Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Kitabxana mədəniyyət tariximizin parlaq səhifəsi, ayrılmaz tərkib hissəsidir.

03/06/2026

Kitablar səltənətinin inciləri: Hüseyn Cavid

“Şeyx Sənan”

Bakı Şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə yazıçı, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi, Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoyan Hüseyn Cavidin “Şeyx Sənan” əsərindən bir parça təqdim edilir.

Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda “Şeyx Sənan” əsərindən bir parça səsləndirir və oxuculara oxumağı tövsiyə edir. Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun dahi şair Hüseyn Cavidin “Şeyx Sənan” dram əsərinə bəstələdiyi məşhur “Kor ərəbin mahnısı” da Məmmədəli Əliyevin ifasında videoçarxda yer alır.

03/06/2026

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri şair, filosof və mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin zəngin bədii irsinin geniş kütlələrə çatdırılması məqsədilə videoçarxlar hazırlanıb.

Videoçarxda yazıçı Şahzadə İldırımın və şair-qəzəlxan Ceyhun Möhübbinin səsləndirdiyi böyük şairin qəzəlləri də yer alıb.

Rəsm sərgisi açıldı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakı Şəhər Yasamal rayon Mərkəzləşdirilmiş ...
02/06/2026

Rəsm sərgisi açıldı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakı Şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında kitabxananın əməkdaşı Rəşid Eyvazovun rəsm sərgisi açılıb.

Rəşid Eyvazov Azərbaycan Texnologiya Universitetini bitirib. Həvəskar rəssamdır. O, səkkiz yaşından rəsm çəkməyə başlamış və bir çox müsabiqələrdə iştirak edib. Asudə vaxtlarında rəsm çəkməyi, rənglərin dili ilə danışmağı çox sevir. Çəkdiyi rəsmlər onun daxili dünyasının aynasıdır.

Sərgidə R.Eyvazovun “Yasəmənli natürmot”, “Payız çələngi”, “Eşqlə dolu qu quşu”, “Həyat gözəldir”, “Qara dəniz mənzərəsi” rəsmləri maraqla qarşılanıb.

Sərgi bir ay davam edəcək.

02/06/2026

Kitablar səltənətinin inciləri: Əzizə Cəfərzadə “Cəlaliyyə” romanı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi uğurla davam edir.

Növbəti dəfə oxuculara yazıçı, ictimai xadim, ədəbiyyatşünas, filoloq, ilk tarixi romanlar yazan qadın-alim Əzizə Cəfərzadənin “Cəlaliyyə” romanından “Dilək günü” fəslindən bir parça təqdim olunub.

Yazıçı Şahzadə İldırım əsərdən maraqlı parça səsləndirərək izləyicilərə təqdim edib.

01/06/2026

Kitabxanada şəhidin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirlər çərçivəsində şəhid Səma Kərimovanın əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlandı.

Videoçarxda şəhid Səma Kərimova haqqında qısa məlumat, şəhidlər haqqında sitatlar verilir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü kitabxalarda qeyd olunubBakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxan...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü kitabxalarda qeyd olunub

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında və kitabxana filiallarında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirilib.

Mərkəzi Kitabxananın Uşaq şöbəsi 99 nömrəli körpələr evi-uşaq bağçasında bayram tədbiri keçirib.Çıxış edənlər uşaqları bayram münasibəti ilə təbrik edərək onlara sağlam, xoşbəxt gələcək arzulayıblar.

1 nömrəli kitabxana filialı Xəzər körpələr evi-uşaq bağçasında “Nağıl saatı” təşkil edib. Filialın əməkdaşı Səidə Rəcəbova uşaqların maraq dünyasını zənginləşdirmək üçün müxtəlif nağıllar oxuyub.

3 nömrəli kitabxana filialında “Dünya uşaqların gözü ilə” adlı musiqili-əyləncəli tədbir təşkil olunub. Filialın müdiri Arzu Xudayarova uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.

Tədbirlərdə uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər nümayiş etdiriblər və uşaqlara kitablar hədiyyə olunub.

01/06/2026

📍Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Azərbaycan televiziyasının dəstəyi ilə 1 iyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə “ Min səs , bir Vətən” adlı layihəyə start verilib.

Bu layihə paytaxtın bütün musiqi və incəsənət məktəblərinin 1100 xor və 65 xoreoqrafiya ixtisası üzrə təhsil alan ümumilikdə 1165 şagirdin iştirakı ilə həyata keçirilib.

Layihənin məqsədi uşaqlarda Vətən sevgisi, birlik və həmrəylik hisslərini musiqi vasitəsilə ifadə etmək, gənc nəslin yaradıcılıq potensialını inkişaf etdirməkdir.

Xormeyster: Əməkdar müəllim Məhin Orucova

Xoreoqraf: Zülfiyyə İbrahimova

Bakı şəhər  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair və yazıçı-pu...
01/06/2026

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair və yazıçı-publisist Sevinc Ağa Xəlilqızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq Psixonevroloji Mərkəzini
ziyarət edib.

Ziyarət zamanı yazıçı uşaqlarla birlikdə müxtəlif oyunlar oynayıb, həmçinin balacaların arzusu ilə qələmə aldığı “Bu dünyanın fidanları” ikidilli kitabından şeir, nağıl, təmsil və əfsanələr söyləyib.

Bakı şəhər  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında görkəmli Azərbaycan şair...
26/05/2026

Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında görkəmli Azərbaycan şairi Söhrab Tahirin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Söhrab Tahirin yaradıcılığı, zəngin ədəbi irsi və Azərbaycan poeziyasına verdiyi töhfələrdən bəhs olunub, şairin vətənpərvərlik ruhunda yazılmış şeirləri səsləndirilib və videoçarx nümayiş olunub

Tədbirin qonağı, şairin qızı Nəsibə Tahir çıxışı zamanı Söhrab Tahirin həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşərək maraqlı məlumatlar verib , atasına həsr etdiyi şeiri söyləyib.

Address

H. Zərdabi Küç 68
Baku

Alerts

Be the first to know and let us send you an email when Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category