Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi. Ilham Aliyev, No. 54 dated November 19, 2008.

Yaranma tarixi və məqsədi

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönü

ş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay soydaşlarımızın milli ideologiyamız olan Azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsasını qoydu. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da, məhz bu zərurətdən irəli gəlmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin «Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.

***
History and purpose of establishment of the Committee


After Azerbaijan gained independence, one of the main tasks facing the state was the organization of Azerbaijanis living in foreign countries and involving them in protecting the common interests of our country. In 1993, with the return to power of national leader Heydar Aliyev, fundamental changes took place in diaspora building. National leader Heydar Aliyev met with representatives of the Azerbaijani diaspora in all his foreign trips, took interest in their problems and concerns, called on our compatriots to actively participate in the process of realizing the national interests of our new independent republic. Over time, the diaspora building has become one of the priorities of the state policy of the Republic of Azerbaijan. The purpose of this policy, laid down by the national leader Heydar Aliyev, is to develop relations between the Azerbaijanis of the world and their historical Motherland, preserve the national identity of our compatriots, use the potential of the diaspora towards a more reliable protection of our national interests, to expand inter-diaspora ties, to protect our cultural and political rights. On May 23, 2001, national leader Heydar Aliyev signed a Decree on holding the 1st Congress of World Azerbaijanis taking into account the need to further strengthen the ties of our compatriots living in different countries of the world with the independent Republic of Azerbaijan, ensure unity and solidarity between them, as well as strengthen and coordinate the activities of Azerbaijani communities, societies and associations

The 1st Congress of World Azerbaijanis, held in Baku from 9 to10 November 2001, entered in the country's history as the beginning of an important process. 406 participants and 63 guests from 36 foreign countries attended the 1st Congress. 702 delegates from 25 political parties and 844 guests from more than 130 state and public bodies, as well as from scientific, educational, cultural and other organizations represented Azerbaijan at the Congress. The 1st Congress of World Azerbaijanis was a big step towards uniting our compatriots abroad around a common goal and a common idea, and at the same time one of the most important future-oriented events. The congress laid the foundations for the unity and solidarity of our compatriots around the idea of Azerbaijanism, which is our national ideology. At the congress, the idea of establishing a special state institution was put forward in order to organize systematic work with our compatriots abroad, to ensure the strengthening of national unity among our compatriots. This idea, which belonged to national leader Heydar Aliyev, served to accelerate the formation of the Azerbaijani diaspora. On July 5, 2002, the President of the Republic of Azerbaijan Heydar Aliyev signed the Decree On the establishment of the State Committee on Affairs of Azerbaijanis Living Abroad. The decree was an important historical document of exceptional importance from the point of view of the organized coordination of the activities of the Azerbaijani diaspora, ensuring the political and ideological unity of the Azerbaijanis of the world. The establishment of the State Committee on Affairs of Azerbaijanis Living Abroad allowed us to take significant steps towards eliminating problems in this area and centralize the activities of the Azerbaijani diaspora in the direction of realizing our national interests. One of the most important events of the past period was the establishment of the State Committee on Work with Diaspora on the basis of the State Committee on Affairs of Azerbaijanis Living Abroad, by Decree of the President of the Republic of Azerbaijan Mr. In our modern era, the concept of diaspora has become an important element of international relations. The realities of our globalized world pose new challenges for Azerbaijan in the field of diaspora building. The rapid integration processes between peoples, the growing role of the diaspora and lobbying organizations in international politics have necessitated the development of this direction. This need led to the establishment of the State Committee on Work with Diaspora. The establishment of the State Committee on Work with Diaspora expanded the possibilities for creating direct cooperation with diaspora institutions of other peoples and state agencies directly responsible for this field. In this sense, the Decree of the President of the Republic of Azerbaijan on the establishment of the State Committee on Work with Diaspora should be considered as another clear manifestation of the importance that the Republic of Azerbaijan attaches to the work of diaspora building.

Polşa Respublikasının Azərbaycandakı səfiri Diaspor Komitəsində olubDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Mura...
03/06/2026

Polşa Respublikasının Azərbaycandakı səfiri Diaspor Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat verib və əlavə edib ki: “Polşadakı Azərbaycan diasporunun fəaliyyəti xalqımızın zəngin tarixi-mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına xidmət etməklə yanaşı, Azərbaycan və Polşa xalqları arasında dostluq münasibətlərinin inkişafına, mədəni dialoqun genişlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə təşviqinə əlverişli zəmin yaradır”.
Səfir Pavel Radomski səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, Polşadakı Azərbaycan icmasının ölkənin ictimai-mədəni həyatında yaxından iştirakını və cəmiyyətə inteqrasiyasını yüksək qiymətləndirib. Səfir Azərbaycan diasporunun həyata keçirdiyi layihə və təşəbbüslərin ölkələrimiz arasında qarşılıqlı etimada xidmət etdiyini vurğulayıb.
Komitənin Azərbaycandakı polyak icmasının nümayəndələri ilə görüşün keçirilməsi barədə təşəbbüsü xüsusi maraqla qarşılanıb. Qeyd olunub ki, bu cür təmaslar Azərbaycan və Polşa xalqları arasında anlaşmanın dərinləşməsinə, mədəni əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Görüş zamanı səfirlə Polşa ədəbiyyatının Azərbaycanda daha geniş tanıdılması istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu çərçivədə müştərək mədəni layihələrin təşkili, eləcə də Azərbaycan və Polşa ədəbi dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


03/06/2026

Diasporla İş üzrə Dövlət Komitəsinin layihə və proqramları
Azərbaycan Evləri


Almaniyanın Münhen şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının ...
03/06/2026

Almaniyanın Münhen şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər təşkilatının təşəbbüsü ilə baş tutub. Tədbirdə Münhen və ətraf bölgələrdə yaşayan soydaşlarımız, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov Azərbaycan xalqının müstəqillik tarixinin şanlı səhifələrindən bəhs edib. Gənclərin diaspor fəaliyyətindəki rolunu xüsusi vurğulayaraq, Münhendə belə bir tədbirin keçirilməsinin qürurverici oluğunu söyləyib. O, həmçinin Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəaliyyətinə göstərilən davamlı diqqət və dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/munhende-azerbaycan-xalqinin-musteqillik-tarixinden-danisilib-7117




Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbi...
03/06/2026

Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kanadada Səfirliyinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Toronto Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ontario Qanunvericilik Assambleyasının üzvləri - Raymond Ço, Nina Tanqri, Şeref Sabavi, Rudi Kuçetto, Andreya Heyzel, Kristin Vonq, Eyşlin Klensi, Çarmeyn A. Uilyams, Laura Smit və Kanadadakı soydaşlarımız iştirak edib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/ontario-qanunvericilik-assambleyasinda-musteqillik-gunu-qeyd-olunub-7116




İsrailin Kiryat-Yam şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. “Azİz” İsrail-Azərbaycan Bey...
03/06/2026

İsrailin Kiryat-Yam şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rəhbəri, Kiryat-Yam şəhərinin mer müavini Adam Amilovun təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Kiryat-Yam bələdiyyəsinin tərəfdaşlığı ilə baş tutan tədbirə Azərbaycan icmasının üzvləri, şəhər sakinləri və ictimai xadimlər də daxil olmaqla çoxsaylı qonaqlar qatılıb. Gecənin aparıcısı “Azİz” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov olub. Tədbirdə çıxış edən Kiryat-Yam şəhərinin meri David Even-Tzur iki ölkə arasındakı mövcud dostluq münasibətlərinin əhəmiyyətindən danışıb, Azərbaycandan olan insanların şəhərin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/kiryat-yamda-azerbaycanin-musteqillik-gunu-qeyd-edilib-7115




Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən “Dnepropetrovsk vilayətinin azərbaycanlıları Liqası”nın Milli-Mədəni Mərkə...
03/06/2026

Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən “Dnepropetrovsk vilayətinin azərbaycanlıları Liqası”nın Milli-Mədəni Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Liqanın sədri Sərxoş İsmayılov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Azərbaycanın bu gün də inkişaf yolunda inamla irəlilədiyini bildirib. Çıxışlarda Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı vurğulanıb, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəkdən, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən danışılıb.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/dneprdeki-soydaslarimiz-28-may-musteqillik-gununu-qeyd-edibler-7114




ABŞ-nin Çikaqo şəhərində yerləşən “Daley Center” binasının qarşısında Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılı...
03/06/2026

ABŞ-nin Çikaqo şəhərində yerləşən “Daley Center” binasının qarşısında Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədovanın təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bayraq qaldırma mərasiminə Azərbaycan icmasının üzvləri, diaspor nümayəndələri, eləcə də digər qonaqlar qatılıb. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatlandırılıb, həmçinin ölkəmizin müstəqilliyi və dövlətçilik ənənələrinin əhəmiyyəti vurğulanıb.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/cikaqoda-azerbaycan-respublikasinin-dovlet-bayragi-qaldirilib-7113




Qırğızıstanın paytaxtı Bişkek şəhərində, eləcə də Dostuq və Novonikolayevka kəndlərində fəaliyyət göstərən həftəsonu Azə...
03/06/2026

Qırğızıstanın paytaxtı Bişkek şəhərində, eləcə də Dostuq və Novonikolayevka kəndlərində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərində 28 May – Müstəqillik Gününə həsr olunan açıq dərslər keçirilib. Dərslərdə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun dövlətçilik tariximizdəki rolu və müasir Azərbaycanın inkişaf yolu barədə ətraflı məlumat verilib. Məktəblilər müstəqillik mövzusunda şeirlər səsləndirib, təqdimatlar nümayiş etdiriblər. Tədbirlərdə Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin və tarixi irsin gənc nəslə aşılanmasının əhəmiyyəti, eləcə də belə təşəbbüslərin xaricdə yaşayan soydaşlarımız arasında milli kimliyin qorunmasına və Azərbaycançılıq ideyalarının təbliğinə mühüm töhfə verdiyi bildirilib.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/qirgizistandaki-heftesonu-azerbaycan-mekteblerinde-28-may-musteqillik-gunu-qeyd-olunub-7112




Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzin...
03/06/2026

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 28 May - Azərbaycanın Müstəqillik Günü və 26 May – Gürcüstanın Müstəqillik Gününə həsr olunan “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib. Tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Dmanisi meri Koba Muradaşvili, yerli özünüidarəetmə orqanlarının əməkdaşları, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, yerli ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/qafqazin-iki-musteqil-sesi-7110



Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılan LuxAz Mərkəzinin rəsmi ...
03/06/2026

Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılan LuxAz Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. LuxAz Mərkəzi Azərbaycan və Lüksemburq arasında dostluq əlaqələrinin inkişafına, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılmasına, eləcə də iqtisadi əlaqələrin formalaşmasına və Azərbaycan icmasının bir araya gəlməsinə xidmət edən yeni mədəniyyət və əməkdaşlıq məkanıdır. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Vaqif Sadıqov 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətinə diqqət çəkib. Səfir dövlətçilik ənənələrimizin və üçrəngli dövlət bayrağımızın məhz həmin dövrdə formalaşmasından bəhs edib. Bildirib ki, LuxAz Mərkəzi xaricdə yaşayan azərbaycanlılar üçün doğma vətəni xatırladan mühüm bir məkandır.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/luksemburqda-luxaz-merkezinin-resmi-acilisi-olub-7109




Address

Səməd Vurğun Küç. 42
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124931054

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi:

Share