Azərbaycan Respublikası Hesablama Palatası

Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikası Hesablama Palatasının rəsmi facebook səhifəsi

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində işg...
26/05/2026

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində işgüzar səfərdədir.
Səfər cari ildə Azərbaycan Respublikası Hesablama Palatası ilə Özbəkistan Respublikası Hesablama Palatası arasında imzalanmış ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilir. Səfərin əsas məqsədi dövlət satınalmalarının auditi sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.
Azərbaycan Respublikasının ali audit orqanının əməkdaşları tərəfindən ölkəmizdə dövlət satınalmaları sahəsində mövcud qanunvericilik bazası, Hesablama Palatasının bu istiqamətdə tətbiq etdiyi audit yanaşmaları, eləcə də auditlər zamanı aşkar olunan əsas nöqsanlar və onların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, Özbəkistan Respublikası Hesablama Palatasının əməkdaşlarının sualları cavablandırılıb.
Tərəflər görüşün iki qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına, dövlət satınalmalarının auditi sahəsində təcrübə və bilik mübadiləsinin genişlənməsinə, eləcə də audit fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası k...
25/05/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib. Müzakirələrdə dövlət büdcəsinin əsas parametrlərinin təhlili üzrə əldə edilmiş əsas nəticələrdən bəhs olunub. Bildirilib ki, əvvəlki və cari ildə Hesablama Palatası tərəfindən irəli sürülən təklif və tövsiyələrin əsas hissəsi büdcə sənədləşməsində nəzərə alınıb.
Müzakirələrin nəticəsində Rəyin təsdiq olunması və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/552

Azərbaycan Respublikası Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib.Hesablama Palatasının sədri Vüqar Gülmə...
22/05/2026

Azərbaycan Respublikası Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatları Fariz İsmayılzadə və Ceyhun Məmmədov iştirak ediblər.
Kollegiya iclasında Auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə fəaliyyətin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
Çıxış edən Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/551

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Rusiya-İslam ...
18/05/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: KAZANFORUM” XVII Beynəlxalq İqtisadi Forumunda iştirak edir.
Forum çərçivəsində Rusiya Federasiyasının ali audit orqanı tərəfindən “Dövlət auditi: davamlı iqtisadi artım naminə dövlət resurslarının səmərəli idarə edilməsində strateji tərəfdaş” mövzusunda iclası təşkil olunub.
Sessiyada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət auditinin rəqəmsal transformasiyası: dövlət idarəçiliyinin effektivliyinin qiymətləndirilməsində yeni alətlər, kibertəhlükəsizlik və verilənlərin auditi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Hesablama Palatasında həyata keçirilən rəqəmsal transformasiya tədbirləri, dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri və bu prosesdən gözlənilən nəticələr barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti Rusiya Federasiyası Hesablama Palatasının auditoru Svetlana Orlova, həmçinin Tatarıstan Hesablama Palatasının nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, rəqəmsallaşma və satınalma auditi sahələrində qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin ətraf mühit və təhsil sahələrində paralel auditlərin aparılması məsələləri müzakirə olunub.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/550

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunu...
06/05/2026

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Hesablama Palatasının sədri qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. O qeyd edib ki, Palata ötən dövr ərzində ali audit orqanı kimi ölkədə kənar dövlət maliyyə nəzarəti sahəsində mühüm nailiyyətlər əldə edib. Qurumun beynəlxalq fəaliyyəti və ali audit orqanları ictimaiyyətindəki roluna toxunan Vüqar Gülməmmədov Palatanın yeni Strateji Planı haqqında da danışıb. Sədr plana əsasən dövlət auditinin rəqəmsallaşmasının, bu sahədə süni intellektin tətbiqinin, data analitika alətlərindən istifadə kimi məsələlərin əsas prioritetlər olduğunu vurğulayıb.
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir Bankın fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycan ilə mövcud əməkdaşlıq sahələri barədə məlumat verib. O, Bankın öz fəaliyyətində üzv ölkələrin prioritetlərini əsas götürdüyünü vurğulayaraq, Azərbaycan üzrə müəyyən edilmiş istiqamətləri diqqətə çatdırıb.
Sonda Hesablama Palatası ilə İslam İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/549

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il fəaliyyəti haqqında Hesabatının Xülasəsi hazırlanıbƏtraflı məlu...
05/05/2026

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il fəaliyyəti haqqında Hesabatının Xülasəsi hazırlanıb

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/548

Naxçıvan Dövlət Universitetinin (NDU) İnnovasiya Mərkəzində dövlət satınalmaları mövzusunda təlim təşkil edilib. Tədbird...
04/05/2026

Naxçıvan Dövlət Universitetinin (NDU) İnnovasiya Mərkəzində dövlət satınalmaları mövzusunda təlim təşkil edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 40-dan çox təşkilatın, o cümlədən NDU-nun əməkdaşları iştirak ediblər.
Təlimdə Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşı “Dövlət satınalmalarının auditi”, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı isə “Dövlət satınalmalarında müşahidə olunan əsas çağırışlar və Dövlət Agentliyinin tövsiyələri” mövzusunda təqdimatla çıxış ediblər.
Çıxış zamanı dövlət satınalmaları sahəsində mövcud olan əsas problemlər, rəqabət mühitinin qorunması, şəffaflığın təmin olunması və satınalma prosedurlarında rast gəlinən nöqsanların aradan qaldırılması yolları ətraflı izah olunub. Vurğulanıb ki, satınalma prosesində qanunvericiliyin düzgün tətbiqi, texniki tapşırıqların dəqiq hazırlanması və iştirakçılar üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, təlimdə dövlət satınalmalarında audit prosesinin əhəmiyyəti, bu sahədə tətbiq olunan nəzarət mexanizmləri və auditin əsas mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, auditin əsas məqsədi dövlət vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdir.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Ətraflı məlumat üçün keçid edin: https://sai.gov.az/xeberler/547

Address

Xaqani Küç. 33
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994124933211

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Hesablama Palatası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Hesablama Palatası:

Share