Əməyin Mühafizəsi Mərkəzi

Əməyin Mühafizəsi Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində publik hüquqi şəxs

Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir An...
04/06/2026

Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazir Anar Əliyev ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.

ℹ️ “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Sessiya çərçivəsində nazir Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan və Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene, BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres, Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşüb.

➡️ https://sosial.gov.az/az/media/xeberler/nazir-anar-eliyev-olkemizin-bet-in-daha-bir-konvensiyasina-qosulmasina-dair-bildirisi-teskilatin-bas-direktoruna-teqdim-edib-9365?fbclid=IwY2xjawSOR5lleHRuA2FlbQIxMABicmlkETFjeU4yYWpWOXhycmxMU1k1c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHqLnpyfXlZSDoVm5x6-N8nQs11TvFYb1ylYy4DVS_Xkn256T1Z009ZxLl2aH_aem_NogLQBVLLnhmmaPUyVk3NA

🟢 Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə əməyin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib.👥...
04/06/2026

🟢 Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə əməyin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib.
👥 “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın şagird iştirak edib.
🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesi-uzre-novbeti-tedbir-naxcivan-seher-heyder-eliyev-adina-tam-orta-mektebde-kecirilib?fbclid=IwY2xjawSOR25leHRuA2FlbQIxMABicmlkETFjeU4yYWpWOXhycmxMU1k1c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHsWdHjJNX3tD3dgYvYED1FpoNa9TzTuaWElyP6JQY9IVPRibZ9ii9Ba0QVTj_aem_fu4TR7TU7bWT1GmGRAckDg

🔷 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi üzrə...
04/06/2026

🔷 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi üzrə maarifləndirmə təlimlərini uğurla başa vuran təhsil işçilərinə sertifikatlar təqdim olunub.
👥 Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 73 əməkdaşı iştirak edib.
🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesine-dair-novbeti-sertifikatlar-tehsil-iscilerine-teqdim-olunub?fbclid=IwY2xjawSONBhleHRuA2FlbQIxMABicmlkETFRSXg5dGROcjZuNjZPcDVuc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHkVZY8N29JusiVbrHh262p2YY6-ysCg9KqiBl8uLo6CjbAL-Tpxxe0CskhBO_aem_ejKTm182QYmpdprYj-IdUw

⚠️ Korrupsiya riski – korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların baş vermə ehtimalıd...
04/06/2026

⚠️ Korrupsiya riski – korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların baş vermə ehtimalıdır.

🔷 Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyas...
04/06/2026

🔷 Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

🔷 Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

🔷 Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

04/06/2026

❗️❗️ “Sosial saat”ın budəfəki qonağı Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin Sosial sifarişlər və layihələr şöbəsinin müdiri Həvva Haqverdilidir.

Hazırda DOST TV-də 🔴 canlı yayımlanan verilişdə Agentliyin sosial sifarişləri çərçivəsində həyata keçirilən layihələrdən danışırıq.

🌐 https://www.youtube.com/watch?v=XELPWDe46Ao

04/06/2026

Qısaldılmış və natamam iş vaxtı hansı hallarda tətbiq olunur?

04/06/2026

Uşaq deyəndə kim nəzərdə tutulur ❓

Uşaq əməyinin formaları hansılardır ❓

Uşaqların sağlamlıq, təhlükəsizlik və ya mənəviyyatına ziyan vura bilən işlər hansılardır ❓

Mövzu ilə bağlı infoqrafik videoçarxı təqdim edirik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 🤝 Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə 🦺 əməyin mü...
03/06/2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 🤝 Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə 🦺 əməyin mühafizəsi mövzusunda üç günlük vebinar keçirilib.

💻 “Əməyin təhlükəsizliyi və gigiyenası üzrə məsləhətləşmələr: real təcrübə və praktiki biliklər əsasında öyrənmə” mövzusuna həsr olunan vebinarın keçirilməsində məqsəd əməyin mühafizəsi sahəsində bilik və bacarıqların artırılması, 🌍 beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması ilə bağlı preventiv yanaşmaların müzakirəsi olub.

📚 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/emeyin-muhafizesi-sahesinde-beynelxalq-tecrube-muzakire-olunub

Address

Faiq Yusifov Küçəsi, 40 A
Baku
AZ1052

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:30
Friday 09:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Əməyin Mühafizəsi Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share