19/06/2026
🇦🇿ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya səfəri çərçivəsində Romada keçirilən “FII Priority Europe” Forumunda iştirak edib və "Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?” panel müzakirəsində çıxış edib.
Çıxış zamanı İsrafil Məmmədov qeyd edib ki, ARDNF investisiya qərarlarını sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırır. Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir və ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.
Qeyd edək ki, Gələcək İnvestisiya Təşəbbüsü İnstitutu(FII Institute) tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (Public Investment Fund (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi Forumda dünyanın aparıcı investorları, dövlət xadimləri və innovasiya sahəsinin nümayəndələri bir araya gəlib.
Daha ətraflı məlumat: https://oilfund.az/fund/press-room/news-archive/1768
🇬🇧 Israfil Mammadov, CEO of SOFAZ, participated in the "FII Priority Europe" Forum held in Rome as part of his working visit to Italy, and spoke at the panel discussion “Who Will Finance Europe’s Next Build-Out?”
In his remarks, Mr. Mammadov noted that SOFAZ invests across markets on the basis of stability, asset quality and a long horizon. Today, SOFAZ’s investments in Italy total USD 3 billion, positioning the country as the Fund’s fourth-largest investment destination within its global portfolio.
It should be noted that the Forum, organized by the FII Institute with the Public Investment Fund (PIF) of Saudi Arabia as a founding partner, brought together leading global investors, policymakers, and representatives of the innovation sector.
More information: https://oilfund.az/en/fund/press-room/news-archive/1768