Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə xoş gəlmisiniz.

Həftəsonu günlərində vətəndaşların istirahət məkanlarına üz tutduğunu nəzərə alaraq ətraf mühitin qorunmasına məsuliyyət...
06/06/2026

Həftəsonu günlərində vətəndaşların istirahət məkanlarına üz tutduğunu nəzərə alaraq ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa çağırırıq.

🚮 Məişət tullantılarını yalnız nəzərdə tutulmuş yerlərə atın, istirahət etdiyiniz ərazilərdə təmizliyə və sanitariya qaydalarına riayət edin.

🌿 ♻️ Ətraf mühiti çirkləndirməyək, təbiəti birlikdə qoruyaq!

04/06/2026

🚨 💻 KMBİ bankların adından saxta kredit səhifələri yaradan şəxsləri saxladı ⤵️

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) daxil olan müraciətlərdə vətəndaşlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə aldadıldıqlarını, nəticədə bank kartlarındakı vəsaitlərinin oğurlandığını bildiriblər.

Kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən daha 2️⃣ nəfər müəyyən edilərək saxlanılıb.

⚠️ Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və digər maliyyə xidmətlərindən istifadə zamanı yalnız rəsmi və lisenziyalı platformalara etibar etsinlər, kart məlumatlarını naməlum keçidlərdə paylaşmasınlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına müraciət etsinlər.

04/06/2026

Milli Parkın ərazisində narkoplantasiya yetişdirən şəxs saxlanılıb ⤵️

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.

04/06/2026

Daxili işlər naziri Vilayət Eyvazov Qazax rayonunda vətəndaşların müraciətlərini dinlədi, Ağstafa rayonunda sıra baxışı keçirdi


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Qazax rayonunda növbəti vətəndaş qəbulu, Ağstafa rayonunda isə sır...
04/06/2026

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Qazax rayonunda növbəti vətəndaş qəbulu, Ağstafa rayonunda isə sıra baxışı keçirib.

Nazir iki gün ərzində 211 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

✅ Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 238 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.


04/06/2026

Yol polisi mümkün qəzanın qarşısını aldı 🚔 🛴

📍 Paytaxt ərazisində yol hərəkəti qaydalarını pozaraq hərəkət hissəsinə çıxmağa cəhd edən skuter sürücüsü yol polisi əməkdaşının müdaxiləsi nəticəsində saxlanılıb və mümkün yol-nəqliyyat hadisəsinin qarşısı alınıb.

Bir daha xatırladırıq ki, fərdi hərəkət vasitələrindən istifadə edən şəxslər yol hərəkəti qaydalarına ciddi əməl etməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atmamalıdırlar.

🏛️ 🧑‍🏫 Polis Akademiyasında yüksək peşəkarlığa malik mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdiril...
02/06/2026

🏛️ 🧑‍🏫 Polis Akademiyasında yüksək peşəkarlığa malik mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdirilir.

Təcrübəli mütəxəssislərin dərslərə cəlb olunması tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirməyə, həmçinin gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı şəkildə başlamalarına şərait yaradır.

Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.Görüşdə hüquq-mühafizə və məhkəmə insti...
02/06/2026

Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

Görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmaslar praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına, hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

01/06/2026

🚨 💻 KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib

⚠️ Vətəndaşları bir daha qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Yaddan çıxarmaq olmaz ki, yalnız qanunsuz kazino oyunların təşkili yox, həmin oyunlarda iştirak da hüquqi məsuliyyət yaradır.

01/06/2026

Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib

Bakı Şəhər İdarəsinin təşəbbüsü və “YAŞAT” Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib.

Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirilən görüş çərçivəsində tədbir iştirakçıları Bakı Şəhər BPİ DYP İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.

Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, eləcə də inzibati hüquqpozmalar barədə nəzəri məlumatlar verilib, xüsusi texniki vasitələr nümayiş olunub.

Bununla yanaşı şagirdlərə nəqliyyatın intellektual idarə edilməsi sistemi, yol hərəkətinin tənzimlənməsi və müasir texnologiyaların tətbiqi haqqında ətraflı məlumatlar verilib. Məktəblilər real vaxt rejimində yollardakı vəziyyətin necə izlənildiyini və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan innovativ həlləri maraqla izləyiblər.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Address

Azərbaycan Pr. 7
Baku
AZ1005

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

Share

Category