Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi

Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi

Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı1. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-1...
31/05/2020

Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı

1. Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olur.

Mayın 1-dən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə verilir.İdarənin İctimaiyyətlə əlaqələ...
01/05/2020

Mayın 1-dən avtomobillərin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə verilir.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, plyonkaların yan şüşələrə vurulmasına nə keçən il, nə də bu il heç bir icazə verilməyib:

“Sadəcə jalüzlərin istifadəsinin mövsümi xarakter daşımaması ilə əlaqədar məsələ Milli Məclisdə baxılmaq ərəfəsində olduğuna görə sürücülər məsuliyyətə cəlb edilmir”.

Aprelin 27-si gecə saat 12-dən etibarən:“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet sa...
26/04/2020

Aprelin 27-si gecə saat 12-dən etibarən:

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

✅fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
✅kitab satışı
✅qəzet satışı
✅dəftərxana mallarının satışı
✅çap və surətçıxarma fəaliyyəti
✅fotoatelye/fotostudiyalar
✅fərdi mənzillərdə təmizlik xidmətləri
✅dərzi xidmətləri
✅kosmetika və ətriyyat satışı
✅geyim satışı
✅ayaqqabı və dəri məmulatlarının satışı
✅qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
✅mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
✅kompüter avadanlıqlarının satışı və təmiri
✅elektronika və məişət texnikasının satışı
✅mebel satışı
✅avtomobil satışı
✅kimyəvi məhsulların satışı
✅gül və bitki məhsullarının satışı
✅kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
✅gübrə və aqrokimyəvi məhsulların satışı

Amma ticarət mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Faydalı
06/04/2020

Faydalı

Address

Baku

Telephone

+994552227554

Website

Alerts

Be the first to know and let us send you an email when Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi:

Share