24/07/2026
🇬🇧
Olga Solarz has spent years listening to the stories of the Polish-Ukrainian borderland. As a Polish scholar educated in Kraków and Lviv, holding a PhD in anthropology, she explored Ukrainian culture and folk traditions. When Russia attacked Ukraine, she did not stand by. She stepped forward to help.
Since 2014, Olga has supported civilians, medics and soldiers, delivering what is needed most and staying close to those who defend their country every day. But her work does not end there. She also helps protect Ukraine’s cultural heritage.
In 2023–2024, she initiated the evacuation of four 1,000-year-old stone statues, known as Polovtsian babas, from the combat zone before the war could erase them. Thanks to her, these traces of history are now safe in Ukrainian museums in Lviv and Dnipro. 🏛️
Olga’s story reminds us that solidarity is not only about what is needed today. It is also about protecting what must survive the war: memory, history, and heritage. 🇵🇱🤝🇺🇦
🇦🇿
Olqa Solarz uzun illərdir Polşa–Ukrayna sərhəd bölgəsinin hekayələrini araşdırır. Krakov və Lvovda təhsil almış, antropologiya üzrə fəlsəfə doktoru olan polşalı alim Ukraynanın mədəniyyəti və xalq ənənələrini tədqiq edib. Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda isə kənarda dayanmadı – kömək etmək üçün hərəkətə keçdi.
2014-cü ildən etibarən Olqa mülki əhaliyə, tibb işçilərinə və hərbçilərə dəstək göstərir, ən çox ehtiyac duyulan yardımı çatdırır və hər gün öz ölkəsini müdafiə edən insanların yanında olur. Lakin onun fəaliyyəti bununla məhdudlaşmır – o, eyni zamanda Ukraynanın mədəni irsinin qorunmasına da töhfə verir.
2023–2024-cü illərdə Olqanın təşəbbüsü ilə Polovtsian babas kimi tanınan, təxminən min illik tarixə malik olan, dörd daş heykəl müharibə onları əbədi məhv etməzdən əvvəl döyüş zonasından təxliyə edildi. Bu gün həmin qiymətli tarixi abidələr onun səyləri sayəsində Lvov və Dnipro şəhərlərindəki Ukrayna muzeylərində qorunur. 🏛️
Olqanın hekayəsi bizə xatırladır ki, həmrəylik təkcə bugünkü ehtiyaclarla məhdudlaşmır. Bu, həm də müharibəyə qalib qələ biləcək dəyərləri – xatirələri, tarixi və mədəni irsi qorumaq deməkdir. 🇵🇱🤝🇺🇦