Genetic Resources Institute of Azerbaijan National Academy of Sciences

  • Home
  • Azerbaijan
  • Baku
  • Genetic Resources Institute of Azerbaijan National Academy of Sciences

Genetic Resources Institute of Azerbaijan National Academy of Sciences Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar Institutu

AMEA Genetik Ehtiyatlar İnstitutunun 3 yeni buğda sortu patentləşdirilərək rayonlaşdırılmışdırAMEA Genetik Ehtiaytlar İn...
25/04/2020

AMEA Genetik Ehtiyatlar İnstitutunun 3 yeni buğda sortu patentləşdirilərək rayonlaşdırılmışdır

AMEA Genetik Ehtiaytlar İnstitutu (GEİ) 65 ilə yaxındır ki, ölkədə ərzaq təhlükəsizliyinin təmini sahəsində aktiv fəaliyyət göstərir. İnstitut tərəfindən dəfələrlə beynəlxalq və yerli ekspedisiyalar təşkil edilmiş, strateji əhəmiyyət kəsb edən kənd təsərrüfatı bitkilərinin yerli sortlarının və onların yabanı əcdadlarının toplanılması həyata keçirilmiş, genetik pasportlaşdırılması aparılmaqla gələcək nəsillər üçün Milli Genbankda uzunmüddətli saxlanılması təmin edilmişdir.
Buğda bitkisi strateji ərzaq bitkisi hesab olunmaqla dünya əhalisinin un və un məlumatları ilə təminatında xüsusi çəkiyə malikdir. Hal-hazırda Genetik Ehtiyatlar İnstitutunun Milli Genbankında bütün yerli sortlar da daxil olmaqla buğda bitkisinə aid 3000-dən çox nümunə mühafizə olunmaqdadır. İnstitutda ilk molekulyar səviyyədə tədqiqatlar da buğda və onun yabanı əcdadı hesab olunan eqilops bitkisi üzərində aparılmış, bərk və yumşaq buğda növlərinə aid 1000, müxtəlif eqilops növlərinə aid isə 250-dən artıq nümunənin molekulyar marker və yeni nəsil sekvenser texnologiyasının müxtəlif üsulları (WGS, GBS, DArTseq, AmpliSeq) ilə genotipləşdirilməsi, abiotik və biotik stres amillərə qarşı davamlılıq genlərinə görə səciyyələndirilməsi həyata keçirilmişdir. GEİ son illərdə beynəlxalq təşkilatlarla da əlaqələrini xeyli genişləndirmiş, dünya buğda kolleksiyalarına və onların genom verilənlərinə çıxış imkanı əldə etmişdir. 2019-2020-ci illərdə 1500-dən artıq buğda nümunəsi ölkəyə gətirilərək onlar üzərində tədqiqat işlərinə başlanılmışdır. GEİ-də aparılan uzunmüddətli tətbiqi və fundamental tədqiqatlar nəticəsində çox sayda yeni buğda (Sevinc, Cəfəri, Arzu, Bol-buğda, Gürgənə-1, Zərdabi, Birlik, Qrekum-75/50, Kəhrəba, Qızılbuğda, Saray, Abşeron, Maya, Start və s.) sortları yaradılmış və onların geniş təsərrüfatlarda becərilməsi təmin edilmişdir.
2020-ci ildə Genetik Ehtiyatlar İnstitutu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 3 yeni buğda sortu (Korifey-88, Cənub, Mərcani buğda) patenləşdirilərək rayonlaşdırılmışdır. Yeni yarımpayızlıq bərk buğda sortu - Korifey-88 (Rüstəmov X.N., Əkpərov Z.İ., Təlai C.M., Əhmədov M.Q., Abdullayev A.M., Abbasov M.Ə., Axmedov M.A., Həsənova Q.M., Hacıyeva S.K., İbrahimov E.R.) VİR-in Dağıstan filialından (Rusiya) əldə olunmuş к-64409 var. leucurum (Mеksika) və к-23025 Susa var. falcatoleucomelan (Malta) sortlarının çarpazlaşdırılmasından alınmış hibrid xəttindən təkrar fərdi seçmə yolu ilə yaradılmışdır. Korifey-88 sortunun pоtеnsial məhsuldarlığı orta (54-58 s/ha), adaptivliyi yüksəkdir. Sabit məhsuldarlığı sünbüldə dənlərin sayının (63,4-101,8 ədəd) və kütləsinin (2,9-6,2 qram) çox yüksək olması ilə bağlıdır. Sünbüldə dənlərin sayına görə bərk buğda sortlarının lideridir. Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.
Yumşaq buğdanın Cənub (Abdullayev A.M., Əkpərov Z.İ., Təlai C.M., Rustamov X.N., Abbasov M.Ə., Şıxlinski H.M., Morqunov A.İ., Sadıqov H.B.) sortu beynəlxalq pitomniklərdən seçilmiş mürəkkəb hibriddən [(Uluqbey x Mexsikanskaya yarovaya liniya) x Sanzor 6] fərdi seçmə yolu ilə yaradılmışdır. Cənub sortu ortaboyludur (92,6-116,5 sm), kollanması yüksəkdir. Yüksək aqrofonda yatmaya davamlıdır, yarımpayızlıq, orta yetişkəndir (210-218 gün). Cənub sortunun potensial məhsuldarlığı yüksəkdir (67,2 s/ha). Müsabiqəli sortsınağında üç illik orta məhsuldarlığı 63,2 s/ha, standart Aran (59,2 s/ha) sortundan 4,0 s/ha çox olmuşdur. Tədqiqat illərində sarı və qonur pas xəstəliklərinə davamlılıq göstərmişdir. Cənub sortunun Respublikanın suvarılan düzən və dağətəyi dəmyə bölgələrində becərilməsi təklif olunur.
Payızlıq yumşaq buğdanın yeni “Məcranı buğda” sortu (Z.İ.Əkpərov, S.M.Məmmədova, S.İ.Hüseynov, F.Ş.Mahmudov, S.K.Hacıyeva, E.R.İbrahimov) Əkinçilik ETİ Cəlilabad Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda saxlanılan Ferrigineum (Rusiya) X Bəyaz (Azərbaycan) sortlarının çarpazlaşdırılmasından alınmış hibrid xəttindən fərdi seçmə yolu ilə yaradılmışdır. Sort orta boyludur (80- 86 sm), tez yetişəndir (205-207 gün), sünübüldə dənlərin sayı 42-49 ədəddir. Yetişmə dövründə sünbülcükləri qapalı olduğundan dən tökülməyə, gövdəsinin mexaniki toxuması möhkəm olduğundan yatmaya tam davamlıdır. Qışlamanı yaxşı keçirdiyinə görə məhsuldar kollanması digər sortlardan yüksəkdir (4,0-4,5 ədəd). Bitkilərin intensiv piqmentləşməsinə görə fotosintetik proseslər daha aktiv gedərək, bitkilərin uzun müddət yasıl qalmasına səbəb olur. Sünbülləmə - çiçəkləmə dövründə quraqlıq və yüksək hərarət streslərinə dözümlülük və mühitin nəmliyindən daha səmərəli istifadə hesabına dəni tam doldurur. Potensial məhsuldarlığı 46,0-48,0 s/ha təşkil edir. Unlu şehə və septorioza davamlı, sarı pasa tam tolerantdır. Məcranı buğdanın respublikanın nəmliklə təmin olunmayan dağlıq və dağətəyi quraq dəmyə bölgələrində becərilməsi təklif olunur.

AMEA Genetik Ehtiyatlar İnstitutunda magistr hazırlığı distant formada davam etdirilirAzərbaycan Respublikası ərazisində...
03/04/2020

AMEA Genetik Ehtiyatlar İnstitutunda magistr hazırlığı distant formada davam etdirilir

Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən AMEA-nın magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılmışdır. AMEA-da təhsil alan magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, həmçinin tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA prezidentinin 29 mart 2020-ci il tarixində 114 nömrəli sərəncamı verilmişdir. AMEA prezidentinin sərəncamı əsas götürülərək AMEA Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantlar üçün təhsilin distant formada davam etdirilməsi məqsədilə müvafiq əmr hazırlanmış, İnstitutun təhsil şöbəsinə, professor-müəllim heyətinə təlimat verilmiş və distant təhsilə nəzarətin təşkil edilməsi təmin edilmişdir. Genetik Ehtiyatlar İnstitutu AMEA-da magistraturanın yaradıldığı ilk 7 təşkilatdan biridir və hal-hazırda İnstitutda dünyanın tanınmış universitetlərinin tədris proqramlarına uyğun olaraq formalaşdırılmış xüsusi proqramlarla 4 ixtisas (Genetika, İnsan genetikası, Bitkilərin seleksiyası, Bitkilərin mühafizəsi) üzrə magistrant hazırlığı aparılır. Tədris prosesi seçilmiş professor-müəllim heyəti tərəfindən müasir avadanlıq və cihazlarla təmin olunmuş laboratoriyalarda eksperimental və nəzəri olaraq həyata keçirilir. Hazırda institutun I kurs magistraturasında 5, II kursda isə 4 nəfər təhsilini davam etdirir. 29 mart, 2020-ci il tarixindən başlayaraq dərs cədvəlləri əsasında və elektrоn vasitələrdən istifadə olunmaqla həftənin I, III və V günləri online dərslər təşkil edilmiş, II, IV günlər isə magistrantların seminar dərslərinə hazırlaşmaları üçün nəzərdə tutulmuşdur. Genetika və İnsan genetikası ixtisaslarında müxtəlif qruplar üzrə bəzi dərslər (Populyasiya genetikası, Biotexnologiya və gen mühəndisliyi) birləşdirilərək b.e.d. Aybəniz Əliyeva və b.ü.f.d. Sevda Babayeva tərəfindən keçirilir. Digər fənlər isə b.ü.f.d. Elçin Hacıyev, e.i. Bayram Bayramov və e.i. Babək Şahmurad tərəfindən tədris olunmaqdadır. Bitkilərin seleksiyası və Bitkilərin mühafizəsi ixtisaslarında isə müvafiq dərslərin AMEA-nın müxbir üzvü İlham Şahmuradov, b.e.d. professor Ramiz Əliyev, b.e.d. Aybəniz Əliyeva, b.ü.f.d. dosent Xanbala Rüstəmov, b.ü.f.d. Nailə Məmmədova və b.ü.f.d. Eldar Mustafayev tərəfindən distant tədrisi həyata keçirilir. Magistrantlara e-mail vasitəsilə mühazirə mətnləri göndərilir və elektron (zoom, skype və s.) vasitələrdən istifadə edilərək dərslərin izahı verilir. II kursda təhsillərini davam etdirən magistrantlar isə pedoqoji təcrübənin keçirilməsi tələblərinə uyğun olaraq distant şəkildə I kurs magistrantların dərslərinə qoşulur. Pedoqoji təcrübənin rəhbəri Gülarə Hüseynzadə tərəfindən gələcək həftələrdə magistrantların bəzi online dərsləri aparması da planlaşdırılır. II kurs magistrantlar təcrübi işlərini yekunlaşdırmış və hal-hazırda nəticələrin analizi üzrə fəaliyyətlərini davam etdirirlər. Magistrlərin elmi rəhbərləri dissertasiya işlərinin vaxtında yazılıb yekunlaşdırılması üçün distant olaraq öz tövsiyələrini verirlər. İnstitutun magistrantlarından bəzilərinin hal-hazırda rayonda olması və internetin zəif olması səbəbindən bir-sıra problemlər də mövcuddur. Digər problem isə professor-müəllim heyəti tərəfindən böyük zəhmət hesabına hazırlanmış və nəşr olunmamış mühazirə materiallarının açıq internet resuslarına yerləşdirilməsi və yayılması ilə əlaqədardır. İnstitut rəhbərliyi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin əməkdaşları ilə müzakirələr aparır və mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirirlər. İnstitutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Vüsalə İzzətullayeva tərəfindən professor-müəllim heyətinə və magistrantlara texniki məsələlərdə köməklik göstərilir və ümumi prosesə nəzarət edilir.

AMEA Genetik Ehtiyatlar İnstitutu ilə KTN Aqrar Elm və İnnovasiya Mərkəzi arasında əməkdaşlıq əlaqələri güclənirAzərbayc...
28/02/2020

AMEA Genetik Ehtiyatlar İnstitutu ilə KTN Aqrar Elm və İnnovasiya Mərkəzi arasında əməkdaşlıq əlaqələri güclənir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə hər iki qurum arasında birgə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işləri və eyni zamanda konfrans və seminarların təşkili məsələləri geniş müzakirə olunmuşdur.
İlk öncə Z.Əkpərov qonaqları salamlamış və institutda aparılan elmi tədqiqat işlərinin istiqamətləri barədə onlara bir sıra məlumatlar vermişdir. O, bildirmişdir ki, GEİ ilə KTN-nin Əkinçilik, Tərəvəzçilik, Heyvandarlıq, Baytarlıq, Meyvəçilik və Çayçılıq və digər Elmi Tədqiqat İnstitutları ilə müqavilələr imzalanmış və birgə layihələr icra edilir.
Sonra institutun “Biotexnologiya”, “Dənli taxıl və paxlalı bitkilər”, “Meyvə bitkiləri”, “Texniki bitkilər” və “KT heyvanlarının genetik ehtiyatları” şöbələrinin müdirləri KTN-nin müvafiq elmi tədqiqat İnstitutları ilə birgə həyata keçirilə biləcək fəaliyyətlər haqqında öz təkliflərini qonaqların diqqətinə çatdırmışlar.
Daha sonra isə İ.Cümşüdov səsləndirilən fikirlərə münasibətini bildirmiş və qeyd etmişdir ki, GEİ ilə koordinasiyalı şəkildə işləmək üçün geniş imkanlar mövcuddur. O, həmçinin qeyd etmişdir ki, birgə elmi tədqiqat işi aparmaqla qısa müddət ərzində bazarın tələbinə uyğun yeni sortlar yaratmaq mümkündür və bu istiqamətdə KTN-nin müxtəlif İnstitutları birgə işləmək niyyətindədir. Bundan başqa, birlikdə konfrans, təlim və seminarların təşkili üzrə səsləndirilən təkliflər də yüksək qiymətləndirilmişdir.
Sonda birgə tədqiqatların aparılması üçün koordinasiya şurasının yaradılması və məqsədyönlü layihələrin hazırlanması qərara alınmışdır.

AMEA Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilmişdirAzərbaycan Milli Elmlər Akademiyası (AME...
28/02/2020

AMEA Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 2019/2020-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İmtahanda “Genetika” ixtisası üzrə 3 nəfər iddiaçı iştirak etmişdir.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılmışdır. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri – professor Ramiz Əliyev, professor Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya üzrə elmlər doktoru Afət Məmmədova, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova və biologiya üzrə fəlsəfə doktoru Vüsalə İzzətullayevadır.

AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilmişdirAzərbaycan Milli Elmlər Aka...
26/02/2020

AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda Xətai rayonu üzrə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü qeyd olunmuşdur.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra tədbiri institutun Həmkarlar İttifaqının sədri, Texnologiya şöbəsinin müdiri Hamlet Sadıqov giriş sözü ilə açmışdır. O, Xocalı soyqırımı haqqında məlumat verərək bildirmişdir ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırım cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilmiş, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilmişdir.
Daha sonra Xətai rayonu üzrə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Fəranə Əliyeva çıxış edərək təşkilat haqqında məlumat vermiş, həmçinin tariximizə qanlı hərflərlə yazılan bu günün ağır nəticələrindən danışmışdır.
Tədbirdə Xocalı faciəsi şəhidlərinin ailə üzvləri, qazilər, Nərimanov rayonu üzrə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Hətəm Məmmədov da iştirak etmişdir.
Həmçinin Fiziologiya şöbəsinin müdiri, professor Ramiz Əliyev çıxış edərək Xocalı faciəsi barəsində geniş məlumat vermişdir.
Sonra isə əslən Xocalı şəhərindən olan Texnologiya şöbəsinin böyük elmi işçisi Əkbər Kərimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində törədilən, özünün də canlı şahidi olduğu dəhşətli soyqırım həqiqətlərindən bəhs etmişdir.
Anım tədbirinin sonunda Xocalı faciəsini əks etdirən video çarx nümayiş etdirilmişdir.

AMEA Genetik Ehtiyatlar İnstitutu və Milli Hematologiya və Transfiziologiya Mərkəzinin həyata keçirdiyi birgə layihə bey...
21/02/2020

AMEA Genetik Ehtiyatlar İnstitutu və Milli Hematologiya və Transfiziologiya Mərkəzinin həyata keçirdiyi birgə layihə beynəlxalq ITHANET portalında qeydiyyata alınmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu və Milli Hematologiya və Transfiziologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində layihə həyata keçirilir. β-Talassemiyalı xəstələr üzərində həyata keçirilən sözügedən layihənin nəticələri Avropa Birliyi ölkələri tərəfindən maliyyələşdirilən beynəlxalq ITHANET portalında qeydiyyata alınmışdır.
β-Talassemiya dünya miqyasında, eləcə də Azərbaycanda geniş yayılmış autosom-resessiv yolla irsən ötürülən hemoqlobinopatiyalardandır. IthaGenes - hemoqlobinopatiyaların meydana gəlməsində rol oynayan genlər və müvafiq mutasiyalar haqqında məlumatları birləşdirən interaktiv məlumat bazasıdır. Ithagenes, IthaMap və IthaChrom məlumat bazaları hemoqlobinopatiyaların epidemioloji, diaqnostik, molekulyar-genetik və digər bir çox aspektlərini əhatə edən beynəlxalq ITHANET portalında cəmləşdirilmişdir. IthaGenes həmçinin hər bir variantın müvafiq fenotipik əlamətlərini, onların təsvir olunduğu publikasiyaları və müvafiq nahiyədə genin ardıcıllığının qrafik təsvirini təqdim edir.
Cəmi 352 gen və 2976 variantın cəmləşdiyi bu bazaya Azərbaycanlı alimlərin dünyada ilk dəfə aşkar etdiyi 2 beta-qlobin gen (HBB) mutasiyası (HBB:c.9delT; HBB:c.-248A>G) daxil edilmişdir. İlk dəfə aşkar olunduğuna görə mutasiyaların etnik mənşəyi müvafiq olaraq Azərbaycan kimi qeyd edilmişdir.

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İspaniyada ezamiyyətdə olmuşlarAzərbaycan Milli Elmlər Akademiyasının G...
18/02/2020

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İspaniyada ezamiyyətdə olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və Texnologiya şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülşən Poladova İspaniyada ezamiyyətdə olmuşlar.
Onlar Sen Lorenso de El Eskorialda yerləşən Mariya Kristina Kral Universiteti mərkəzində keçirilən "Impact Of Chromatin Domains On Plant Phenotypes" adlı konfransda məruzə ilə çıxış etmişlər. Tədbirdə, həmçinin Avropa və Amerikanın aparıcı elmi mərkəzlərindən olan alim və mütəxəssislər iştirak etmişlər.
Konfransda DNT markerlər, yeni nəsil molekulyar-genetik üsulların tətbiqi və istifadəsi barədə geniş məlumatlar əldə edilmiş və müzakirələr aparılmışdır. Sonda İspaniya kralı II Filipin inşa etdirdiyi orta əsr qəsrinə səyahət təşkil edilmiş və iştirakçılar burada olan memarlıq və rəssamlıq sənətinin nadir nümunələri ilə tanış olmuşlar.

13/02/2020

19-22 oktyabr 2020-ci il tarixlərində Meyvə və Şərabçılıq üzrə 16-cı Serb Konqresi keçiriləcək.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

AMEA Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi və kollektivi institutun Kitabxanasının müdiri Şəfiqə xanımın vəfatından...
13/02/2020

AMEA Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi və kollektivi institutun Kitabxanasının müdiri Şəfiqə xanımın vəfatından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
ALLAH RƏHMƏT ELƏSİN!!

Address

Azadliq Pr 155
Baku
AZ1106

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Telephone

+994125628625

Alerts

Be the first to know and let us send you an email when Genetic Resources Institute of Azerbaijan National Academy of Sciences posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share