Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası Kitabxana 1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində yaradılmışdır.

22 oktyabr, saat 12:00 da Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçiriləcək. Giriş sərbəstdir
20/10/2025

22 oktyabr, saat 12:00 da Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçiriləcək.

Giriş sərbəstdir

08/09/2025
     📚
03/09/2025

📚

02/09/2025

Mürşüd İsmayilzadə "Əjdaha qardaşlığı" Şirvanşahların xəzinəsi

Hər şey Əlinin babası İsmayıl Sarqanın təsadüfən vəziyyətinin pisləşməsi və xəstəxanaya düşməsi ilə başlayır. Əjdaha təsvirlərini çəkməyi çox sevən rəssam İsmayıl babanın sirri bu hadisədən sonra açılır və Əli ilə dostu Fərhad özləri də hiss etmədən müəmmalı, qəribə, eyni zamanda təhlükəli bir macəranın iştirakçısına çevrilirlər. Görəsən, Şirvanşahların dəyərli xəzinəsini qorumağa and içmiş "Əjdaha qardaşlığı" adlı məxfi təşkilatın üzvləri onların bütün sirrini bilən xaini tapıb cəzalandıra biləcəklərmi? Bəs əbədi həyat rəmzi sayılan Şirvanşahların qılıncı kimin əlinə keçəcək? Ölkəmizin tarixi ilə bağlı maraqlı faktların da əks olunduğu "Şirvanşahların xəzinəsi" kitabı oxucuları sirlərlə dolu mistik bir aləmə aparır, hadisələrin inandırıcı təsviri isə onları macəranın canlı iştirakçısına çevirir.

03/07/2025

29/06/2025

Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.

27/06/2025

Filmdə İkinci Dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. Filmin çox hissəsi İçərişəhərdə, Böyük qala küçəsində çəkilib. Uşaqların yun çırpdığı, vedrənin yuxarıdan aşağı çırpıldığı məhəllə indiki Səadət sarayı yaxınlığında yerləşir. Məşhur “O boyda Çörçil bundan geyinib, bu hələ fikirləşir" ifadəsinin səsləndiyi bazar Nalçik şəhərində yerləşir. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Qenanın orada toyuq satması, həmçinin Vaqifin susatan uşaqla davası Bakının mərkəzində çəkilib. "Şərikli çörək” 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi Alla Axundova, operatoru Teyyub Axundov, rəssamı Fikrət Bağırov, bəstəkarı isə Vasif Adıgözəlovdur.

Mübariz İbrahimov, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş Azərbaycan hərbçisidir. O,...
19/06/2025

Mübariz İbrahimov, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş Azərbaycan hərbçisidir. O, 2010-cu il iyunun 19-da Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni silahlı qüvvələrinə qarşı təkbaşına döyüşə girərək şəhid olmuşdur. Mübariz İbrahimov, göstərdiyi qəhrəmanlıqla Azərbaycan xalqının qəlbində milli qəhrəman olaraq yaşayır.
Mübariz İbrahimov, hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin sıralarında keçmişdir. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə, heç kimə xəbər vermədən, xidmət etdiyi bölmədən ayrılaraq, Dağlıq Qarabağ təmas xəttinə doğru hərəkət etmişdir. Çaylı kəndi yaxınlığında yerləşən erməni silahlı qüvvələrinin postuna basqın edərək, təkbaşına onlarla erməni əsgərini məhv etmişdir. Döyüş nəticəsində özü də şəhid olmuşdur.
Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycan ictimaiyyəti tərəfindən böyük takdir və minnətdarlıqla qarşılanmışdır. Ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Həmçinin, Azərbaycanda "İlin adamı" seçilmişdir. Mübariz İbrahimov, hərbi qəhrəmanlığı ilə yanaşı, vətənpərvərliyi, fədakarlığı və qorxmazlığı ilə də tanınır. Onun qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Address

M. Muxtarov 9
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

492 43 67

Alerts

Be the first to know and let us send you an email when Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası:

Share

Category