İctimai Səhiyyə və İslahatlar Mərkəzi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması barədə” 143 nömrəli 7 sentyabr 2006-cı il tarixli əmri ilə təşkil olunmuşdur. İSİM ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəy

yənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir. Eyni zamanda İSİM Azərbaycanda əhalinin sağlamlığının qorunması üzrə islahatların elmi əsaslandırılması, səhiyyə qanunvericiliyinin müasir tələblərə və aparılan islahatlara uyğunlaşdırılması, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ilkin səhiyyə sahəsində islahatların aparılması və müasir texnologiyaların səhiyyədə tətbiqi üzrə təklifləri hazırlayır.
İSİM Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ümumdünya Səhiyyə Təşkilatı, UNISEF, Qlobal Fond və digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə sahəsində həyata keçirilən bir sıra layihələrdə iştirak edir.

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi GünüdürHər il eyni tarixdə qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Gününün məqs...
07/06/2026

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Hər il eyni tarixdə qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Gününün məqsədi qida ilə bağlı risklərin qarşısını almağı təşviq etməkdir. Bu münasibətlə dünya ölkələrində müxtəlif tədbirlər keçirilir və qida təhlükəsizliyinin insan sağlamlığı üçün daşıdığı mühüm əhəmiyyət vurğulanır.



Ümumdünya Tütünsüz Günündə 1,3 milyon abonentə SMS bildirişlər göndərilibSəhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar...
05/06/2026

Ümumdünya Tütünsüz Günündə 1,3 milyon abonentə SMS bildirişlər göndərilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü, “Azərcell Telekom”un dəstəyi ilə əhali arasında SMS maarifləndirmə kampaniyası həyata keçirilib. 31 May – Ümumdünya Tütünsüz Günündə keçirilən kampaniya 1,3 milyon abonenti əhatə edib. Layihə çərçivəsində mobil operatorun abunəçilərinə sağlam həyat tərzini təbliğ edən, tütünçəkmədən uzaq olmağa çağıran xüsusi bildirişlər göndərilib.
İSİM və “Azərcell” tərəfindən reallaşdırılan bu təşəbbüs vətəndaşların sağlamlıq barədə məlumatlılıq səviyyəsinin artırılması və ölkədə sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən uğurlu sosial tərəfdaşlıq nümunələrindən biridir. Əhalinin sağlamlığı naminə aparılan bu maarifləndirici aksiyaya verdiyi korporativ sosial məsuliyyət dəstəyinə və uğurlu tərəfdaşlığa görə “Azərcell Telekom” şirkətinə təşəkkür edirik.




Liseylərdə maarifləndirici tədbirlər keçirilibSəhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ...
05/06/2026

Liseylərdə maarifləndirici tədbirlər keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində və İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində maarifləndirici tədbirlər keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələr arasında sağlam davranış vərdişlərinin formalaşdırılması olub.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva geniş təqdimatla çıxış edib. O, şagirdlərə narkotik vasitələrin, tütün məmulatlarının, elektron siqaretlərin, alkoqollu və energetik içkilərin insan orqanizminə vurduğu zərərlər, həmçinin asılılığın yaratdığı fiziki və psixoloji fəsadlar barədə ətraflı məlumat verib, sağlam həyat tərzinin üstünlüklərini diqqətə çatdırıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb.


“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilibSəhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ai...
04/06/2026

“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə “Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir keçirilib.
Sağlam həyat tərzinin təbliği mövzusunda təşkil olunan tədbirin əsas məqsədi gənc nəslin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Nailə İbrahimova maarifləndirmə tədbirlərinin rolunu vurğulayaraq, gəncləri məlumatlı olmağa və sağlam həyat tərzi seçməyə çağırıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova iştirakçılara zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib. O, şagirdlərə sağlam qidalanmağı, hər gün fiziki aktivliyə vaxt ayırmağı tövsiyə edərək, erkən yaşlardan sağlam həyat tərzi seçməyin üstünlüklərini vurğulayıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanıb çap edilən maarifləndirici materiallar paylanılıb.


03/06/2026
Zərərli vərdişlərə yox deyək!
03/06/2026

Zərərli vərdişlərə yox deyək!


1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilibSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İsla...
01/06/2026

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə İSİM-in rəhbərliyi və əməkdaşları, uşaq hüquqlarının və uşaq sağlamlığının qorunması sahəsində çalışan ictimai səhiyyə mütəxəssisləri, həmçinin günün əsas qəhrəmanları olan uşaqlar iştirak ediblər.
İSİM-in direktoru Səbinə Babazadə uşaqları təbrik edərək, hər birinə sağlam və xoşbəxt böyüməyi arzulayıb. O, ölkəmizdə uşaqların xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu, böyüməkdə olan nəslin sağlam inkişafı, keyfiyyətli təhsili və mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
İSİM-in Həmkarlar İttifaqı Komitəsinin sədri Zümrüd Kazımova və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva 1 İyun tarixinin dünyada uşaqların hüquq və azadlıqlarının qorunması məqsədilə qeyd olunduğunu bildiriblər. Uşaqlara fərdi sağlamlığın qorunması, erkən yaşlardan gigiyena qaydalarına riayət olunması, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi və sağlam qidalanmanın faydaları barədə ətraflı məlumat verilib. Uşaqların hüquq və sağlamlıqlarının müdafiəsi istiqamətində İSİM tərəfindən həyata keçirilən tədbirlər və rəqəmsal layihələrdən söz açılıb. Azyaşlıların və valideynlərin diqqətinə çatdırılıb ki, gənc nəslin sağlam inkişafı üçün xüsusi olaraq hazırlanmış “Sağlam uşaq” portalı və eyniadlı mobil tətbiqi valideynlər, uşaqlar və müəllimlər üçün faydalı bir bələdçidir.
Əsl bayram ovqatında təşkil edilən tədbirdə balacaların üzləri rəngbərəng rəsmlərlə bəzədilib, onların ifasında rəqslər nümayiş etdirilib, şeirlər səsləndirilib və musiqi alətlərində ifaları dinlənilib. Həmçinin uşaqlar üçün maarifləndirici-əyləncəli oyunlar, rəngarəng şou-proqramlar təşkil olunub.
Yekunda tədbir iştirakçılarına hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.


Address

Azərbaycan, Bakı, Zərdabi Küç. , 96
Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when İctimai Səhiyyə və İslahatlar Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İctimai Səhiyyə və İslahatlar Mərkəzi:

Share