15/09/2026
Canlı Sistemlərin Tədqiqi İnstitutu beynəlxalq konqresin dəstəkcisi qismində çıxış edəcək
11–14 noyabr 2026-cı il tarixlərində, Fırat Universitetinin təşkilatçılığı, ETN Canlı Sistemlərin Tədqiqi İnstitutu və digər qurumların dəstəyi ilə Elazığ şəhərində (Türkiyə) “Uluslararası Sürdürülebilir Su Yönetimi ve İklim Değişikliği Kongresi” keçiriləcək. Konqres Türkiyənin ev sahibliyi ilə 9–20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP31) çərçivəsində təşkil olunur.
Konqresin əsas tədqiqat istiqamətlərini davamlı su idarəçiliyi, iqlim dəyişmələri, su təhlükəsizliyi, quraqlıq və səhralaşma, hidrologiya, suyun keyfiyyəti, kənd təsərrüfatında su idarəçiliyi və suvarma, hövzələrin idarə olunması, yeraltı və yerüstü su ehtiyatları, tullantı suların idarə edilməsi, suyun təkrar istifadəsi, iqlim dəyişmələrinə uyğunlaşma və dayanıqlılıq, ətraf mühit siyasəti, davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, biomüxtəliflik, ekosistemlərin mühafizəsi, bərpa olunan enerji, fəlakət risklərinin idarə edilməsi, şəhərləşmə və iqlimə davamlı şəhərlər təşkil edir.
Tədbirdə alim və tədqiqatçıların magistratura və doktorantura tələbələrinin, habelə müvafiq sahə üzrə tədqiqat aparan müxtəlif ixtisaslardan olan mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Ətraflı məlumat üçün linkə keçid edin: https://akapkongre.com/23