Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

  • Home
  • Azerbaijan
  • Baku
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi Feysbuk səhifəsi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissa

rlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

5 iyun - Ümumdünya Ətraf Mühit Günüdür.​Bu günün qeyd olunmasından məqsəd bəşəriyyətin diqqətini ekoloji problemlərə yön...
05/06/2026

5 iyun - Ümumdünya Ətraf Mühit Günüdür.

Bu günün qeyd olunmasından məqsəd bəşəriyyətin diqqətini ekoloji problemlərə yönəltmək, ətraf mühitin mühafizəsi naminə qlobal miqyasda siyasi və ictimai fəallığı artırmaqdır.

Ekoloji tarazlığın təmini və zəngin təbiətimizin gələcək nəsillərə layiqli şəkildə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçil...
04/06/2026

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçiləri tələb olunur:

-Həkim-terapevt
-Həkim-nevropatoloq
-Həkim-psixiatr
-Həkim-otorinolarinqoloq
-Həkim-dermatoveneroloq
-Həkim-cərrah
-Həkim-oftalmoloq
-Həkim-rentgenoloq və texnik
-USM (ultrason müayinəsi) mütəxəssisi
-Elektrokardioqrafiya
-Exokardioqrafiya
-Elektroensefaloqrafiya-funksional diaqnostika
Vakansiyalar üzrə müraciət etmək istəyənlər [email protected] elektron poçtuna yaza və ya anketi (https://exidmet.seferberlik.gov.az/Security/Login/Index/?ReturnUrl=/Application/PreLoadIndex?serviceId=1&serviceId=1) doldura bilərlər.

📌Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini yazmaq mütləqdir. Ətraflı məlumat üçün 📞9100 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

✔️Namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

03/06/2026


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayon...
02/06/2026

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 05 iyun 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 03 iyun 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

2 iyun - Mülki aviasiya işçilərinin peşə bayramı günüdür.Bu münasibətlə ölkəmizin hava nəqliyyatının inkişafında və uçuş...
02/06/2026

2 iyun - Mülki aviasiya işçilərinin peşə bayramı günüdür.

Bu münasibətlə ölkəmizin hava nəqliyyatının inkişafında və uçuşların təhlükəsizliyinin təmin olunmasında mühüm xidmətlər göstərən bütün əməkdaşları təbrik edirik!

01/06/2026

Məktəblilərin DSX Akademiyasına ekskursiyasından videoçarxı təqdim edirik.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin birgə təşki...
01/06/2026

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunub. Tədbirdə SHXÇDX-nın və DSX-nın məsul şəxsləri iştirak edib.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan abidələri ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirələrini yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulayıb, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.

Həmçinin çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclərin milli ruhda, dövlətə və xalqa bağlı, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişdirilməsi də vurğulanıb.

Daha sonra Akademiyanın kursantları tərəfindən milli musiqi alətlərinin müşayiəti ilə özfəaliyyət proqramı nümayiş olunub. Kursantların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir çərçivəsində DSX-dan olan Vətən Müharibəsi Qəhrəmanları Elvin Səfərov və Anar Məmmədov məktəblilərlə görüşərək tarixi Zəfərin qazanılmasında döyüş meydanında Azərbaycan sərhədçilərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq nümunələrindən və keçdikləri şərəfli döyüş yolundan ətraflı bəhs edib, gənclərə dövlətçilik ənənələrinə bağlılıq və milli ruhun qorunmasının əhəmiyyətinə dair tövsiyələr veriblər.

Görüş zamanı şagirdlərə hərbi təhsil sistemi, sərhədçi peşəsinin məsuliyyəti və Akademiyada yaradılmış müasir şərait barədə ətraflı məlumat verilib.

Tədbirin rəsmi hissəsindən sonra məktəblilər Dövlət Sərhəd Xidmətinin Akademiyasında kursantların təlim-tədris prosesi, yaşayış şəraiti və asudə vaxtlarının təşkili ilə yaxından tanış olub, onlarla birgə nahar ediblər.

31/05/2026




❓Ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırılırmı?✔️“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azə...
30/05/2026

❓Ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırılırmı?

✔️“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Address

Zərifə Əliyeva 30
Baku
AZ-1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+994124933996

Alerts

Be the first to know and let us send you an email when Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti:

Share