Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli Qərarı ilə yaradılmış, Azərbaycan Respublikasının 15 may 1998-ci il Qanunu ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası adlandırılmışdır

MSK 2026-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurubAzərbaycan Respublikası S...
26/05/2026

MSK 2026-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, cari ilin əvvəlindən ölkə üzrə vahid seçicilər siyahısının tərtibi və dəqiqləşdirilməsi prosesinə başlanılıb. Təxminən beş ay davam edən əhatəli prosesin ardından 2026-cı il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.

Seçki qanunvericiliyində müəyyən olunur ki, daimi seçici siyahıları hər ilin əvvəlindən etibarən müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə qurumu başçıları və hərbi hissə komandirləri tərəfindən təqdim edilən məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Bu istiqamətdə atılan zəruri addımların ardınca seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilməklə ictimailəşdirilməlidir. Builki proses də Seçki Məcəlləsinin sözügedən tələblərinə tam uyğun şəkildə həyata keçirilib.

2026-cı il üzrə siyahıların tərtibi və dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının 38 mindən artıq üzvü cəlb olunub. Eyni zamanda, bütün proses boyunca Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyəti orqanları, yerli icra strukturları və bələdiyyələrlə sıx əməkdaşlıq edilib. Bu müddətdə MSK-nın “115” çağrı mərkəzi və rəsmi internet səhifəsindəki onlayn müraciət imkanı da fasiləsiz olaraq seçicilərin istifadəsində olub.

Ənənəvi olaraq bu il də seçici siyahılarının hazırlanması və dəqiqləşdirilməsi zamanı informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən, həmçinin texniki baxımdan daha da təkmilləşdirilmiş xüsusi proqram təminatlarından geniş istifadə edilib. Bu isə prosesin bütövlükdə daha operativ və effektiv aparılmasına, seçici siyahılarının yüksək standartlara uyğun hazırlanaraq çap edilməsinə mühüm töhfə verib.

Mayın 26-da Mərkəzi Seçki Komissiyasının üzvləri media nümayəndələrinin iştirakı ilə Komissiyanın inzibati binasında yenidən tərtib edilmiş vahid seçici siyahılarına baxış keçirib, həmçinin siyahıların hazırlanması və saxlanılması prosesi ilə tanış olublar. Bildirilib ki, seçici siyahılarının yenidən tərtibi, yoxlanılması və dəqiqləşdirilməsi zamanı fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin imkanlarından geniş istifadə edilib. “Seçkilər” informasiya şəbəkəsi vasitəsilə həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı işlərin operativliyini artırıb. Bununla yanaşı, seçicilərin məlumatlarının orfoqrafik yoxlanılması, təkrar və oxşar məlumatların təhlili, mövcud nöqsanların aradan qaldırılması, eləcə də siyahıların keyfiyyətli hazırlanması və çapı təmin olunub.

Daha sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Müzakirələr zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına mühüm təsir göstərdiyi xüsusi vurğulanıb.

İclasda ilin əvvəlindən may ayının sonunadək həyata keçirilən genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib. MSK sədri Məzahir Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Komissiyanın qərarı ilə 2026-cı ilin daimi seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi işi başa çatmış hesab olunub. Siyahıların müvafiq seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsi, tərtib olunan seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiqlənməsi işinin dairə seçki komissiyalarına həvalə edilməsi qərara alınıb. Həmçinin Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.

Məlumat üçün qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 332 229 seçici daxil edilib ki, onların da 47,59 faizi kişi, 52,41 faizi isə qadınlardır.

Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin MSK-nın 15 oktyabr 2025-ci il və 27 aprel 2026-cı ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

Mərkəzi Seçki Komissiyasına sədr, müavin və katiblər seçilibAprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkib...
28/04/2026

Mərkəzi Seçki Komissiyasına sədr, müavin və katiblər seçilib

Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Komissiyanın iclasında qurumun sədri, müavini və iki katibi seçilib.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.

Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılmasının dövlətimizin demokratik təsisatlarının varisliyini və siyasi hüquqi sistemin dayanıqlığını ifadə etdiyini bildirən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanın demokratik inkişafında seçkilər və ümumxalq səsvermələri böyük rol oynayır.

“Seçkilər xalqın iradəsinin ifadə olunmasının fundamental mexanizmini, cəmiyyətin, dövlət institutlarının etimadının möhkəmləndirilməsinin mühüm vasitəsidir. Bu baxımdan seçkilərin qanunauyğun şəkildə hazırlanıb keçirilməsi vacib məsələdir. Ölkənin demokratik inkişaf səviyyəsi seçkilərin nə dərəcədə şəffaf təşkil edilməsindən asılıdır. Dünya sürətlə dəyişir və seçki prosesinə tələblər artır. Bu baxımdan MSK-nın üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, ötən dövrdə üzərinə düşən işi layiqincə yerinə yetirən Komissiya bu gün ölkəmizin siyasi sistemində özünəməxsus yer tutur", - deyə S.Qafarova vurğulayıb.

Sonra MSK-nın ən yaşlı üzvü Məzahir Pənahov Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib.

Daha sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilib.

Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.

MSK-nın yeni tərkibinə etimad göstərdiklərinə görə Milli Məclisin bütün üzvlərinə minnətdarlığını bildirən Məzahir Pənahov qeyd edib ki, Komissiyanın indiyə qədər olan tələbləri yerində qalır və bu tələblər bir az da ciddiləşəcək. MSK sədri bildirib ki, Komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərir.

“Azərbaycanda 30 mindən artıq aşağı seçki komissiyası üzvü var. Bütün seçki komissiyalarının binaları müasir cihazlarla, avadanlıqlarla təmin olunub. Bütün dairələrin iş şəraiti dünyaya nümunə ola biləcək səviyyədə qurulub. Azərbaycan şəffaflıq cəhətdən də dünyada analoqu olmayan bir nümunəni ortaya qoyub. Belə ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən birbaşa MSK-nın saytına girməklə seçki prosesini müşahidə etmək mümkündür. Bunun üçün heç bir əlavə qeydiyyat və ya icazə tələb olunmur. Bütün bu sadalananlar Prezident İlham Əliyevin siyasi iradəsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın MSK-ya diqqətinin məntiqi nəticəsidir", - deyə M.Pənahov vurğulayıb.

Sədr Məzahir Pənahov bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Mərkəzi Seçki Komissiyası adından bir daha minnətdarlığını bildirib.

Sonra səsvermə yolu ilə Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir siyasi partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçiliblər.

AZƏRTAC

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcəkAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası...
09/04/2026

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə yola düşüb.

Səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir. Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdir.

Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.

MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.

Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcəkAzərbaycan Respublikası Mərkəzi Se...
13/03/2026

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfərə yola düşüb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvəti ilə gerçəkləşdirilən səfərin əsas məqsədi 2026-cı il martın 15-də Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı keçiriləcək referendumu izləməkdir.

Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Qazaxıstanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə əlaqədar müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

Azərbaycan Mərkəzi Seçki Komissiyası Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun müşahidəsində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də təmsil olunur. Belə ki, Komissiyanın digər nümayəndələri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası və Müstəqil Dövlətlər Birliyi missiyalarının tərkibində sözügedən referendumun müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə referendum prosesini müşahidə edəcəklər.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

26/02/2026


MSK-nın nümayəndə heyəti Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcəkAzərbaycan Respublikası Mərkəzi Seç...
28/11/2025

MSK-nın nümayəndə heyəti Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasına səfər edib.

Qırğız Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi noyabrın 30-da bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir. MSK təmsilçilərinin səsvermə gününədək növbədənkənar parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacağı və habelə seçki günü paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını müşahidəsi nəzərdə tutulur.

MSK nümayəndə heyəti noyabrın 28-də Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının ikinci iclasında da iştirak edəcək. Tədbirdə seçki idarəçiliyi sahəsində institusional əməkdaşlığın inkişafı və əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin Qırğız həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, MSK-nın nümayəndələri Qırğız Respublikasında növbədənkənar parlament seçkilərində Türk Dövlətləri Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatı, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də təmsil olunurlar.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

      !
08/11/2025






!

2025-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilibMəzahir Pənahovun sədrliyi ilə 2025-ci il oktyab...
15/10/2025

2025-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Əvvəlcə Komissiyanın 20 iyun 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının qərarı ilə təşkilatın Baş katibi vəzifəsinə seçilib. Bununla əlaqədar onun MSK-ya ünvanladığı müraciəti və Türk Dövlətləri Parlament Assambleyasının müvafiq təsdiqedici sənədləri qanunvericiliyə uyğun qaydada araşdırılıb, deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsasların olduğu müəyyənləşib. Komissiya qeyd olunanları nəzərə alaraq, ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. MSK üzvlərinin müzakirəsinin ardınca 44 saylı Sumqayıt üçüncü, 60 saylı Quba – Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan – Biləsuvar – Neftçala, 76 saylı Lənkəran – Masallı, 100 saylı Göygöl – Daşkəsən – Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunması qərara alınıb.

Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

Şəhidlərimizi ehtiramla anırıq!
27/09/2025

Şəhidlərimizi ehtiramla anırıq!

Sənə can qurban, Azərbaycan!
27/09/2025

Sənə can qurban, Azərbaycan!

Address

S. S. Axundov 7
Baku
AZ1115

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Seçki Komissiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mərkəzi Seçki Komissiyası:

Share