İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 7/24 Çağrı Mərkəzi: 📞 955

ADSEA-da kargüzarlıq sahəsinə həsr olunan təlim keçirilibAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasınd...
02/06/2026

ADSEA-da kargüzarlıq sahəsinə həsr olunan təlim keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasında tabeli qurumların aidiyyəti əməkdaşları üçün kargüzarlıq sahəsinə həsr olunan təlim təşkil edilib.

Təlimin məqsədi sənəd dövriyyəsinin düzgün və operativ təşkilini təmin etmək, həmçinin əməkdaşların peşəkar bilik və bacarıqlarını daha da artırmaq olub. Tədbir çərçivəsində sənəd dövriyyəsinin təşkili, kargüzarlıq işinin aparılması, vətəndaş müraciətlərinə baxılması, eləcə də arxiv işinin vahid tələblər əsasında həyata keçirilməsi ilə bağlı geniş mühazirələr təqdim olunub.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iş proseslərinin daha səmərəli təşkili istiqamətində tövsiyələr verilib.

Bu cür maarifləndirici tədbirlər əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sənəd dövriyyəsinin keyfiyyətinin artırılmasına və idarəetmə fəaliyyətinin daha effektiv təşkilinə mühüm töhfə verir.

28 May - Müstəqillik Günüdür!•••📞 “955” Çağrı Mərkəzi (7/24)🌐 www.isst.gov.az
28/05/2026

28 May - Müstəqillik Günüdür!

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.isst.gov.az

Qurban Bayramınız Mübarək!•••📞 “955” Çağrı Mərkəzi (7/24)🌐 www.isst.gov.az
27/05/2026

Qurban Bayramınız Mübarək!

•••

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.isst.gov.az

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş...
25/05/2026

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirə zamanı aqrar və su təsərrüfatında mövcud islahatlar, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” müzakirə edilib.

İlqar Gülməmmədov: “Milli Su Strategiyası su təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışı müəyyən edən yol xəritəsidir”A...
21/05/2026

İlqar Gülməmmədov: “Milli Su Strategiyası su təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışı müəyyən edən yol xəritəsidir”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə Ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” adlı tədbirdə çıxış edib.

“Dünyadakı şəhərlər bir çox ciddi çağırışlarla üz-üzədir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, su qıtlığı, daşqın riskləri, həddindən artıq yüklənmiş infrastruktur və ekoloji dayanıqlılıq məsələləri bunların sırasındadır. Bütün bu çağırışların mərkəzində isə bir amil dayanır - su” - deyə sədr müavini çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, XXI əsrdə dayanıqlı şəhər anlayışı yalnız yollar və binalarla məhdudlaşmır. Məhz buna görə də Azərbaycan son illərdə su sektoru sahəsində sistemli transformasiya mərhələsinə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə su ehtiyatlarının idarə olunması dövlət siyasətinin strateji prioritetlərindən birinə çevrilib. İnstitusional islahatlar, vahid idarəetmə modelinin yaradılması və uzunmüddətli planlaşdırma yanaşması bu sahədə yeni mərhələnin əsasını qoyub.

İlqar Gülməmmədov bildirib ki, bu transformasiyanın mühüm tərkib hissələrindən biri 2024–2040-cı illəri əhatə edən Milli Su Strategiyasıdır. “Bu gün Milli Su Strategiyası bizim üçün sadəcə sahə sənədi deyil. Bu strategiya su təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışı müəyyən edən yol xəritəsidir” – deyə o vurğulayıb.

Ümumdünya Şəhərsalma Forumu 13 (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin iqlim dayanıqlılığı və su təhlükəsizliyi” mövz...
20/05/2026

Ümumdünya Şəhərsalma Forumu 13 (WUF13) çərçivəsində keçirilən “Şəhərlərin iqlim dayanıqlılığı və su təhlükəsizliyi” mövzusunda sessiyada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov açılış nitqi ilə çıxış edib.

Çıxış zamanı Milli Su Strategiyası və dövlət proqramlarına uyğun olaraq iqlim dəyişikliklərinə adaptasiya istiqamətində həyata keçirilən kompleks tədbirlər, həmçinin daşqın və quraqlıq risklərinin idarə olunması, su infrastrukturunun müasirləşdirilməsi, yeni su anbarlarının tikintisi və mövcud su obyektlərinin bərpası istiqamətində icra edilən layihələr barədə məlumat verilmişdir.

Xəyyam Məmmədov həmçinin hava və iqlim proseslərinin dəqiq proqnozlaşdırılması və risklərin minimuma endirilməsi istiqamətində Erkən Xəbərdarlıq Sistemlərinin önəminə diqqət çəkib, Agentlik tərəfindən Elektron su atlası, GIS texnologiyaları və avtomatlaşdırılmış monitorinq sistemlərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

WUF 13 forumunda iştirak edən qonaqlar Ceyranbatan su anbarı və Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olubla...
20/05/2026

WUF 13 forumunda iştirak edən qonaqlar Ceyranbatan su anbarı və Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olublar

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Su Operatorları Tərəfdaşlıqları üzrə Qlobal Alyansın (GWOPA) nümayəndə heyətini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan su anbarı və Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olublar.

Kompleksdə qonaqlarla keçirilən görüşdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov onları ölkəmizin ev sahibliyi etdiyi WUF13 forumunun əhəmiyyətindən danışaraq, xüsusən şəhərsalma fəaliyyətində içməli su təminatının prioritet təşkil etdiyini, fasiləsiz, dayanıqlı, keyfiyyətli su təchizatının bu prosesdə əsas meyarlardan biri olduğunu diqqətə çatdırıb. Qonaqlara Ceyrabatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti barədə məlumat verən T.Xəlilov bildirib ki, Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 7 kubmetrə yaxın olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib. Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı Xırdalan şəhərinin içməli su təchizatı da bu anbar vasitəsilə təmin edilir.

Ceyranbatan və Oğuz-Qəbələ-Bakı mənbələrinin alternativ istismarı, mövcud mənbələrin qidalandırdığı ərazilərin şəbəkə sistemlərinin əlaqələndirilməsi məqsədilə anbarın Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerası ilə əlaqəsi də yaradılıb. Bu məqsədlə Abşeron anbar kompleksində yeni qaldırıcı nasos stansiyası quraşdırılıb, buradan Oğuz-Qəbələ-Bakı su kəmərinin bölüşdürücü kamerasına qədər 2 km uzunluğunda daşıyıcı kəmər tikilib.

Qonaqlara səfər çərçivəsində qabaqcıl ultrafiltrasiya sistemi və avtomatlaşdırılmış idarəetmə otağı nümayiş etdirilib. Onlar əməliyyatların necə həyata keçirildiyi ilə yaxından tanış olublar.

Qonaqlara məlumat verilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində su əvvəlcə mexaniki və kimyəvi üsullarla təmizlənir, daha sonra ultrasüzgəc membranlarından keçirilərək zərərli hissəciklərdən tam təmizlənir. Son mərhələdə dezinfeksiya olunan su avtomatlaşdırılmış sistem vasitəsilə içməli su şəbəkəsinə ötürülür. Proses əyani şəkildə də nümayiş olunub.

Görüşdə su mütəxəssisləri ilə ümumi problemlər - su itkiləri, enerji xərcləri, su təhlükəsizliyi, keyfiyyəti, fasiləsiz təchizatı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar WUF 13 forumunun təşkilatçılığı barədə razılıqlarını ifadə ediblər və kompleksə səfəri yüksək qiymətləndiriblər.
Onu da qeyd edək ki, GWOPA nümayəndələri səfər təəssüratlarını öz media səhifələrində də dərc ediblər.

🔗 https://mailchi.mp/gwopa.org/un-habitat-insights-wuf13-2

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və Agentliyin nümayəndə heyəti ilə ITOCHU C...
20/05/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və Agentliyin nümayəndə heyəti ilə ITOCHU Corporation və Japan Bank for International Cooperation nümayəndələri arasında görüş keçirilib.

Görüş çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması, çirkab sularının idarə olunması, eləcə də su sektorunda müasir və innovativ texnologiyaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib, gələcək tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

19/05/2026

🎥 ADSEA xidmətlərini genişləndirib və müştəri məmnuniyyəti artırılıb – Videoreportaj

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 15 xidmət üzrə fəaliyyət göstərir. Mərkəzlərə 2026-ci ilin 4 ayı ərzində 60163 müraciət daxil olub. Onlardan 39117-si yerində, 12032-si araşdırıldıqdan sonra icra edilib.

KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 15-ə çatdırılıb, 12 xidmət elektronlaşdırılıb. Onların mərhələli şəkildə “mygov” platformasına inteqrasiyası həyata keçirilir. Hazırda platform üzərindən elektron müraciətlər qəbul olunur.

Vətəndaşlara göstərilən xidmətlərin siyahısına “Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpasına dair müraciət” xidməti əlavə edilərək xidmətlərin sayı 15-ə çatdırılıb. Bu da öz növbəsində vətəndaşlara operativ xidmətin göstərilməsində mühüm rol oynayır.

İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.

Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursu uğurla bitiriblər.

Eyni zamanda, xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS İSO 10002:2022 müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.

ASAN xidmətdə fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları arasında hər ayın fəal işçisi seçilir.

Address

Moskva Prospekti 67
Baku
1012

Alerts

Be the first to know and let us send you an email when İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti:

Share