Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation Azərbaycan Respublikasının Gənclər Fondu / Youth Foundation of the Republic of Azerbaijan
www.youthfoundation.az

Yer kürəsi bizə hər an xəbərdarlıq edir:🔴 Dayan — təbiətə zərər vermə.🟡 Düşün — hər addımın sağlam ətraf mühit üçün önəm...
05/06/2026

Yer kürəsi bizə hər an xəbərdarlıq edir:

🔴 Dayan — təbiətə zərər vermə.
🟡 Düşün — hər addımın sağlam ətraf mühit üçün önəmlidir.
🟢 Hərəkətə keç — təmiz hava,
yaşıl şəhərlər və dayanıqlı gələcək səndən asılıdır.

Unutmayaq ki, təbiəti qorumaq seçim deyil, hər birimizin məsuliyyətidir. 🌱


“Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağ...
03/06/2026

“Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağdamda keçirilən “l Qarabağ Uşaq Festivalı”nın təşkilində fəal iştirak edib, könüllü dəstəyi göstəriblər. 🤩

📚 Gənclər, yay imtahan sessiyası başlayır! Hər birinizə yüksək nəticələr və bol uğurlar arzulayırıq.
02/06/2026

📚 Gənclər, yay imtahan sessiyası başlayır!

Hər birinizə yüksək nəticələr və bol uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriy...
01/06/2026

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə əməkdaşlığı ilə Lənkəran, Mingəçevir və Gəncə Dövlət Universitetlərində tələbələr üçün narkotik və psixotrop maddələrin istifadəsinin zərərlərinə dair maarifləndirici tədbirlər təşkil olunub.

Həyata keçirilən tədbirlər zamanı tərəfdaş dövlət qurumlarının nümayəndələri çıxış edərək narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, onların insan orqanizminə, xüsusilə psixoloji sağlamlığa mənfi təsirləri, eləcə də asılılığın formalaşma mərhələləri barədə ətraflı məlumat veriblər. Çıxışlar zamanı narkomanlığa qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, profilaktik yanaşmalar və bu sahədə maarifləndirmənin əhəmiyyəti xüsusi vurğulanıb.

Uşaqlar bu günümüzün və gələcəyimizin ən dəyərli hissəsidir. Onların xoşbəxtliyi, sağlam inkişafı, keyfiyyətli təhsili v...
01/06/2026

Uşaqlar bu günümüzün və gələcəyimizin ən dəyərli hissəsidir. Onların xoşbəxtliyi, sağlam inkişafı, keyfiyyətli təhsili və təhlükəsiz mühitdə böyüməsi hər bir cəmiyyətin ən vacib məsuliyyətidir.

Uşaqların arzularının gerçəkləşdiyi, sevgi və qayğı ilə əhatə olunduğu bir dünya arzulayırıq.

Bayramınız mübarək, əziz uşaqlar!✨

🚭Bəzi vərdişlər səni zəiflədir, bəzi qərarlar isə gücləndirir.Tütünə “yox” demək sağlam həyat tərzinə “hə” deməkdir.
31/05/2026

🚭Bəzi vərdişlər səni zəiflədir, bəzi qərarlar isə gücləndirir.

Tütünə “yox” demək sağlam həyat tərzinə “hə” deməkdir.

🚀 Gələcəyin texnologiyalarını və süni intellekt dünyasının yeniliklərini kəşf etməyə hazırsınız?İnnovasiya və texnologiy...
29/05/2026

🚀 Gələcəyin texnologiyalarını və süni intellekt dünyasının yeniliklərini kəşf etməyə hazırsınız?

İnnovasiya və texnologiya sahəsinə maraq göstərən hər bir gənci Gənclərin Süni İntellekt Forumunda gözləyirik!🤩

Forum çərçivəsində iştirakçılar:
🔹 Süni intellekt sahəsində son yeniliklərlə tanış olacaq;
🔹 Süni intellekt texnologiyalarının iş dünyasına təsirini öyrənəcək;
🔹 Sahənin mütəxəssisləri ilə fikir mübadiləsi aparacaq;
🔹 Gələcəyin peşələri və rəqəmsal bacarıqları barədə faydalı biliklər qazanacaqlar.

⏰9 iyun 14:00
📍Bakı Konqres Mərkəzi

Qeydiyyat üçün link: https://forms.gle/M1LJdoVv4bo2CfW2A

Gənclərin İnkişaf və Karyera Mərkəzininin regional nümayəndəlik və bölmələrində 28 May - Müstəqillik Günü ilə əlaqədar b...
28/05/2026

Gənclərin İnkişaf və Karyera Mərkəzininin regional nümayəndəlik və bölmələrində 28 May - Müstəqillik Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

🇦🇿🇭🇺 Macarıstanın Budapeşt şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş “Gəncliyin gözü ilə tarixdən müasirliyə” adl...
28/05/2026

🇦🇿🇭🇺 Macarıstanın Budapeşt şəhərində 28 May Müstəqillik Gününə həsr olunmuş “Gəncliyin gözü ilə tarixdən müasirliyə” adlı tədbir baş tutub.

Tədbir zamanı azərbaycanlı tələbələrlə müstəqillik tarixi, dövlətçilik dəyərləri və bu istiqamətdə gənclərin rolu ətrafında müzakirələr aparılıb.

28/05/2026

Qayıdış könüllüləri müstəqilliyimizin rənglərini kətana köçürdülər.🎨

Address

Zərifə Əliyeva 93
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124989590

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation:

Share