Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi RİH Rayon ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.

Binəqədi rayon İcra Hakimiyyəti "Yerli İcra Hakimiyyətləri" haqqında əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını yerinə yetirir. Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır. Ərazisi 147,06 kv.km, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir. Rayonun inzibati ərazisində 6 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May və Sulutəpə qəsəbələri (5 qəsəbə inzibati ərazi dairəsi), 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar), eyni zamanda 7 və 8-ci mikrorayon, Dərnəgül yaşayış sahəsi ərazi hüdudlarını əhatə edən 1 nömrəli Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayon ərazi hüdudlarını əhatə edən 2 nömrəli Sahə inzibati ərazi dairəsi (SİƏD) mövcuddur. Rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir. 1 və 2 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD) və Dərnəgül yaşayış sahəsinin hüdudlarını əhatə edən Binəqədi bələdiyyəsi, Rəsulzadə qəsəbəsinin hüdudlarını əhatə edən Rəsulzadə bələdiyyəsi, Biləcəri qəsəbəsinin hüdudlarını əhatə edən Biləcəri bələdiyyəsi, Binəqədi qəsəbəsinin hüdudlarını əhatə edən Binəqədi qəsəbə bələdiyyəsi, Xocəsən, Sulu-təpə, və 28 May qəsəbəsinin hüdudlarını əhatə edən Xocasən bələdiyyəsi fəaliyyət göstərir

17/08/2026
17/08/2026
Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşı...
15/08/2026

Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə 15 avqust 2026-cı il tarixində növbəti ümumrayon iməciliyi keçirildi.
Rayonun kommunal təsərrüfat birlikləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, park və yaşıllıq ərazilərində oturacaqlar təmir olunaraq rəngləndi, qurumuş ot kolları biçildi, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.

13 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinlər...
14/08/2026

13 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 61 saylı ünvanda aşma təhlükəsi olan olan quru şam ağacının götürülməsi, A.Məmmədov küçəsi 119 saylı ünvanda yerləşən parkın işıqlandırması, M.Cəlal 41 saylı ünvanda ABAD həyətdə ağaclara aqrotexniki qulluğun göstərilməsi və şam ağaclarının gövdəsinin budanması, M.Cəlal küçəsi 31, 21 və 33 saylı ünvanlarda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 49 və 283 saylı bağçaların ətrafında sahibsiz küçə heyvanlarının ərazidən götürülməsi, M.Cəlal küçəsi 35 və 21 saylı ünvanlarda oturacaqların yerləşdirilməsi, Ü.Hacıbəyov küçəsi 2/10 və İ. Həşimov küçəsi 205b, həmçinin ətraf yaşayış binalarda qazın təzyiqinin zəif olması, M.Cəlal küçəsi 35 və 27 saylı ünvanlarda məhəllə daxili parkın salınması, S.Məmmədova küçəsi 203b saylı ünvanlarda ağacın budanması, Azadlıq prospekti 200 saylı ünvanda yağış sularının mənzillərə daxil olmasının aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətləri əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yax...
13/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 12 avqust 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinləyərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verdi.

12 avqust 2026-cı il tarixində Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi.İclasda RİH yanında İctimai...
13/08/2026

12 avqust 2026-cı il tarixində Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi.
İclasda RİH yanında İctimai Şuranın sədri İradə Rizazadə və Şuranın üzvləri iştirak etdilər.
İclasda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri İradə Rizazadə çıxış edərək Şuranın fəaliyyətindən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söhbət açdı.
Məruzə ətrafında çıxış edənlər öz işinini İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri işlərin aparılmasının vacibliyindən danışdılar.
Çıxış edənlər İctimai Şuranın daha aktiv və fəaliyyət istiqamətlərinə dair müzakirələr apardılar.

Address

Azadlıq Prospekti 179
Baku
AZ1114

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125624832

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share