Bakı-Abşeron Regional Turizm İdarəsi

Bakı-Abşeron Regional Turizm İdarəsi Bakı-Abşeron Regional Turizm İdarəsi Destinasiya Menecment Təşkilatı kimi fəaliyyət göstərir 1.1.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2023-cü il tarixli 2035 nömrəli Fərmanı əsasında Agentliy

in Bakı-Abşeron Regional Turizm İdarəsi yaradılımışdır. (https://e-qanun.az/framework/53461) İdarə fəaliyyət göstərdiyi region üzrə turizm sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Agentliyin yerli struktur qurumudur. Bakı-Abşeron Regional Turizm İdarəsi Bakı və Sumaqyıt şəhərlərini həmçinin, Abşeron, Hacıqabul və Xızı rayonlarını əhatə edir.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. Region üzrə turizm sahəsinə aid olan dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;
2. Regionda fəaliyyət göstərən turizm sənayesi subyektlərinə dövlət nəzarətini həyata keçirmək;
3. Turistlərin marağına səbəb olan turizm məhsullarının yaradılması və təkmilləşdirilməsinə dair tədbirlər görmək;
4. Regionun maddi və qeyri-maddi mədəni, təbiət irsinin qorunmasına töhfə vermək və onun turizm məqsədləri üçün səmərəli istifadəsi məqsədi ilə tədbirlərin görülməsinə dair Agentliyə təkliflər vermək;
5. Regionda turizm sahəsinin inkişafına maneə yaradan problemlərin həll edilməsi istiqamətində mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları, yerli icra hakimiyyətləri və bələdiyyələr ilə əməkdaşlıq etmək;
6. Regionda turizm sahəsi üzrə kadr potensialının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
7. Regionda turizmin inkişafına yönəlmiş digər tədbirləri icra etmək.

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilirMayın 5-də 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerba...
06/05/2026

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı keçirilir
Mayın 5-də 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil edilən “Qızıl Şah” Milli Kulinariya Çempionatına start verilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Şuşada İƏT-in Turizm Nazirlərinin 7-ci görüşü keçirilibAprelin 29-da Şuşa şəhərində “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026”...
29/04/2026

Şuşada İƏT-in Turizm Nazirlərinin 7-ci görüşü keçirilib
Aprelin 29-da Şuşa şəhərində “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 7-ci görüşü keçirilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edibAprelin 28-də İqtisadi Əməkdaşlıq Təşkilatını...
28/04/2026

Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib
Aprelin 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbiri çərçivəsində Qastronomiya günü təşkil olunub.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilibAprelin 28-də Şuşa şəhərində İqtisadi Əmə...
28/04/2026

Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib
Aprelin 28-də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası keçirilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblərHeydər Əliyev...
28/04/2026

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının daha da artırılmasına xidmət edir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatla baxış keçirilib. Muzeydə ümumilikdə üç mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onlardan 1826-sı sərgi zallarında təqdim edilir.
Qeyd olunub ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdiriləcək.
Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçirilib. Qeyd olunub ki, burada şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb.
Leyla Əliyeva və Arzu Əliyeva məşhur şəbəkə ustası Tofiq Rəsulov və onun şagirdləri ilə görüşüb, şəbəkə nümunələrinin hazırlanması prosesində iştirak ediblər. Onlar Azərbaycanın bu qədim sənət növünün yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərə görə Tofiq Rəsulova minnətdarlıqlarını bildirib, ustaya və şagirdlərinə uğurlar arzulayıblar.
Sonra şirniyyat hazırlanmasında iştirak edən Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin ABAD Keramika mərkəzi ilə tanış olublar.
Mənbə: AZƏRTAC

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblərHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai ...
28/04/2026

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.
Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.
Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.
Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.
Mənbə: AZƏRTAC

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilibAprelin 27-də Şuşa şəhərində “Şuşa – İƏT-in tur...
28/04/2026

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilib
Aprelin 27-də Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunubAzərbaycan Turizm Bürosunun Türkiyəd...
17/04/2026

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub
Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə 13-17 aprel tarixlərində Türkiyədə tanıtım xarakterli silsilə tədbirlər keçirilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

9–10 aprel tarixlərində Bakı-Abşeron Regional Turizm İdarəsi tərəfindən Qala, Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrinə ...
13/04/2026

9–10 aprel tarixlərində Bakı-Abşeron Regional Turizm İdarəsi tərəfindən Qala, Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrinə sahə səfəri həyata keçirilmişdir.
Səfər çərçivəsində ərazilərin turizm imkanları yerində qiymətləndirilmiş, tarixi-mədəni irs nümunələri, o cümlədən Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Mərdəkan Qəsri, qədim məscidlər və bir sıra tarixi tikililər ilə yerində tanışlıq aparılmışdır. Yerli icra nümayəndələri ilə keçirilən görüşlər zamanı qəsəbələrin sosial-iqtisadi vəziyyəti, mövcud turizm infrastrukturu və inkişaf perspektivləri geniş müzakirə olunmuşdur.
Eyni zamanda, tarixi memarlıq abidələrinin qorunması, bərpası və turizm dövriyyəsinə cəlb olunması imkanları nəzərdən keçirilmişdir. Qeyd edək ki, bu ərazilərin zəngin tarixi irsi və turizm potensialı nəzərə alınaraq gələcəkdə müvafiq turizm konsepsiyasının hazırlanması planlaşdırılır.
Bununla yanaşı, Abşeron yarımadasının qədim Bakı kəndlərini əhatə edən vahid turizm konsepsiyasının hazırlanması da nəzərdə tutulur. Sözügedən konsepsiya çərçivəsində tarixi-mədəni irsin qorunması, turizm infrastrukturunun inkişaf etdirilməsi və yerli icmaların bu prosesə fəal şəkildə cəlb olunması əsas prioritet istiqamətlər kimi müəyyən ediləcəkdir.
🇦🇿

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilirAzərbaycan 7-9 aprel tarixlərində Belarusun Minsk şəhərində k...
10/04/2026

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir
Azərbaycan 7-9 aprel tarixlərində Belarusun Minsk şəhərində keçirilən “Travel HUB Commonwealth” beynəlxalq turizm forumunda təmsil olunub, həmçinin Belarus Milli Turizm Agentliyinin rəhbəri ilə görüş keçirilib.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

"ASAN Viza" sistemi ilə bağlı turizm şirkətləri üçün görüş keçirilibAprelin 9-da Azərbaycan Turizm Bürosu və "ASAN Viza"...
10/04/2026

"ASAN Viza" sistemi ilə bağlı turizm şirkətləri üçün görüş keçirilib
Aprelin 9-da Azərbaycan Turizm Bürosu və "ASAN Viza" (e-Viza) əməkdaşlarının iştirakı ilə turizm agentliklərinin nümayəndələri üçün məlumatlandırıcı görüş təşkil olunub.
Ətraflı şərh bölməsindən oxuya bilərsiniz⤵️

Şuşa şəhəri 27-29 aprel tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı elan edilməsi ilə ...
08/04/2026

Şuşa şəhəri 27-29 aprel tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı elan edilməsi ilə əlaqədar olaraq təşkilata üzv olan ölkələrin turizm nazirlərinin və turizm üzrə yüksək səviyyəli ekspertlərinin iştirakı ilə rəsmi açılış, iclas və bir sıra digər tədbirlərə ev sahibliyi edəcək.
🔔 “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı 2026”
🗓️ 27–29 aprel 2026
📍 Şuşa şəhəri

Address

Bülbül Prospekti 14, AZ 1000
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124981244

Alerts

Be the first to know and let us send you an email when Bakı-Abşeron Regional Turizm İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı-Abşeron Regional Turizm İdarəsi:

Share