Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

  • Home
  • Azerbaijan
  • Baku
  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Government Organization, Üzeyir Hacıbəyli, 84, Baku.

ICESCO ilə mədəni irs sahəsində süni intellektin tətbiqi imkanları müzakirə olunub   Respublikası   Nazirliyi yanında Mə...
02/06/2026

ICESCO ilə mədəni irs sahəsində süni intellektin tətbiqi imkanları müzakirə olunub

Respublikası Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə -nun Rabat şəhərində yerləşən Süni İntellekt və Proqnozlaşdırma Mərkəzi (Center of Foresight and Artificial Intelligence) arasında onlayn görüş keçirilib.

Görüşdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, rəis müavini Ayaz Müseyibov, ICESCO-nun Süni İntellekt və Proqnozlaşdırma Mərkəzinin direktoru Kais Hammami, eləcə də hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” çərçivəsində mədəni irsin qorunması, idarə olunması və təbliğində innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi imkanları nəzərdən keçirilib.

Tərəflər mədəni irs nümunələrinin rəqəmsallaşdırılması, yeni texnologiyalar vasitəsilə qorunması və idarə olunması, eləcə də “gələcəyin arxeologiyası” kimi innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin birgə layihələrin həyata keçirilməsi, təlim proqramlarının təşkili və ekspert mübadiləsinin aparılması imkanları müzakirə olunub. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

01/06/2026

Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Qoruqlar rubrikasını təqdim edir.

Rubrikanın ilk buraxılışı Milli Tarix-Bədii Qoruğuna həsr olunub.

Dünyanın ən qədim qayaüstü təsvirlərinin yer aldığı tarixi məkanlardan biri olan bu ərazi -nun Ümumdünya İrs Siyahısına daxil olan Azərbaycan mədəni irs xəzinəsinin nadir incilərindəndir.

01/06/2026
01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günüdür

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

  Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları 14-26 may t...
27/05/2026

Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları 14-26 may tarixlərində həyata keçirilən “Azərbaycanda etnofolklor ekspedisiyası” çərçivəsində ölkəmizdə səfərdə olublar.

Ekspedisiyanın məqsədi xalqının zəngin mədəni irs nümunələrinin və adət-ənənələrinin öyrənilməsi, eləcə də iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi olub.

Azərbaycan Respublikası yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə tərəfindən təşkil olunan proqram çərçivəsində nümayəndə heyətinin Bakı və Gəncə şəhərlərinə, həmçinin Şəki, Quba, Qəbələ, Qobustan və İsmayıllı rayonlarına səfərləri təşkil edilib.

Səfərlər zamanı qonaqlar ölkəmizin mədəni irsi, xalq sənətkarlığı nümunələri, qədim adət-ənənələri və folklor mühiti ilə yaxından tanış olublar.

Eyni zamanda, ekspedisiya iştirakçıları bir sıra tarixi məkanları, abidələri, mədəniyyət müəssisələrini və muzeyləri ziyarət edərək yerli tədqiqatçılar, folklorşünaslar və sənətkarlarla görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycan və Özbəkistan xalqlarının ortaq mədəni kökləri, milli dəyərlərin qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Address

Üzeyir Hacıbəyli, 84
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124989367

Alerts

Be the first to know and let us send you an email when Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share