236 nömrəli tam orta məktəb

236 nömrəli tam orta məktəb Badamdar qəsəbəsi, N. Paşayev küçəsi 4-6

Bakı şəhəri 236 nömrəli tam orta ümumtəhsil məktəbində Novruz bayramı ərəfəsində və 19 mart 2026-cı il tarixi belə yadda...
20/03/2026

Bakı şəhəri 236 nömrəli tam orta ümumtəhsil məktəbində Novruz bayramı ərəfəsində və 19 mart 2026-cı il tarixi belə yadda qaldı....🥰

💐👏🎊🎉

Xatirələr FOTOLARDA...

20/03/2026

Bakı şəhəri 236 nömrəli tam orta ümumtəhsil məktəbində 19 mart 2026-cı il tarixi belə yadda qaldı....🥰

💐👏🎊🎉

Xatirələr videogörüntülərdə...

DİREKTOR PAPAQ ATAN ŞAGİRDLƏRİ SEVİNDİRİBMartın 17-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi...
20/03/2026

DİREKTOR PAPAQ ATAN ŞAGİRDLƏRİ SEVİNDİRİB

Martın 17-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi 4 “B” sinif şagirdləri ilə birgə Novruzun sonuncu çərşənbəsi – Torpaq çərşənbəsinin (İlaxır çərşənbə) qədim və özünəməxsus adət-ənənələrinə uyğun olaraq məktəbin direktoru Elnur Mirzəyevin iş otağının qapısına papaq atıblar. Direktor şagirdlərin papaqlarını bayram sovqatları ilə doldurmaqla onlara böyük sevinc duyğuları yaşadıb.🥰

20/03/2026

DİREKTOR PAPAQ ATAN ŞAGİRDLƏRİ SEVİNDİRİB

Martın 17-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi 4 “B” sinif şagirdləri ilə birgə Novruzun sonuncu çərşənbəsi – Torpaq çərşənbəsinin (İlaxır çərşənbə) qədim və özünəməxsus adət-ənənələrinə uyğun olaraq məktəbin direktoru Elnur Mirzəyevin iş otağının qapısına papaq atıblar. Direktor şagirdlərin papaqlarını bayram sovqatları ilə doldurmaqla onlara böyük sevinc duyğuları yaşadıb.🥰

Martın 19-da məktəbin həkimi Sona Əmirova və tibb bacısı Məlahət Atalıyeva məktəbin VIII-IX sinif şagirdləri arasında sa...
19/03/2026

Martın 19-da məktəbin həkimi Sona Əmirova və tibb bacısı Məlahət Atalıyeva məktəbin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də hava-damcı yolu ilə ötürülən infeksiyalardan qorunmağın yolları mövzularında maarifləndirmə tədbiri həyata keçiriblər. Həkim Sona Əmirova infeksiyanın uşaqlar arasında xüsusi şiddətlə müşahidə olunduğunu və vaxtlı-vaxtında müalicə olunmadığı təqdirdə bir sıra problem, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, dizenteriya və anemiya kimi xəstəliklərə gətirib çıxaracağını bildirib. Bildirilib ki, bu kimi xəstəlilkərin yaranmasının əsas səbəbi gigiyena qaydalarının pozulmasıdır. Məktəbdə uşaqlar arasında pozan və qələm alış-verişi də mikrobların ötürülməsinə səbəb olur. Öskürmə və asqırma yoluyla bu əşyalara bulaşan xəstəlik yaradan mikroblar əllər vasitəsilə də yoluxur. Buna görə gigiyenik qaydalara ciddi diqqət yetirilməli, əllər tez-tez yuyulmalı, dırnaqları qısa kəsilməlidir. Şagirdlərə hava-damcı yolu ilə ötürülən infeksiyalardan qorunmaq məqsədilə müvafiq tövsiyələr təqdim olunub, qoruyucu vasitələrdən – maska və əlcəklərdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Məlumatların daha asan mənimsənilməsi üçün animasiya çarxları nümayiş olunub.

Martın 19-da - Ramazan bayramı və Novruz bayramı ərəfəsində 236 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi şəhid ...
19/03/2026

Martın 19-da - Ramazan bayramı və Novruz bayramı ərəfəsində 236 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi şəhid olan məktəbin məzunu - Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlunun ailəsinə baş çəkərək bayram münasibətilə təbrik edib, Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı yalnız sosial dəstək deyil, həm də onların yanında olmağın, mənəvi dəyərlərin qorunmasının və cəmiyyət olaraq birliyimizin ifadəsidir.
Şəhidin ailə üzvləri göstərilən qayğıya görə məzunu olduğu 236 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elnur Mirzəyevə minnətdarlıqlarını bildiriblər.

Martın 18-də - Novruz bayramı ərəfəsində 236 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi şəhid olan Azərbaycan Sil...
19/03/2026

Martın 18-də - Novruz bayramı ərəfəsində 236 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Əhədzadə İlkin Qələmşah oğlunun ailəsinə baş çəkərək bayram münasibətilə təbrik ediblər.
Şəhidin ailə üzvləri göstərilən qayğıya görə məzunu olduğu 236 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elnur Mirzəyevə minnətdarlıqlarını bildiriblər.

Martın 18-də məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı və uşaq birliyi rəhbəri Tü...
18/03/2026

Martın 18-də məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı və uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın, məktəbin rus dili və ədəbiyyatı müəllimi Leyla İmanovanın, Azərbaycan dili də ədəbiyyat müəllimi Aygün Vəliyevanın və məktəbin təsviri incəsənət müəllimlərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz töhfələri” adlı təntənəli konsert proqramı təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər. İlk öncə məktəbin foyesində Novruz bayramına həsr olunmuş “Novruz uşaqların gözü ilə” adlı təşkil olunan müsabiqə-sərgidə şagirdlərin rəsm və əl işlərinə baxış keçiriblər. Sərgidə nümayiş olunan bir-birindən fərqli rəsm əsərlərində və əl işlərində gələcəyin bacarıqlı rəssamlarının Novruz sevinci öz təzahürünü tapıb. Müsabiqə-sərgidə fəal iştiraklarına görə şagirdlərə direktor tərəfindən "Təşəkkürnamə" təqdim olunub. Bayram tədbiri məktəbin akt zalında rəngarəng konsert proqramı ilə davam edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Elnur Mirzəyev çıxış edərək tədbirdə iştirak edən qonaqlara bayram münasibətilə səmimi təbriklərini çatdırıb. Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin maraqlı oyunları isə tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb. Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında toplaşaraq Novruz ənənələrinə uyğun olaraq tonqalı alovlandırıblar.

18/03/2026

18 mart 2026-cı il tarixdə məktəbin akt zalında Novruz bayramına həsr olunmuş “Novruz töhfələri” adlı təntənəli konsert proqramından videogörüntünü təqdim edirik:

Address

Badamdar Qəs. Nurəddin Paşayev-4/6
Baku

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00

Telephone

+994125028278

Alerts

Be the first to know and let us send you an email when 236 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share