Abşeron rayon Mehdiabad qəsəbə 7 nömrəli tam orta məktəb

Abşeron rayon Mehdiabad qəsəbə 7 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abşeron rayon Mehdiabad qəsəbə 7 nömrəli tam orta məktəb, Government Organization, Baku.

Məktəbimizin biologiya müəllimi Əkbərova Vəsilə VIII sinif şagirdləri ilə Reproduktiv sağlamlıq və Zərərli Vərdişlər möv...
04/06/2026

Məktəbimizin biologiya müəllimi Əkbərova Vəsilə VIII sinif şagirdləri ilə Reproduktiv sağlamlıq və Zərərli Vərdişlər mövzusunda dərs keçirib. #

Bu gün, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Onların hər birinin təhlükəsiz, sevgi dolu və keyfiyyətli təhsi...
01/06/2026

Bu gün, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Onların hər birinin təhlükəsiz, sevgi dolu və keyfiyyətli təhsil ala biləcəyi bir mühitdə böyüməsi hər birimizin ən müqəddəs vəzifəsidir.

Dünyaya gülümsəməyi, saflığı və ümidi bəxş edən bütün uşaqları, xüsusilə də sevimli şagirdlərimizi bu gözəl gün münasibətilə ürəkdən təbrik edirik! Qoy onların üzündən təbəssüm, qəlbindən isə sevinc heç vaxt əskik olmasın. ✨

Gələcəyimiz etibarlı əllərdədir! 🌟

Bizim bu "Oxu dəqiqələri"ni 6-cı sinif şagirdlərimiz üçün təşkil etməkdə məqsədimiz kitabları onların ən yaxın dostuna ç...
22/05/2026

Bizim bu "Oxu dəqiqələri"ni 6-cı sinif şagirdlərimiz üçün təşkil etməkdə məqsədimiz kitabları onların ən yaxın dostuna çevirməkdir. Birlikdə düşünmək, mühakimə yürütmək və hər sətirdə yeni bir dünya kəşf etmək üçün bu dəqiqələr çox önəmlidir. Çünki bu gün oxuyan uşaqlar, sabahın aydın gələcəyidir.

Məktəbimizin təsviri incəsənət müəllimi Məmmədova Sevinc 5-ci sinif şagrdləri ilə birlikdə  "Tanınmış şəxsiyyətlər təqvi...
22/05/2026

Məktəbimizin təsviri incəsənət müəllimi Məmmədova Sevinc 5-ci sinif şagrdləri ilə birlikdə "Tanınmış şəxsiyyətlər təqvimi" silsiləsindən Leonardo da Vinçinin sehrli dünyasına səyahət etdik!

Hər bir gənc bizim gələcəyimiz, sabahımız və ən böyük sərvətimizdir. Lakin bu gün bəşəriyyətin ən böyük bəlalarından bir...
21/05/2026

Hər bir gənc bizim gələcəyimiz, sabahımız və ən böyük sərvətimizdir. Lakin bu gün bəşəriyyətin ən böyük bəlalarından biri olan narkomaniya təkcə bir fərdin deyil, bütövlükdə cəmiyyətin gələcəyini təhdid edir.

Məktəbimizdə şagirdlərin, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin fəsadları barədə növbəti maarifləndirici söhbət apardıq.

Gənclərimizi zərərli mühitlərdən uzaq tutmaq
Onlara doğru və sağlam vərdişlər aşılamaq
"Bir dəfədən heç nə olmaz" bəhanəsinə qarşı güclü iradə formalaşdırmaq

Unutmayaq ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, hər birimizin — məktəbin, valideynin və cəmiyyətin ortaq borcudur!

Sağlam bədəndə, sağlam ruh olar! Gələcəyimizə sahib çıxaq!

Məktəbimizin 11-ci sinif şagirdi Hacıyev Əli Rumıniyanın Sfantu George şəhərində fudokan karate üslubu üzrə Avropa çempi...
14/05/2026

Məktəbimizin 11-ci sinif şagirdi Hacıyev Əli Rumıniyanın Sfantu George şəhərində fudokan karate üslubu üzrə Avropa çempionatında işirak edərək gümüş medala layiq görülmüşdür. 🥈

Şagirdimizi təbrik edirik.

12/05/2026

Şagirdimizi ürəkdən təbrik edirik! 🚀🤖 🏆🇦🇿🇹🇷

Məktəbimizin 8-ci sinif şagirdi Məhərrəmli Ömər 1-3 may tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Robotex Inte...
12/05/2026

Məktəbimizin 8-ci sinif şagirdi Məhərrəmli Ömər 1-3 may tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Robotex International-ın Türkiyə və Türk dövlətlərində yeganə rəsmi təmsilçi olan The MaestRobot Competition & Festival-ın yarımfinal mərhələsinin komanda yarışında I yeri qazanaraq böyük uğura imza atıb! Koreyada keçiriləcək böyük finalda iştirak haqqı qazanıb.

Şagirdimizi ürəkdən təbrik edirik! 🚀🤖 🏆🇦🇿🇹🇷

Məktəbdə 2025-2026 cı tədris ili üzrə Son zəng tədbirinin keçirilməsi qaydalarına uyğun müvafiq təlimat valideynlərə çat...
12/05/2026

Məktəbdə 2025-2026 cı tədris ili üzrə Son zəng tədbirinin keçirilməsi qaydalarına uyğun müvafiq təlimat valideynlərə çatdırıldı.

08/05/2026

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Abşeron rayon Mehdiabad qəsəbə 7 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Abşeron rayon Mehdiabad qəsəbə 7 nömrəli tam orta məktəb:

Share