Əlilliyi olan şəxslərə sosial dəstək İB

Əlilliyi olan şəxslərə sosial dəstək İB Əlilliyi olan şəxslərə sosial dəstək İB-nin məqsədi əlilliyi olan şəxslərin cəmiyyət

Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon Əlillər Təşkilatı 1989-cu ildən fəaliyyət göstərir. 22.11.1995-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 773 nömrə ilə qeydiyyata alınmışdır. 17.12.2019-cu il tarixdən İctimai Birlik statusundadır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının ərazisidir. Fəaliyyətinin əsas məqsədi əlilliyi olan şəxslərə sosial dəstək etmək və cəmiyyətə

inteqrasiyasından ibarətdir. 2021-ci ildən Əlilliyi olan şəxslərə sosial dəstək İB adı ilə fəaliyyət göstərir.

✨ “İstedad sərhəd tanımır – Mən də varam” ✨Sizi “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı...
02/06/2026

✨ “İstedad sərhəd tanımır – Mən də varam” ✨

Sizi “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək sosial-mədəni tədbirə dəvət edirik. 💙

Bu xüsusi gündə əlilliyi olan şəxslər öz istedadlarını rəngarəng konsert proqramları ilə nümayiş etdirəcəklər. Gəlin birlikdə onların sevincinə, uğuruna və yaradıcılığına şahid olaq. 🌟

📅 6 iyun 2026
🕛 Saat 12:00
📍 Nizami Kino Mərkəzi Bakı şəhəri, Bülbül prospekti 20



Отправлено из WhatsApp
wa.me/994504336080?source=exsh

“Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin təlimlərinə start verilib“Əlilliyi olan Şəxslərə Sosial Də...
20/05/2026

“Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin təlimlərinə start verilib
“Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin təlimlərinə 20 may 2026-cı il tarixindən start verib.
Layihənin icrasına 01 may 2026-cı il tarixində başlanılıb və onun həyata keçirilməsi 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Təlim proqramı çərçivəsində 20 may–20 iyul 2026-cı il tarixləri arasında ümumilikdə 16 təlimin keçirilməsi nəzərdə tutulub.
Layihənin əsas məqsədi əlilliyi olan uşaqların analarına və valideynlərinə praktiki bilik və bacarıqlar qazandırmaq, onların uşaqlarına daha effektiv dəstək və müalicə üsullarını tətbiq etmələrinə kömək göstərməkdir. Təlimlər çərçivəsində iştirakçılara kineziolentləmə, müvazinətin tənzimlənməsi, postural vəziyyətin tənzimlənməsi, yürüş korreksiyası və digər istiqamətlər üzrə məlumatlar və praktik bacarıqlar təqdim olunur.
Layihənin ilk təliminə 12 valideyn qatılıb. Təlim iştirakçıların fəal iştirakı ilə keçib, mövzu ətrafında geniş müzakirələr aparılıb və tədbir valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Layihə çərçivəsində keçiriləcək növbəti təlimlərin də valideynlərin bilik və bacarıqlarının artırılmasına, həmçinin əlilliyi olan uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verəcəyi gözlənilir.

10/05/2026

Ermənistan-Azərbaycan arasında normallaşma və sülh prosesi davam etdiyi bir dövrdə, regionda xarici “müşahidə missiyalarının” fəaliyyətinin artırılması suallar doğurur. Cənubi Qafqazda davamlı sülh yalnız qarşılıqlı etimad, regional əməkdaşlıq və tərəfsiz yanaşma ilə mümkündür. Xarici siyasi manipulyasiyalar və birtərəfli mövqelər isə sülh gündəliyinə xidmət etmir. Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçısı kimi sülhə sadiq mövqeyini davam etdirir.



В период, когда между Арменией и Азербайджаном продолжается процесс нормализации и мирная повестка, расширение деятельности иностранных «наблюдательных миссий» вызывает серьезные вопросы. Устойчивый мир на Южном Кавказе возможен только на основе взаимного доверия, регионального сотрудничества и беспристрастного подхода. Политические манипуляции и односторонние позиции не способствуют миру. Азербайджан продолжает придерживаться последовательной позиции как основной гарант стабильности и безопасности в регионе.

#Азербайджан #Мир #ЮжныйКавказ #Стабильность #НПО #МирнаяПовестка

At a time when the normalization process and peace agenda between Armenia and Azerbaijan are ongoing, the expansion of foreign “monitoring missions” in the region raises important questions. Sustainable peace in the South Caucasus can only be achieved through mutual trust, regional cooperation, and an impartial approach. Political manipulation and one-sided positions do not contribute to peace. Azerbaijan continues to maintain its commitment as a key guarantor of stability and security in the region.

2–3 may 2026-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Əlilliyi olan ş...
04/05/2026

2–3 may 2026-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən müasir dövrdə mütaliə mədəniyyəti, oxu vərdişləri, oxucu sorğuları və maraqlarının öyrənilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Biznes Universitetinin və Bakı Avrasiya Universitetinin kulturologiya və sosial iş fakültələrinin tələbələri iştirak ediblər.

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları tələbələrə oxucu sorğularının öyrənilməsi, mütaliə maraqlarının formalaşdırılması, kitabxana fondunun tərkibi, müxtəlif yaş qruplarından olan oxuculara göstərilən kitabxana xidməti haqqında ətraflı məlumat veriblər. Tədbir iştirakçıları ənənəvi və onlayn oxucu formulyarları, oxucu gündəlikləri və ödənilmiş arayışlar arxivi ilə tanış ediliblər.

Oxucularla birlikdə anket sorğuları keçirilib.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Əlilliyi olan şəxslərə sosial dəstək İB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share