Palestine in Azerbaijan - Fələstin Azərbaycanda

Palestine in Azerbaijan - Fələstin Azərbaycanda Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi

Caspian Plaza, C.Cabbarli St.44, Baku AZ1065
Phone: (+994 12) 436-74-26, (+994 12) 436-74-28
Fax: (+994 12) 436-74-27
Email: [email protected], [email protected]

31/03/2026
🇵🇸🇵🇸
31/03/2026

🇵🇸🇵🇸

🌸🌷🇵🇸🙏🇦🇿
20/03/2026

🌸🌷🇵🇸🙏🇦🇿

🇵🇸🌙🌙
18/03/2026

🇵🇸🌙🌙

Bayram paltarları almağa gedirdilər: İsrail qüvvələrinin atəş açmasından sonra dörd nəfərlik fələstinli ailə öldürülüb15...
15/03/2026

Bayram paltarları almağa gedirdilər: İsrail qüvvələrinin atəş açmasından sonra dörd nəfərlik fələstinli ailə öldürülüb

15 mart 2026 — Yerli mənbələrin verdiyi məlumata görə, bu gün səhər tezdən, bazar günü, İsrail işğalçı qüvvələrinin işğal altında olan İordan çayının qərb sahilinin şimalında, Tubas şəhəri yaxınlığındakı Tamoun kəndində ailənin olduğu avtomobilə atəş açması nəticəsində iki uşaq da daxil olmaqla, bir fələstinli ailənin dörd üzvü öldürülüb.

Həlak olanların Əli Xalid Sayel Bəni Odeh, onun həyat yoldaşı Vaad Osman Aql Bəni Odeh və onların iki övladı olduğu müəyyən edilib. Bildirilir ki, ailə qarşıdan gələn Ramazan bayramı üçün paltar almağa gedirdi ki, bu zaman onların avtomobili birbaşa döyüş sursatı ilə atəşə tutulub.

Ailənin daha iki uşağı hücumdan sağ çıxıb, lakin xəsarətlər alıblar. Sağ qalan uşaqlardan birinin ifadəsinə görə, ailə avtomobilin içində olarkən İsrail qüvvələri maşına birbaşa atəş açıb.

“Biz maşında idik ki, birbaşa atəşə məruz qaldıq. Qardaşım Məhəmmədi tərpətməyə çalışdım, amma bacarmadım. Elə bildim ki, öləcəyəm”, — deyə uşaq bildirib.
“Anam səsləndi, sonra isə artıq yox idi. Atam Əli Xalid Sayel, qardaşım Osman və anamın hamısı öldürüldü. Məndən və qardaşım Mustafadan başqa heç kim sağ qalmadı.”

Yerli mənbələr hadisəni soyuqqanlı edam kimi qiymətləndirib və ailənin avtomobilinin heç bir təhlükə yaratmamasına baxmayaraq birbaşa hədəf alındığını bildiriblər.

Fələstin səfiri Azəbaycan Respublikasının Maliyyə Naziri cənab Sahil Babayevlə görüşmüşdür 🇵🇸🤝🇦🇿
14/03/2026

Fələstin səfiri Azəbaycan Respublikasının Maliyyə Naziri cənab Sahil Babayevlə görüşmüşdür 🇵🇸🤝🇦🇿

25/02/2026

Qüds, Fələstindən Ramazan Ayınız Mübarək 🙏🌙🇵🇸

https://www.dostor.ps/
19/02/2026

https://www.dostor.ps/

القانون الأعلى الذي يحدد القواعد الأساسية لشكل الدولة ونظام الحكم ونظام السلطات الحاكمة والإجرافات والواجبات والحقوق الأساسية للأفراد والجماعات الكامنة المُكفلة...

19/02/2026

İsrail işğalçı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı dağıntılara baxmayaraq Fələstinlilər Xan Yunisdəki məhəllələrini Ramazan ayının gəlişi münasibətilə bəzəyirlər

18/02/2026

İslam aləminin müqəddəs ayı olan Ramazan ayının gəlişi münasibətilə Fələstinlilər ətrafı bürüyən dağıntılara baxmayaraq Xan Yunisdə küçəni bəzəyiblər. Müqəddəs ayın gəlişi münasibətilə uşaqlara sevinc bəxş etmək üçün könüllülər zədələnmiş divarı rəngləyiblər. “Bu məhəllə müharibədə dağıdılıb. Dağıntılar və əzablar arasında gəlib bu məhəlləni bəzəmək istədik ki, onlar sevinib əylənsinlər.”
“Biz dağıntılara və uçurdulmuş evlərə baxmayaraq, bombalanmış divarlardan geriyə nə qalıbsa Ramazan ayı münasibətilə onları rəngləyirik, bəzəyirik. Bunu ona görə edirik ki, ailələrimizə, uşaqlarımıza sevinc, xoşbəxtlik gətirsin”.

17/02/2026
https://hafta.az/Israilin-felestin-torpaqlarini-yeniden-tesniflendirmesi-qanunsuzdur-sefIrlIk-405805-xeber.html“Fələstin...
16/02/2026

https://hafta.az/Israilin-felestin-torpaqlarini-yeniden-tesniflendirmesi-qanunsuzdur-sefIrlIk-405805-xeber.html
“Fələstin Dövləti İsrail hökumətinin işğal olunmuş İordan çayının qərb sahilində geniş əraziləri guya “dövlət torpaqları” kimi təsnifləndirmək qərarını qətiyyətlə pisləyir və bu addımı qanunsuz, eyni zamanda Fələstin ərazilərinin ilhaqına yönəlmiş qəsdən atılmış addım kimi qiymətləndirir”.

Hafta.az yazır ki, bu sözlər Fələstinin ölkəmizdəki səfirliyinin yaydığı bəynatda deyilir. Fələstin Dövləti təsdiq edir ki, bu addım beynəlxalq hüquqa əsasən etibarsızdır və ilhaqa doğru faktiki bir addımdır; bu isə Fələstin dövlətinin əsaslarını və yaşamaq qabiliyyətini sarsıdır.

“Fələstin Dövləti, həmçinin, bu qərarı beynəlxalq hüquqi nizama və beynəlxalq ictimaiyyətin iradəsinə birbaşa çağırış kimi dəyərləndirir. Bu, beynəlxalq sülh və təhlükəsizlik prinsiplərinin ciddi şəkildə pozulmasıdır və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə açıq şəkildə ziddir. Həmin qətnamə Şərqi Qüds də daxil olmaqla işğal olunmuş bütün Fələstin ərazilərində məskunlaşmaların (yəhudi yaşayış məntəqələrinin) qanunsuzluğunu bir daha təsdiqləyib. Bu qərar, eyni zamanda, İsrail işğalının qanunsuzluğunu təsdiqləyən Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinə də ziddir” deyilən bəynatda qeyd olunur ki, Fələstin Dövləti beynəlxalq ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasını və bütün aidiyyəti beynəlxalq hüquqi qurumları bu qanunsuz, birtərəfli addımlara qarşı qəti mövqe sərgiləməyə, işğalçı gücü çəkindirmək və iki dövlətli həllə təhlükə yaradan, beynəlxalq konsensusu sarsıdan, regional sülh və sabitliyi riskə atan davam edən ilhaq və məskunlaşma fəaliyyətini dayandırmaq üçün təcili addımlar atmağa çağırır.

Həftə içi qəzetinin rəsmi web səhifəsi

Address

Caspian Plaza, 44 C. Cabbarli Street
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124367428

Alerts

Be the first to know and let us send you an email when Palestine in Azerbaijan - Fələstin Azərbaycanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Palestine in Azerbaijan - Fələstin Azərbaycanda:

Share