Kitabların ən ucuz qiymətlərlə satışı

Kitabların ən ucuz qiymətlərlə satışı MMİH İctimai Birliyi olaraq marifçiliyə və xeyriyyəçiliyə dəstək üçün kitabların satışda olan qiymətlərindən daha ucuz qiymətlə satışı.

2 azn
18/06/2023

2 azn

Kitab istifadə olunmasa da ikinci əl qiymətinə satılır.  Qiyməti 10 azn.
05/06/2023

Kitab istifadə olunmasa da ikinci əl qiymətinə satılır. Qiyməti 10 azn.

Kitablar istifadə olunmasa da ikinci əl qiymətinə satılır.  Qiymətlər 1-4 azn aralığındadır.
05/06/2023

Kitablar istifadə olunmasa da ikinci əl qiymətinə satılır. Qiymətlər 1-4 azn aralığındadır.

Elm Tanrı Axtarışında (13 AZN)Müəllif: Con LennoksDil: AzərbaycanSəhifə: 368Kitabın ölçüsü: 60x84Nəşriyyat: Qədim Qala“B...
16/05/2022

Elm Tanrı Axtarışında (13 AZN)
Müəllif: Con Lennoks
Dil: Azərbaycan
Səhifə: 368
Kitabın ölçüsü: 60x84
Nəşriyyat: Qədim Qala

“Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir.

O soruşur: “Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?”

Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, hə-ya-tın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Müzakirələr zamanı Lennoks rəqiblərinin arqumentlərindən zəifini deyil, ən güclüsünü seçir və onu ədalətlə, obyektiv təhlil edir, öz ixtisası ilə əlaqəli mövzularda şəxsən tutarlı arqumentlər təqdim edir, digər sahələrdə isə qabaqcıl mütəxəssislərə istinad edərək öz bəyanatlarını əsaslandırır.

Bu kitabın səhifələrində kainatdakı incə nizamdan təsirlənən fiziklərin, xüsusi bir planetdə yaşadığımızı dərk edib heyrətlənən kosmoloqların, DNT-dəki informasiyanın şüurlu yaradılış fikrinə sövq etdiyi filosof və genetiklərin, “Tanrı” deməmək üçün ümidsiz halda çırpınan Dokins və dəstəsinin hekayəsini tapa biləcəksiniz.

Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğunu öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız. Elm və din münasibətlərinin kamil şəkildə təhlil edildiyi, heç bir irada, açıq suala yer qoymamış ən son müzakirələri ehtiva edən “Elm Tanrı axtarışında” kitabı elmin dinlə rabitəsi haqqında debatlar üçün misilsiz töhfədir.

Sürətli Oxu (2-ci nəşr)   (4.50 AZN)Müəllif: Qədim Qala NE (Tərcümə)Dil: AzərbaycanSəhifə: 200Kitabın ölçüsü: 60x90Nəşri...
16/05/2022

Sürətli Oxu (2-ci nəşr) (4.50 AZN)
Müəllif: Qədim Qala NE (Tərcümə)
Dil: Azərbaycan
Səhifə: 200
Kitabın ölçüsü: 60x90
Nəşriyyat: Qədim Qala Nəşriyyat Evi

Bu kitab sürətli oxunun yolları, sürətli oxu prosesinin nədən ibarət olması barədədir. Sürətli oxu adi oxu qaydasından tamamilə fərqlənən bir oxu metodudur. Aşıb-daşan informasiya dünyasında belə bir metoda yiyələnmək hamı üçün mühümdür. Bu kitab indiyə kimi hamının bildiyi adi oxu anlayışlarını alt-üst edir və oxucu qarşısında yeni üfüqlər açır. Sürətli oxu real bir oxu metodudur. İnsan üçün qəribə görsənsə də belə 1 saata 1 kitab oxumaq tamamilə mümkündür. Sürətli oxu metoduna yiyələndikdən sonra siz kitab səhifələrində irəliyə doğru “qaçacaqsınız”. Ki­tab oxunulandan sonra hər bir şey məlum olacaqdır.

Masalın İstanbul Macəraları (5 AZN)Müəllif: Ece Erdoğuş LeviDil: AzərbaycanSəhifə: 0Kitabın ölçüsü: 60x84Nəşriyyat: Qədi...
16/05/2022

Masalın İstanbul Macəraları (5 AZN)
Müəllif: Ece Erdoğuş Levi
Dil: Azərbaycan
Səhifə: 0
Kitabın ölçüsü: 60x84
Nəşriyyat: Qədim Qala

Bəzən doğulub boya-başa çatdığımız şəhərlərin hekayələrini bilmək, onların başqa şəhərlərdən fərqli olduğunu görmək çətin olur. Qarşısından keçib getdiyimiz binaların, şəhərin, ya da dənizin ortasındakı qüllələrin özündə hansı böyük sirləri gizlətdiyini bilmirik. Çünki onları həmişə olduqları yerdə görmüşük. Onlar gündəlik həyatın içindən çıxıb sizə özlərini göstərməyi bacarmazlar.

Kitabı oxuyarkən tanış olacağımız Masal da yaxın dostu olan müdrik qarğa Qaranı tanıyana qədər İstanbulun küçələrini gəzərək necə bir macəraya atıla biləcəyini ağlına belə gətirməzdi.

40 Tədqiqat  (11 AZN)Müəllif: Rocer R. HokDil: AzərbaycanSəhifə: 232Kitabın ölçüsü: 60x84Nəşriyyat: Qədim Qala “40 tədqi...
16/05/2022

40 Tədqiqat (11 AZN)
Müəllif: Rocer R. Hok
Dil: Azərbaycan
Səhifə: 232
Kitabın ölçüsü: 60x84
Nəşriyyat: Qədim Qala

“40 tədqiqat” əsəri insan davranışları, bu mövzuda olan psixoloji araş­dırmaların inkişafı və onların elm aləminə töhfəsi ilə maraqlanan ən geniş oxucu çevrəsi üçün nəzərdə tutulub.

Elmi məzmuna və eyni zamanda sürükləyici təhkiyəyə malik olan bu əsər psixoloji mövzuda qələmə alınmış ən unikal araşdırmalardan hesab edilir. Psixologiya elmini sarsıtmış ən məşhur tədqiqatlar arasında uğurla seçim edən Rocer R. Hok öz bənzərsiz üslubu, zərif, aydın və lakonik təhkiyəsi ilə bu eksperimentlərin sirlərini oxucuya açıqlayır.

Bu kitaba orijinal əsərdə yer alan ən çox əks-səda doğurmuş tədqi­qatlar daxil edilmişdir. Bir çox mövcud təsəvvürləri alt-üst edərək çoxsaylı layi­hələr və yeni araşdırmalar üçün zəmin yaratmış bu tədqiqatlar hər zaman akademik müzakirələrin ən aktual mövzusudur.

Psixologiya elmi ilə tanış olmaq üçün sadəcə bir kitab oxumaq fürsətiniz varsa, məhz bu kitabı seçməlisiniz.

Tanrının diliMüəllif: Frensis KolinsDil: AzərbaycanSəhifə: 248Kitabın ölçüsü: 60x84Nəşriyyat: Qədim Qala12 AZN deyil  10...
25/01/2022

Tanrının dili

Müəllif: Frensis Kolins
Dil: Azərbaycan
Səhifə: 248
Kitabın ölçüsü: 60x84
Nəşriyyat: Qədim Qala

12 AZN deyil 10 AZN

40 yaşından sonra həyatını kökündən dəyişən və inanılmaz uğur qazanan yazıçı və biznes treneri Cen Sinseronun “Sən pul q...
20/02/2021

40 yaşından sonra həyatını kökündən dəyişən və inanılmaz uğur qazanan yazıçı və biznes treneri Cen Sinseronun “Sən pul qazanmaqda əjdahasan” kitabı dünyanın 20-dən çox dilinə tərcümə edilib. Bu kitabda müəllif düşüncə tərzinin və vərdişlərin köməyilə həyatı yaxşılığa doğru dəyişməyin mümkünlüyündən bəhs edir və oxucunu güclü motivasiyaya kökləyir.

Bu kitabın sayəsində siz: var-dövlətə sağlam münasibət bəsləmək və buna nail olmaq; normal gəlir əldə etməyi əngəlləyən gizli inamları müəyyən etmək; pulu enerji axını kimi qəbul etməyə və onu idarə etməyin sirlərini öyrənməyə başlamaq; emosiyaları qazanc vasitələrindən birinə çevirmək; kainat üçün aydın sorğular hazırlamaq vərdişinə yiyələnmək; ürəyinizin çağırışına qulaq asmağı və bunun pul axını üçün əsas yaratmağı öyrənmək; qətiyyətli hərəkətə keçmək; pulun əriməməsi, çoxalması üçün nə edəcəyinizi anlamaq; gəlirinizi bir neçə dəfə artırmağa və hərəkətə gətirməyə imkan verən “inam sıçrayışı” etmək imkanı qazanacaqsınız.

Pulitserovski mükafatı laureatı Çarlz Dahiqq oxucular qarşısında vərdişlərin necə formalaşması və niyə mövcud olması, hə...
20/02/2021

Pulitserovski mükafatı laureatı Çarlz Dahiqq oxucular qarşısında vərdişlərin necə formalaşması və niyə mövcud olması, həmçinin onları necə dəyişmək haqda son elmi tapıntıların maraqlı dünyasını açır.
“Starbucks” öz müştərilərini necə cəlb edir?
Özünü qələbə qazanmağa proqramlaşdıra bilərsənmi?
Bir nəfərin vərdişləri ümumi məqsədə çatmağa təsir göstərirmi? Elmi məlumatları maraqlı misallarla – iri şirkətlərin, uğurlu idman komandalarının və hətta vətəndaş hüquqlarının müdafiəsi hərəkatlarının tarixçələri ilə zənginləşdirən Dahiqq bizi insan təbiəti və onun həqiqətən sərhədsiz imkanları barədə qənaətə gətirib çıxarır.
Hər şey: idmanla məşğul olmaq və artıq çəki ilə mübarizə aparmaq, peşəkar faydalılıq və maliyyə uğurları vərdişin gücündən asılıdır. Vərdişlərimizi dəyişməklə öz həyatımızı və bizi əhatə edən dünyanı dəyişə bilərik!

Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, v...
20/02/2021

Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır.
Sonralar oxucular romanı demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarının birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.
Romanın qəhrəmanı Antuan dövrünün çətinlik və xəstəliklərindən özünü qorumaq üçün “idiotlaşmaq” yolunu seçir. Antuanın on bir yaşı olanda günlərin bir günü özünü yetmiş yeddi yaşlı qoca kişi kimi hiss edir. İyirmi beş yaşa çatanda isə “idiot” olmaqdan başqa çarəsi qalmadığını anlayır. Hər şey də bundan sonra başlayır.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Kitabların ən ucuz qiymətlərlə satışı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kitabların ən ucuz qiymətlərlə satışı:

Share

Category