Ağdam rayon 34 nömrəli tam orta məktəb

Ağdam rayon 34 nömrəli tam orta məktəb Ağdam rayon 34 nömrəli tam orta məktəb 1993 cü ildən Bakı şəhərində fəaliyyət göstərir.Hazırda Mehdiabad qəsəbəsində yerləşmişdir.

🔔 Son Zəng – 2026 🔔Bu gün məktəbimizdə “Son zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə qeyd olundu. Məzunlarımız üçün...
13/06/2026

🔔 Son Zəng – 2026 🔔
Bu gün məktəbimizdə “Son zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə qeyd olundu. Məzunlarımız üçün yeni həyat yolunun başlanğıcı olan bu əlamətdar gündə onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayırıq.
Əziz məzunlar, yolunuz daim açıq, uğurlarınız bol olsun! 🌹🎓✨

"Ətraf mühitin mühafizəsi "5-ci sinif şagirdləri təbiət müəllimi Nəzərova Əfsanə müəllim ilə birlikdə "Ətraf mühiti qoru...
09/06/2026

"Ətraf mühitin mühafizəsi "

5-ci sinif şagirdləri təbiət müəllimi Nəzərova Əfsanə müəllim ilə birlikdə "Ətraf mühiti qorumalıyıq" mövzusunda məktəbyanı ərazidə təmizlik işləri həyata keçirmişlər.

Şagirdlər böyük həvəslə əraziyə atılmış tullantıları toplayaraq ətraf mühitin qorunmasına öz töhfələrini vermişlər. Görülən təmizlik işləri şagirdlərdə təbiətə sevgi, ətraf mühitə qayğı və ekoloji məsuliyyət hissinin formalaşmasına xidmət edir.

Təbiəti qorumaq gələcəyimizi qorumaq deməkdir. Təmiz ətraf mühit üçün hər birimizin kiçik addımları böyük nəticələr yaradır.

🏆 Təbrik edirik! 🏆10-cu sinif şagirdimiz Zeunallı Selcan Anar qızı "Brainiacs Olympiad" da İngilis dili fənni üzrə göstə...
07/06/2026

🏆 Təbrik edirik! 🏆
10-cu sinif şagirdimiz Zeunallı Selcan Anar qızı "Brainiacs Olympiad" da İngilis dili fənni üzrə göstərdiyi yüksək nəticəyə görə I yerə layiq görülmüşdür.
Bu uğur münasibətilə Selcanı ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında yeni nailiyyətlər və uğurlar arzulayırıq!

07/06/2026

Şagird uğuru müəllim əməyinin bəhrəsidir!

Ağdam rayon 34 nömrəli tam orta ümumtəhsil məktəbinin 6-cı sinfin sinif rəhbəri Aytəkin Osmanova şagirdlərinin əldə etdiyi uğurları yüksək qiymətləndirərək onların əzmkarlığını, məsuliyyətini və biliklərə olan marağını xüsusi vurğuladı.
Şagirdlərimizə gələcək təhsillərində yeni nailiyyətlər arzulayırıq!

03/06/2026

Məktəbimizdə fəallığı, nümunəvi davranışı və tədbirlərdə aktiv iştirakına görə şagirdlərə xatirə sertifikatları təqdim olundu. Sertifikatlar onların uğurlarının qiymətləndirilməsi və gələcək nailiyyətlərə həvəsləndirilməsi məqsədilə verildi.
Şagirdlərimizi təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

Məktəbimizin intizam qaydalarına nümunəvi şəkildə əməl edən, dərslərində və davranışlarında fərqlənən şagirdlərimiz “Yaş...
02/06/2026

Məktəbimizin intizam qaydalarına nümunəvi şəkildə əməl edən, dərslərində və davranışlarında fərqlənən şagirdlərimiz “Yaşıl Kart”la təltif olundular. Şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

02/06/2026

Milli-mənəvi dəyərlərimiz milli kimliyimizin, tariximizin və mədəniyyətimizin əsasını təşkil edir. Gənc nəslin bu dəyərlərə bağlı ruhda yetişdirilməsi hər birimizin vətəndaşlıq borcudur. Dəyərlərimizi qoruyaq, yaşadaq və gələcək nəsillərə ötürək! 🇦🇿

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürə...
02/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

Uşaqlar bizim gələcəyimiz, sevincimiz və ümidimizdir. Onların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyümələri hər birimizin borcudur.

Bayramınız mübarək, əziz uşaqlar!


31/05/2026

Məktəbimizdə görkəmli bəstəkar Fikrət Əmirova həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər bəstəkarın həyat və yaradıcılığı ilə tanış oldu, onun əsərləri səsləndirildi.
Belə tədbirlər şagirdlərdə milli musiqimizə sevgi və dəyərlərə bağlılıq hissini daha da gücləndirir.

Address

Baku

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 06:00
Thursday 08:00 - 06:00
Friday 08:00 - 06:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayon 34 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağdam rayon 34 nömrəli tam orta məktəb:

Share

Category