2026

Qurban bayramınız mübarək olsun!

19/05/2026

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş "Musiqi ilə birləşək – Azərbaycan və Avropa" adlı xüsusi konsert proqramı təşkil edilib.Bi...

Uşaqları nağıl və şeir dolu sehrli bir görüşə dəvət edirik!16 may 2026-cı il saat 13:00 Azərbaycan Dövlət Uşaq Filarmoni...
14/05/2026

Uşaqları nağıl və şeir dolu sehrli bir görüşə dəvət edirik!

16 may 2026-cı il saat 13:00 Azərbaycan Dövlət Uşaq Filarmoniyasında yazıçı-şairə Elnarə Cahan ilə maraqlı görüş baş tutacaq.
Elnarə Cahan həm uşaqlar, həm də böyüklər üçün şeir, nağıl və hekayələrin müəllifidir. O, uşaqlar üçün maraqlı nağıllar, öyrədici və tərbiyəvi şeirlər yazır. Yazıçı-şairə 5 kitab müəllifidir və yaradıcılığında uşaqların mənəvi dünyasının zənginləşməsinə xüsusi önəm verir.

Görüş zamanı:
✨ müəlliflə tanışlıq
📖 şeir və nağıl səsləndirilməsi
🎤 sual-cavab
✍️ imza saatı və kitab hədiyyəsi
GİRİŞ SƏRBƏSTDİR
📍 Məkan: Azərbaycan Dövlət Uşaq Filarmoniyası (Yasamal, Bəsti Bağırova 16)
📅 Tarix: 16.05.2026
🕒 Saat: 13:00

15 may 2026-cı il saat 19:00 Azərbaycan Dövlət Uşaq Filarmoniyası sizi Avropa gününə həsr olunmuş konsert proqramına dəv...
14/05/2026

15 may 2026-cı il saat 19:00 Azərbaycan Dövlət Uşaq Filarmoniyası sizi Avropa gününə həsr olunmuş konsert proqramına dəvət edir.
Proqramda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının istedadlı solistləri çıxış edəcək.
Konsert EUNİC Cluster Azerbaijan və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilir.

13/05/2026

Elmi seminarın məruzəçisi, elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığına hər tərəfli toxunaraq onun yaradıcılıq yolunu, musiqi üslubunu və sənət dünyasını əhatəli şəkildə təqdim edərək maraqlı elmi faktlar və təhlillərlə çıxış edib. Seminarda həmçinin Pedaqogika elmləri doktoru, professor Vidadi Xəlilov bəstəkar haqqında xatirələrindən, Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova bəstəkarın yaradıcılıq irsi haqqında, Rauf Hüseynli Qəmbər Hüseynlinin yeni nəşrdə təqdim etdiyi əsərlər toplusu haqqında söz açıblar.
Seminarda həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti Əsgərova Mələkxanım (müəllimlər Mehdiyeva Qönçə, Niftəliyev Elburus), Mirnofəl Həsənov, vokal sinifinin şagirdləri Bayramlı Ayan, Dilbər Rəfi, Aslanzadə Məryəm (müəllim Aslanova Leyla), “Şəms” uşaq xoru (bədii rəhbər Muradzadə Leyla), Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdləri Təranə Əliyeva, Quluzadə Nilay bəstəkarın bir-birindən maraqlı, dillər əzbəri olan mahnılarını ifa edib.
Seminarın sonunda bütün iştirakçılarla birlikdə xaritə şəkili çəkilib.

12 may Azərbaycan Dövlət Uşaq Filarmoniyasında unudulmaz bəstəkarımız Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyinə h...
13/05/2026

12 may Azərbaycan Dövlət Uşaq Filarmoniyasında unudulmaz bəstəkarımız Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyinə həsr olunan “Əbədiyaşar nəğmələr müəllifi – Qəmbər Hüseynli -110” adlı elmi seminar baş tutub.
Elmi seminarın əsas məqsədi bəstəkarın yaradıcılıq irsini dərindən araşdırmaq, əsərlərini müxtəlif aspektlərdən tədqiq edərək onun milli musiqi tarixindəki rolunun elmi əsaslarla dəyərləndirilməsidir.
45 illik ömrünə 300-dən çox əsər sığdıran Qəmbər Hüseynli opera, mahnı, romans, simli kvartet, fortepiano üçün pyeslər, teatr tamaşalarına musiqi yazaraq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Bu əsərlər sırasında özünəməxsus məzmun və musiqi dilinin xüsusiyyətləri ilə fərqlənən uşaq mahnıları mühüm yer tutur. Qəmbər Hüseynli “Cücələrim” mahnısı ilə sağlığında özünə böyük abidə ucaltmışdır. Dünyanın yüzdən çox xalqının dilinə tərcümə olunan “Cücələrim” əsl sənət incisinə çevrilərək Azərbaycanı dünyada tanıtmışdır.
Bəstəkarın yaradıcılığına həsr olunan elmi seminarı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Beynəlxalq və Respublika müsabiqələr laureatı Səidə Tağı-zadə açıb. O, gələn qonaqları salamlayaraq, elmi seminarın məhz Uşaq Filarmoniyasında baş tutmasından olduqca məmnun olduğunu vurğulayıb. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə həm bəstəkarın yaradıcılığına toxunub, həm də laboratoriyanın ərsəyə gətirdiyi işlərdən söhbət açıb.

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü
10/05/2026

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü

Address

Bəstİ Bağırova 16, Yasamal Rayonu
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

(+99412) 436-97-82

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Uşaq Filarmoniyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Dövlət Uşaq Filarmoniyası:

Share