Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital

Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital Bakı ş, K.Kazımzadə küç. 118 Tel.: (012) 404 08 08; WhatsApp: (050) 404 08 08; www.customshospital.az
(311)

15/05/2026

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Liman gömrük postunun inspektoru Baba Babayevin təşəkkür rəyini Sizə təqdim edirik.

Pasiyent yaxını Aynurə Adıgözəl qızının "Realmedia.info" saytında yayımlanan təşəkkür rəyini Sizə təqdim edirik. "Hörmət...
14/05/2026

Pasiyent yaxını Aynurə Adıgözəl qızının "Realmedia.info" saytında yayımlanan təşəkkür rəyini Sizə təqdim edirik.

"Hörmətli redaksiya, bildirirəm ki, mənim həyat yoldaşım, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sərdar Abbas oğlu Rüstəmov 4-cü ildir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azterminal Kompleks birliyində bağban vəzifəsində çalışır. 2025-ci ilin sentyabr ayının 11-də o, həddən artıq halsızlıq şəraitində DGK-nin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə daxil oldu. Məlum oldu ki, Sərdarın hər iki böyrəyində ciddi problemlər var.

Ona xroniki böyrək çatışmazlığı diaqnozu qoyuldu və o vaxtdan da Sərdar Nefrologiya və Efferent şöbəsində dializ olunur. Biz, ötən müddətdə həm Nefrologiya şöbəsinin, həm də digər şöbələrin əməkdaşlarının xəstəyə (pasiyentə) gözəl münasibətinin şahidi olduq.

Həqiqətən də Mərkəzi Gömrük Hospitalında çox gözəl işçi kollektivi formalaşıb. Xahiş edirəm, ailəmiz adından Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova, Komitənin Tibbi Xidmət İdarəsinin rəisi cənab Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi cənab Bəxtiyar Musayevə, Nefrologiya və Efferent şöbəsinin müdiri Mirmənsim Məmmədova, şöbə əməkdaşlarından həkim -rezidentlər -Səbinə Abdullayevaya, Aytən Səlimovaya, tibb bacıları-Gülşən Rüstəmovaya, İradə İbrahimovaya, Sevinc Allahverdiyevaya, tibb qardaşı Arif Kosayevə, Ürək - damar cərrahı, gözəl qəlbli insan Kənan Əsədova, həkim - rezident Türkan Məhərrəmovaya, Fidan Abdullayevaya, tibb bacısı Ruşanə İsayevaya, həmçinin, Gömrük Hospitalının Poliklinika şöbəsinin müdiri Tamilla xanıma, şöbənin əməkdaşı Nanə xanıma, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin bütün əməkdaşlarına təşəkkür edirik.

Allah Sizin kimi xeyirxah insanları qorusun. Amin. https://realmedia.info/cemiyyet/2321-mrkzi-gomruk-hospitalinin-mkdaslarina-tskkur-edirik.html

Hörmətlə,
Aynurə Adıgözəl qızı
Bakı şəhər sakini.
11.05.2026.

Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasi...
14/05/2026

Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək

15 may 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalının AKT zalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium təşkil olunacaq.

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlarının Dərnəyi (ATD) və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti (AzRAC) tərəfindən birgə həyata keçirilir.

Simpoziumun əsas məqsədi allerqologiya, immunologiya, toksikologiya və təcili tibbi yardım sahəsində son elmi yeniliklərin, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsi, həmçinin praktik təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə yerli mütəxəssislərlə yanaşı, müxtəlif tibb sahələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Simpozium çərçivəsində Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının immunoloqu, assistent Ləman Cəfərovanın “Xronik spontan övrənin müalicəsinə yeni yanaşma” mövzusunda çıxışı dinləyicilərə təqdim olunacaq. Məruzədə xronik spontan övrənin diaqnostik xüsusiyyətləri, müasir müalicə prinsipləri və klinik praktikada tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumat veriləcək.

Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.

Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.

Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!

Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9

14/05/2026

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov 3 aylıq körpə üzərində icra etdiyi “Hidronefroz” əməliyyatı barədə ətraflı məlumat verib.

Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış ...
14/05/2026

Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib

Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, yüksəkixtisaslı həkim-patomorfoloq, uzman həkim Zərifə Yusifli Çinin Hong Kong şəhərində Asiya Sitologiya Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu I Asiya Sitolopatologiya Konfransında məruzəçi qismində iştirak edib.

Tədbir çərçivəsində Zərifə həkim “Baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu” mövzusunda elmi məruzə ilə çıxış edərək baş-beyin törəmələrinin erkən və dəqiq diaqnostikasında sitoloji müayinələrin əhəmiyyəti, hüceyrə nümunələrinin qiymətləndirilməsində istifadə olunan müasir metodlar, eləcə də yeni molekulyar yanaşmaların diaqnostik dəqiqliyin artırılmasında rolu barədə məlumat verib.

Konfrans çərçivəsində müasir diaqnostika metodları, yeni klassifikasiyalar, eləcə də sitoloji materialların innovativ molekulyar üsullarla müayinəsi ilə bağlı ən son elmi yanaşmalar təqdim olunub.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118




Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasi...
14/05/2026

Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək

15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Elmi-Təcrübi və Tədris Mərkəzi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlarının Dərnəyi və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.

Simpoziumun əsas məqsədi toksiko-allergik vəziyyətlərin diaqnostikası, təcili tibbi yardım prinsipləri, müasir müalicə metodları və multidissiplinar yanaşmalar barədə mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbir çərçivəsində Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, t.ü.f.d. Nigar Bağırova “Toksiko-allergik sindromlar zamanı ekstrakorporal detoksikasiya üsullarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə toksiko-allergik reaksiyalar zamanı tətbiq olunan müasir ekstrakorporal detoksikasiya üsulları, onların klinik effektivliyi və praktik əhəmiyyəti barədə ətraflı məlumat veriləcək.

Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.

Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.

Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!

Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9

Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasi...
13/05/2026

Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək

15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Elmi-Təcrübi və Tədris Mərkəzi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlarının Dərnəyi və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.

Simpoziumun əsas məqsədi allerqologiya, immunologiya, toksikologiya və təcili tibbi yardım sahəsində çalışan mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin aparılması, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsidir.

Tədbir çərçivəsində Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyevanın “Allergen immunoterapiyanın (AİT) perspektivləri” mövzusunda məruzəsi təqdim olunacaq. Məruzədə allergik xəstəliklərin müalicəsində innovativ yanaşmalar, allergen immunoterapiyanın tətbiq imkanları və gələcək perspektivləri barədə ətraflı məlumat veriləcək.

Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur. Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.

Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!

Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9

13/05/2026

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev “Uşaqlara peyvəndlərin vaxtında vurulması” mövzusunda ətraflı məlumat verib. Telman həkimin maarifləndirici çıxışını Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının sonoloqu Günay Əhmədova beynəlxalq ultrasəs konqresində iştirak edibMərkəzi Gömrük Hospitalı...
13/05/2026

Mərkəzi Gömrük Hospitalının sonoloqu Günay Əhmədova beynəlxalq ultrasəs konqresində iştirak edib

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin sonoloqu Günay Əhmədova 7–10 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Hançjou şəhərində keçirilən 15-ci “Westlake International Conference in Ultrasound Medicine and Biology” beynəlxalq elmi konqresində iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssislərin qatıldığı konqresdə müzakirə olunan əsas mövzulardan biri radiologiyada ultrasəs müayinəsinin müasir tibbdə artan rolu, diaqnostik imkanların genişlənməsi və yeni texnoloji həllərin tətbiqi olub. Təqdim edilən elmi çıxışlar və praktiki sessiyalar iştirakçılar üçün yüksək elmi maraq doğurub.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118



Mərkəzi Gömrük Hospitalında “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib12 may 2026-...
13/05/2026

Mərkəzi Gömrük Hospitalında “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib

12 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalı-ın birgə təşkilatçılığı ilə “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, şöbə rəisləri, həkimlər və həkim rezidentlər iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən baş həkim Bəxtiyar Musayev tibbi genetikanın müasir səhiyyədə artan rolundan bəhs edərək, xüsusilə erkən diaqnostika, fərdiləşdirilmiş müalicə yanaşmaları və reproduktiv sağlamlıq sahəsində genetik tədqiqatların əhəmiyyəti, vurğulayıb. Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, müasir tibbin inkişafı genetik elmlərin klinik praktikaya inteqrasiyası ilə daha da sürətlənir və bu sahədə əldə olunan yeniliklər həkimlərin gündəlik fəaliyyətində mühüm dəstək rolunu oynayır.

Tədbirdə tibbi genetika sahəsinin müasir çağırışları, reproduktiv sağlamlıqda genetik skrininqin rolu və yeni nəsil molekulyar diaqnostika metodlarının klinik praktikada tətbiqi barədə ümumi məlumat verilib. Seminarın elmi hissəsində tanınmış mütəxəssislər çıxış ediblər. İlk olaraq Dr. İlya Kanivets “Preqravidal hazırlığa genetik baxış” mövzusunda məruzə ilə çıxış edərək, ailə planlamasında genetik risklərin qiymətləndirilməsi və erkən diaqnostikanın əhəmiyyətini vurğulayıb.

Daha sonra Dr. Kəmalə Hüseynova “Sağlam hamiləlik üçün ümid: PGD-NGS və NIPT-NGS” mövzusunda təqdimat edərək, preimplantasiya genetik diaqnostika və qeyri-invaziv prenatal testlərin müasir tibbdə tətbiqi, eləcə də yüksək riskli hamiləliklərin idarə olunması barədə ətraflı məlumat verib.

Seminarın növbəti məruzəçisi Leyla Abbasova “Genetik testlər üçün düzgün preanalitik hazırlığın əhəmiyyəti (PGT-A, NIPT, WES)” mövzusunda çıxış edərək, laborator diaqnostikanın keyfiyyətinə təsir edən mərhələlər və düzgün nümunə hazırlanmasının nəticələrin dəqiqliyində rolunu izah edib.

Çıxışlardan sonra tədbir iştirakçıları ilə geniş elmi müzakirələr aparılıb, mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb və tibbi genetika sahəsində yeniliklərin klinik praktikaya inteqrasiyası barədə fikir mübadiləsi həyata keçirilib. Elmi seminar yüksək elmi səviyyəsi, praktik yönümlü yanaşması və interaktiv müzakirələri ilə yadda qalıb.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118




Address

Kazim Kazimzade Str. 118
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital:

Share