Bakı şəhəri 251 nömrəli tam orta ümumtəhsil məktəb

Bakı şəhəri 251 nömrəli tam orta ümumtəhsil məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı şəhəri 251 nömrəli tam orta ümumtəhsil məktəb, Public School, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 69, Baku.

Bakı şəhərinin Nizami rayonunda yerləşən 251 nömrəli tam orta ümumtəhsil məktəb 1974-cü ilin 1 sentyabr tarixində fəaliyyətə başlamışdır və hal-hazırda fəaliyyətini davam etdirir.

Məktəbimizin istedadlı və nümunəvi şagirdlərindən olan 4 B sinif şagirdi Rəsul Cəlilov 02.05.2026-cı il tarixində Beyin ...
09/06/2026

Məktəbimizin istedadlı və nümunəvi şagirdlərindən olan 4 B sinif şagirdi Rəsul Cəlilov 02.05.2026-cı il tarixində Beyin Olimpiada Mərkəzi tərəfindən keçirilən Qlobal Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək gümüş medal,həmçinin 16.05.2026-cı il tarixində təşkil olunan Beynəlxalq Eynşteyn Olimpiadasında bürünc medalla təltif olunmuşdur.
Bu münasibətlə Rəsulu və onun sinif müəllimi Sevinc Qurbanovanı ürəkdən təbrik edirik .Məktəb ailəsi olaraq şagirdimizlə qürur duyuruq!

Sinif: 3 “A”Sinif rəhbəri: İsmayılova Təranə
08/06/2026

Sinif: 3 “A”
Sinif rəhbəri: İsmayılova Təranə

08/06/2026
Bakı şəhər Nizami rayon  251 nömrəli tam orta məktəbin IX sinif buraxılış imtahanından 200 – dən yuxarı bal toplayan şag...
05/06/2026

Bakı şəhər Nizami rayon 251 nömrəli tam orta məktəbin IX sinif buraxılış imtahanından 200 – dən yuxarı bal toplayan şagirdlərinin siyahısı

Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş tədbir keçirilidi.Tədbirdə 3 b sinif şagirdlə...
04/06/2026

Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş tədbir keçirilidi.Tədbirdə 3 b sinif şagirdləri iştirak etdilər ,şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər.Şeirləri ilə çıxış etdilər.Tədbir Uşaq Birliyi rəhbəri Əhmədova Əfsanə və kitabxanaçı İsmayılova Flora tərəfindən təşkil edilmişdir.

02/06/2026
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” ç...
02/06/2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində şagirdlərlə maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirin əsas məqsədi şagirdlərdə insan hüquq və azadlıqlarına hörmət hissinin formalaşdırılmaq, onların hüquq və vəzifələri barədə məlumatlandırılmaq idi.

11 may 2026-cı il tarixində Bakı şəhəri, 251 nömrəli tam orta məktəbin 3b sinfi Qobustana maarifləndirici ekskursiya etm...
19/05/2026

11 may 2026-cı il tarixində Bakı şəhəri, 251 nömrəli tam orta məktəbin 3b sinfi Qobustana maarifləndirici ekskursiya etmişdir. Ekskursiya sinif rəhbəri Təranə Muxtarovanın təşəbbüsü və valideynlərin dəstəyi ilə təşkil olunmuşdur. Məktəb rəhbərliyinin icazəsi ilə həyata keçirilən bu səfər şagirdlərin biliklərini zənginləşdirmək və milli irsimizlə yaxından tanış etmək məqsədi daşıyırdı.
Ekskursiya zamanı şagirdlər Qobustan qayaüstü rəsmləri ilə tanış oldular, qədim insanların həyat tərzi və mədəniyyətinə dair maraqlı məlumatlar əldə etdilər. Təbiət qoynunda keçirilən bu maarifləndirici səfər uşaqlarda həm tarixi irsə maraq oyatdı, həm də sinif yoldaşları ilə ünsiyyət bacarıqlarını gücləndirdi.
Qobustan ekskursiyası şagirdlərin dünyagörüşünü genişləndirdi, milli-mədəni dəyərlərimizi daha yaxından tanıtdı və məktəb həyatında unudulmaz bir gün kimi yadda qaldı.

Nizami rayonu, 251 nömrəli tam orta ümumtəhsil məktəbində metodist Təranə Muxtarovanın fəaliyyət planı çərçivəsində dərs...
19/05/2026

Nizami rayonu, 251 nömrəli tam orta ümumtəhsil məktəbində metodist Təranə Muxtarovanın fəaliyyət planı çərçivəsində dərsdinləmələr və əks əlaqələr aparılır. Təhsildə keyfiyyətin artırılması və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə metodik fəaliyyətlər davam edir.
6d sinfində riyaziyyat fənnini tədris edən Gülnarə
Müəllim dərsi peşəkar şəkildə idarə etmiş, motivasiyanı həyatla əlaqələndirən video ilə şagirdlərin diqqətini mövzuya yönəltmişdir. Tapşırıqlar oyun əsaslı təqdim olunmuş, bütün şagirdlərin fəal iştirakı təmin edilmişdir. Müzakirə sualları onların düşünmə və fikir bildirmə bacarıqlarını inkişaf etdirmiş, müəllimin verdiyi konstruktiv rəy isə öyrənmə motivasiyasını gücləndirmişdir.
Refleksiya mərhələsində şagirdlər öyrəndikləri bacarıqları rahatlıqla ifadə etmiş, bu da dərsin məqsədlərinə tam şəkildə çatıldığını göstərmişdir. Ümumilikdə dərs metodik baxımdan düzgün, pedaqoji baxımdan uğurlu təşkil olunmuş, müəllimin peşəkar idarəetməsi dərsin keyfiyyətini daha da yüksəltmişdir.

Address

Bakı şəhəri Nizami Rayonu Bəhruz Nuriyev Küçəsi 69
Baku

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+994123747852

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri 251 nömrəli tam orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category