Aqrar Kredit və İnkişaf Agentliyi

Aqrar Kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) rəsmi səhifəsi Fermerin rifahı aqrar sahənin inkişafıdır!

Siz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi səhifəsindəsiniz. Bu səhifə dövlətin aqrar sahəyə göstərdiyi dəstək barədə məlumat almaq və bu dəstəkdən faydalanmaq istəyənlərlə qarşılıqlı əlaqə üçün yaradılıb. Aqrar sahəyə dövlət tərəfindən verilən subsidiyalar, güzəştli texnika, damazlıq heyvan, nağd pul kreditləri və mikrokreditlər, döv

lətin beynəlxalq təşkilatlarla həyata keçirdiyi aqrar layihələr və digər fəaliyyətlərlə bağlı səhifəmizdə məlumat ala və sizi maraqlandıran suallarla bizə müraciət edə bilərsiniz. İnteraktivliyi təmin etmək üçün AKİA-nın məsul şəxsləri mütəmadi olaraq aktual mövzularla bağlı suallarınızı cavablandıracaqlar.

05/06/2026

✅ “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransı keçirilib.
✅ Yeni Dövlət Proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək.
✅ Ətraflı məlumat üçün "Azərtac"ın hazırladığı süjeti izləyin!

04/06/2026

✅ Kənd təsərrüfatının inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı.
✅ Hansı yeni subsidiya və güzəştlərin tətbiq olunması gözlənilir?
✅ Dövlət Proqramı aqrar sahə üçün nələri vəd edir?

02/06/2026

✅ “Fermer soruşur, AKİA cavab verir” rubrikasında bu dəfə

📍 Qazax rayonu Aşağı Salahlı kənd sakini Arzuman Poliyev : Bağ traktoru almaq üçün hansı dövlət dəstəyi var?
📍 AKİA-nın kredit şöbəsi, kreditlərin təhlili sektorunun böyük məsləhətçisi Eldəniz İbrahimov verir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

28 may - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 may - Azərbaycanın Müstəqillik Günü

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

26/05/2026

✅ 2025-2026-cı təsərrüfat ili üzrə nə qədər fermerə əkin subsidiyası ödənilib?
✅ AKİA-nın dövlət dəstəyi şöbəsinin müdir müavini Bəxtiyar Məmmədov “Fermerin REAL Dostu”nda cavablandırır.

Address

Süleyman Vəzirov Küçəsi, 91
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125253714

Alerts

Be the first to know and let us send you an email when Aqrar Kredit və İnkişaf Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share