Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs
http://www.dim.gov.az
Çağrı mərkəzi 1653

Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il 860 N-li Fərmanı ilə yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin rəsmi Facebook səhifəsi.

Əziz şagirdlər, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xaric...
02/06/2026

Əziz şagirdlər, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil fənləri üzrə imtahan modelində tətbiq edilən şəkil əsasında hekayə qurmaq tapşırığı ilə bağlı tədqiqat aparılır. Tədqiqatın bir hissəsi kimi qeyd olunan tapşırıqla bağlı 9-cu sinif buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin fikirlərini öyrənmək üçün sorğu keçirilir.

Sorğuda iştirak könüllüdür. İştirakçılar tərəfindən təqdim olunan bütün məlumatların anonimliyi və məxfiliyi tam şəkildə qorunur. Toplanan məlumatlardan yalnız elmi tədqiqat məqsədləri üçün istifadə olunacaq və fərdi məlumatlar paylaşılmayacaq.

Sorğuda iştirak etmək üçün link:

https://shorturl.at/BQfuo

Qeyd edək ki, müasir dövrdə dillərin qiymətləndirilməsi ilə bağlı yanaşmalarda ünsiyyət bacarıqlarının və yaradıcı düşüncənin ön plana çıxması ilə əlaqədar olaraq, bir çox beynəlxalq imtahan sistemlərində şəkil və vizual materiallar əsasında qurulan yazı tapşırıqlarından istifadə olunur. Bu baxımdan, tədqiqat çərçivəsində şagirdlərin şəkil əsaslı hekayə qurmaq tapşırığını necə qəbul etdikləri, tapşırığın onların fikir formalaşdırmasına, ideya qurmasına və yazılı nitq bacarıqlarını nümayiş etdirməsinə nə dərəcədə kömək etdiyi öyrənilir.

Tədqiqatın nəticələrinin gələcəkdə xarici dil imtahanlarının təkmilləşdirilməsi, yazı tapşırıqlarının hazırlanması və qiymətləndirmə meyarlarının inkişaf etdirilməsi baxımından faydalı olacağı gözlənilir.

02/06/2026
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili)...
02/06/2026

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 2 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili) fənni üzrə ikinci imtahan iyunun 21-də keçiriləcək.

02/06/2026
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta i...
02/06/2026

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.

Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub. Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.
https://dim.gov.az/CkImage/Qeydiyyat%20Elan%202026%20tam%20metn02.06.26._1780377615.pdf

Dövlət İmtahan Mərkəzi şəhid övladlarına metodik vəsitələr hədiyyə edib.1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü mün...
01/06/2026

Dövlət İmtahan Mərkəzi şəhid övladlarına metodik vəsitələr hədiyyə edib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər il olduğu kimi Dövlət İmtahan Mərkəzi tərəfindən şəhid övladlarına metodik vasitələr hədiyyə edilir. Mərkəzin “Abituriyent” jurnalı redaksiyası tərəfindən nəşr olunan test topluları, siniflər üzrə qiymətləndirmə tapşırığı kitabları 6-14 yaş aralığında olan şəhid övladlarına təqdim edilir.

Layihə çərçivəsində ölkə üzrə ümumilikdə 1368 şəhid övladı üçün müxtəlif yaş qruplarına uyğun hazırlanmış 44 adda 3251 ədəd kitab ayrılıb. Metodik vəsitələr Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində təhsil alan şəhid övladlarına çatdırılır.

Şəhid ailələrinin və övladlarının dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunması siyasətinə töhfə vermək məqsədilə həyata keçirilən bu təşəbbüs uşaqların təhsilə marağının artırılmasına, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərməyə xidmət edir.

Dövlət İmtahan Mərkəzi gələcəkdə də sosial həssas qrupların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 20...
01/06/2026

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2026-cı il iyunun 1-dən iyunun 8-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.

Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

3 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 21 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.İyunu...
01/06/2026

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək. Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.
https://exidmet.dim.gov.az/elimt/peshe

Gələcəyinizi qurmaq və doğru peşə yolunu seçmək üçün ilk addımı bizim alətlə birlikdə atın!

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar va...
01/06/2026

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, “Instagram”, “TikTok” və xüsusilə “Telegram”da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.

Həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər. Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə guya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.

Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip “təhrikedici” təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.

Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir.

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz.

Bütün uşaqların bayramını təbrik edirik!
01/06/2026

Bütün uşaqların bayramını təbrik edirik!

Address

Bakı şəhəri, Nəsimi Rayonu, Akademik Həsən Əliyev Küçəsi, 299
Baku
AZ1022

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Dövlət İmtahan Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dövlət İmtahan Mərkəzi:

Share