Aqrar Tədarük və Təchizat

Aqrar Tədarük və Təchizat Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqrar Tədarük və Təchizat, Government Building, 1/3, Ahmad Radjabli, Baku.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanına əsasən yaradılmışdır. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsu

s rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.

31/03/2026
31 mart-Azərbaycanlıların soyqırımı günü
31/03/2026

31 mart-Azərbaycanlıların soyqırımı günü

Aqrar Tədarük və Təchizat” ASC İtaliyanın aparıcı aqrar təşkilatları ilə əməkdaşlığa başlayırDaşkənddə keçirilən görüşlə...
25/03/2026

Aqrar Tədarük və Təchizat” ASC İtaliyanın aparıcı aqrar təşkilatları ilə əməkdaşlığa başlayır

Daşkənddə keçirilən görüşlər çərçivəsində “Aqrar Tədarük və Təchizat” ASC ilə İtaliyanın ən böyük fermer təşkilatlarından biri olan “Coldiretti” və aqrar-sənaye sektorunu birləşdirən “Filiera Italia” Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Aqrar-qida sektorunda yeni imkanlar açan bu əməkdaşlıq xüsusilə orta və uzunmüddətli layihələr, təcrübə mübadiləsi və daha effektiv istehsal modellərinin tətbiqi baxımından önəmli addımdır.
Razılaşmaya əsasən, tərəflər kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi, istehsalın müasirləşdirilməsi, eləcə də məhsulların izlənilməsi və sertifikatlaşdırılması sahələrində birgə fəaliyyət göstərəcəklər.
Yerli istehsalçılar üçün yeni satış imkanlarının yaradılmasını da diqqətdə saxlayan Memorandumda rəqəmsal və dəqiq kənd təsərrüfatı, müasir suvarma yanaşmaları və fermer təcrübələrinin ölkəmizdə tətbiqi əsas istiqamətlərdəndir.
İnanırıq ki, bu əməkdaşlıq yerli istehsalın inkişafına mühüm töhfə verəcək və məhsullarımızın xarici bazarlarda rəqabət qabiliyyətini daha da artıracaq.

Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işl...
20/03/2026

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.

Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.

Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

Hörmətli həmvətənlər!Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi ...
20/03/2026

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.

Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət edən İslam dini tarixən cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin və milli-mənəvi həmrəyliyin bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir, xeyirxahlığın və savab əməllərin təntənəsinə çevrilir. Bu mübarək günlərdə dövlətimizin əmin-amanlığı, firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

Address

1/3, Ahmad Radjabli
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Aqrar Tədarük və Təchizat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aqrar Tədarük və Təchizat:

Share