Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəsmi facebook səhifəsi

Official page of the National Archives of the Republic of Azerbaijan

Milli Arxiv İdarəsi arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xalqımızı Qurban Bayramı münasibətilə təbrik edir. Dua və niyyətlərinizin...
26/05/2026

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xalqımızı Qurban Bayramı münasibətilə təbrik edir. Dua və niyyətlərinizin Ulu Tanrı dərgahında qəbul olunmasını, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayır.

Qurban bayramınız mübarək olsun!

Özbəkistanlı qonaqlar Dövlət Səs Yazıları Arxivində olublar.Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəniy...
26/05/2026

Özbəkistanlı qonaqlar Dövlət Səs Yazıları Arxivində olublar.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstitutunun Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivini ziyarət edib.
Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov qonaqlara arxivin tarixi, fəaliyyət istiqamətləri və burada daimi mühafizə olunan unikal sənədlər, o cümlədən xalqımızın maddi-mədəni irsinə aid olan xüsusilə qiymətli səs yazıları barədə ətraflı məlumat verdi.
Qonaqlar səmimi qəbula görə arxiv rəhbərliyinə minnətdarlığını bildirdilər. Əməkdaşların iş şəraiti, sənədlərin mühafizəsi, fonosənədlərin bərpası və rəqəmsallaşdırılması prosesi ilə yaxından tanış olan İnstitut əməkdaşları, həmçinin arxivdə mühafizə olunan və Özbəkistan Respublikasının tarixi, mədəniyyəti, eləcə də tanınmış incəsənət xadimlərinə aid olan nadir sənədlər və səs yazıları ilə tanış oldular.
Görüş zamanı tərəflər ortaq mədəni dəyərlərin araşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi apardılar.





http://milliarxiv.gov.az/az/news/ozb-kistanli-qonaqlar-dovl-t-s-s-yazilari-arxivind-olublar

Milli Arxiv İdarəsində “İdarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı plan və hesabat sənədlərinin hazırlanması...
26/05/2026

Milli Arxiv İdarəsində “İdarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı plan və hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi işinin təşkili” mövzusunda seminar keçirilib.

Milli Arxiv İdarəsinin 2026-cı il İş Planına uyğun olaraq, “İdarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı plan və hesabat sənədlərinin hazırlanması və təqdim edilməsi işinin təşkili” mövzusunda seminar təşkil edilib.
Ənənəvi və onlayn formatda keçirilən seminarda Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, həmin şöbənin əməkdaşları, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və müvafiq sahəyə məsul olan şəxslər iştirak ediblər.
Seminarı açıq elan edən Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov ölkəmizdə geniş vüsət alan rəqəmsallaşmanın, qurumlarda daxili idarəetmə proseslərinin icrasına da müsbət təsir göstərdiyini qeyd etdi. Bildirildi ki, Milli Arxiv İdarəsinin Elektron Hesabatlar Sistemi (EHS) əməkdaşların iş vaxtına qənaət etməsi, məlumatların çatdırılmasının tez və operativ həll edilməsi, o cümlədən avtomatik emal alətlərindən istifadə edilməklə iş yükünün rentabelliyinin ölçülməsi, faydalı iş əmsalının yüksəldilməsi sahələrində çox ciddi rol oynayır. Həsən Həsənov vurğuladı ki, EHS üzərindən daxil olan və avtomatik şəkildə emal edilən plan və hesabatlar üzərindən aidiyyəti nəzarət tədbirləri də öz effektliyini təsdiq edir.
Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova çıxış edərək qeyd etdi ki, idarəetmə proseslərinin avtomatlaşdırılması nəzarət mexanizmlərini daha da gücləndirmişdir. Cəmilə Abasova plan və hesabat sənədlərinin EHS daxilində hazırlanması zamanı dövlət arxiv xidməti təşkilatları tərəfindən yol verilən nöqsanlar və onların həll istiqamətində müvafiq təlimatın tələblərinə əməl edilməsinin vacibliyini vurğuladı. Qeyd edildi ki, plan və hesabat sənədlərinin EHS üzərindən tələb edilən müddət ərzində göndərilməsi vacibdir.
Daha sonra Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçiləri Həbib Həsənov, Gülnar Təhməzli, Gültən Eminova, aparıcı məsləhətçi Aytac Nəbiyeva mövzu üzrə çıxış etdilər.
Seminar açıq diskussiya şəklində davam etdirilib, suallar cavablandırılıb.





http://milliarxiv.gov.az/az/news/milli-arxiv-i-dar-sind-i-dar-etm-prosesl-rinin-elektronlasdirilmasi-il-bagli-plan-v-hesabat-s-n-dl-rinin-hazirlanmasi-v-t-qdim-edilm-si-isinin-t-skili-movzusunda-seminar-kecirilib

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış və Üzeyir Hacıbəyliyə həsr olunmuş “Dahi Ustad-140” adlı videoxülasə i...
25/05/2026

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış və Üzeyir Hacıbəyliyə həsr olunmuş “Dahi Ustad-140” adlı videoxülasə istifadəçilərin ixtiyarına verilib.

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir.
Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.
2025-ci ilin sentyabr ayında anadan olmasının 140 ili tamam olan Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti zamandan və məkandan asılı olmayaraq, hər bir Azərbaycanlı üçün mayak rolunu oynayır. Onun Azərbaycan milli musiqisi, o cümlədən ictimai-siyasi həyatında rolu, fəaliyyəti daim müxtəlif mənbələr əsasında öyrənilir.
“Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli Sərəncamını əldə rəhbər tutaraq, Dövlət Səs Yazıları Arxivi öz fondlarında daimi mühafizə etdiyi arxiv sənədləri, fono və video materialları əsasında dahi ustadın həyat və fəaliyyəti haqqında videoxülasəni istifadəçilərin ixtiyarına verib.
Videoxülasədə Ulu Öndər Heydər Əliyevin, görkəmli bəstəkar Qara Qarayevin Üzeyir Hacıbəyli haqqında fikirləri, o cümlədən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən Müharibəsində qazanılan qələbədən sonra Şuşada Üzeyir Hacıbəylinin heykəlinin bərpadan sonra açılışını əks etdirən səs yazıları, videogörüntülər yer alıb.
Əlavə olaraq, adıçəkilən arxivdə daimi mühafizə edilən və dahi bəstəkarın əsərlərini ifa edən Xalq artistləri Sara Qədimova, Əbülfət Əliyev, Tükəzban İsmayılova, Zeynəb Xanlarovanın ifalarına, səs yazılarına yer verilib.
Videoxülasə Dövlət Səs Yazıları Arxivinin şöbə müdiri Aysel Məcidova tərəfindən səsləndirilib.



Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi öz fondlarında daimi mühafizə etdiyi arxiv sənədləri, fono və video material...

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarıın respublika dövlət arxivlərinə ekskursiyası təşkil edilib.Milli Arx...
25/05/2026

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarıın respublika dövlət arxivlərinə ekskursiyası təşkil edilib.

Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş respublika dövlət arxivlərinin “2026-cı il üçün İllik İş Planı”na uyğun olaraq, İdarə və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin birgə təşkilatçılığı ilə adıçəkilən təhsil ocağının kursantlarının Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Arxivinə, Dövlət Tarix Arxivinə, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Dövlət Səs Yazıları Arxivinə, Dövlət Kino-Foto Sənədləri Arxivinə və Dövlət Elm və Texnika Sənədləri Arxivinə ekskursiyası təşkil edilib.
Ekskursiyada iştirak edən kursantlar arxivlərin əsas fəaliyyət istiqamətləri, həmçinin sənədlərin dövlət mühafizəsinə qəbulu, qeydiyyatı, istifadəsi, rəqəmsallaşdırılması haqqında ətraflı məlumat ilə tanış ediliblər.
Kursantlar həmçinin Sənədlərin surətlərinin çıxarılması, bərpası və cildlənməsi üzrə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olub, sənədlərin bərpa olunması prosesini izləyiblər.

http://milliarxiv.gov.az/az/news/dovl-t-s-rh-d-xidm-ti-xususi-m-kt-binin-kursantlariin-respublika-dovl-t-arxivl-rin-ekskursiyasi-t-skil-edilib




Bakı Avrasiya Kollecində 9 Iyun - Beynəlxalq Arxivlər Gününə həsr olunmuş tədbir keçirilib.Azərbaycan Respublikası Milli...
22/05/2026

Bakı Avrasiya Kollecində 9 Iyun - Beynəlxalq Arxivlər Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, İdarənin tabeliyində fəaliyyət göstərən Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin, Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə adıçəkilən təhsil ocağında “9 İyun-Beynəlxalq Arxivlər Günü”nə həsr edilmiş maarifləndirici tədbir keçirilib.
Tədbiri açıq elan edən Bakı Avrasiya Kollecinin Ümumtəhsil və Humanitar Fənn Birləşmə Komissiyasının sədri Samirə İsmayılova sözügedən tədbirin əhəmiyyəti və mövzunun aktuallığı haqqında məlumat verdi.
Tədbirdə arxiv işinin əhəmiyyəti, arxiv sənədlərinin mədəni irs nümunəsi kimi gələcək nəsillərə ötürülməsi, o cümlədən arxiv sənədlərinin özündə əks etdirdiyi tarixi, siyasi, mədəni, iqtisadi və digər sahələri əhatə edən mötəbər faktların ümumilikdə cəmiyyətin və dövlətin inkişafında xüsusi rola malik olduğu qeyd edildi.
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Xatirə Vəliyeva çıxış edərək təmsil etdiyi dövlət arxiv xidməti təşkilatının fəaliyyəti, daimi mühafizə etdiyi arxiv sənədləri haqqında məlumat verdi.
Tədbirdə iştirak edən Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Gülnar Təhməzli və Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Xatirə Vəliyeva tələbələrin mövzu üzrə suallarını cavablandırdılar.
Sözügedən tədbir tələbələrin aktiv iştirakı ilə açıq diskussiya formatında davam etdirilib.




http://milliarxiv.gov.az/az/news/baki-avrasiya-kollecind-9-iyun-beyn-lxalq-arxivl-r-gunun-h-sr-olunmus-t-dbir-kecirilib

Naxçıvan MR Dövlət Arxivinin əməkdaşı R.Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və mo...
22/05/2026

Naxçıvan MR Dövlət Arxivinin əməkdaşı R.Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və modernləşmə strategiyası (1969-1982)” adlı məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib.

"2026-cı il - Şəhərsalma və Memarlıq İli", o cümlədən Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13 Azerbaijan - WUF13) çərçivəsində dövlət arxiv xidməti təşkilatlarının əməkdaşları arxiv sənədləri əsasında Azərbaycanın şəhərsalma ənənələri, tarixi sənədlər və onların əks etdirdiyi faktlar əsasında tədbirə öz tövhələrini verməkdə davam edirlər.
Milli Arxiv İdarəsində 10 aprel 2026-cı il tarixində keçirilmiş “Azərbaycanın memarlıq inciləri arxiv sənədlərində” adlı sənəd sərgisindən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin aparıcı arxivçisi Rəfael Sadiqovun “Naxçıvanın memarlıq intibahı: Heydər Əliyev dövründə şəhərsalma və modernləşmə strategiyası (1969-1982)” adlı elmi məqaləsi Polşanın “Polish Journal of Science” jurnalının 98 nömrəli sayında “Architectural renaissance of Nakhchivan: Urban planning and modernization strategy during the Heydar Aliyev era (1969–1982)” başlığı ilə ingilis dilində dərc edilib.
Məqalədə Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərliyi dövründə Naxçıvan şəhərində şəhərsalma siyasətinin ardıcıl və strateji şəkildə həyata keçirilməsi, yeni yaşayış komplekslərinin və mikrorayonların salınması, həmçinin sosial infrastruktur obyektlərinin inkişafı, bu dövrdə həyata keçirilən tikinti və modernləşdirmə təşəbbüslərinin şəhər mühitinin yenilənməsinə, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və urbanizasiya prosesinin daha səmərəli təşkilinə xidmət etməsi kimi məsələlər araşdırılıb.
Sözügedən nəşrdə məqalənin çap olunması əməkdaşımızın elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.poljs.com/wp-content/uploads/2026/05/POLISH-JOURNAL-OF-SCIENCE-№98-2026.pdf



Address

Bakı şəhəri, Ziya Bünyadov Pr. , 3
Baku
AZ1106

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125629775

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi:

Share