A.Ağaverdiyev adına 31 Nömrəli Tam Orta Məktəb

A.Ağaverdiyev adına 31 Nömrəli Tam Orta Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Yasamal rayonu A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəb.

Məktəbdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə silsilə tədbirlər ç...
17/03/2026

Məktəbdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə silsilə tədbirlər çərçivəsində bayram şənliyi təşkil olunmuşdur. Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri, müəllim və şagird kollektivi, həmçinin valideynlər iştirak etmişdir. Bayram proqramı çərçivəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, milli rəqslər, musiqi nömrələri və səhnəciklər təqdim olunmuş, Novruz atributları ilə hazırlanmış xonçalar nümayiş etdirilmişdir. Tədbir iştirakçıları üçün səmimi görüş mühiti yaradılmış, qazilərə və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilmişdir.Tədbirin rəsmi hissəsində çıxış edənlər Novruz bayramının xalqımızın tarixində və mədəni həyatında xüsusi yer tutduğunu vurğulamış, milli adət-ənənələrin qorunması və gələcək nəsillərə aşılanmasının əhəmiyyətini qeyd etmişlər.
Eyni zamanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, qazilərimizin göstərdiyi şücaət yüksək qiymətləndirilmişdir.
Keçirilən bayram şənliyi milli ruhun, həmrəyliyin və vətənpərvərlik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Məktəbin ibtidai sinif müəllimi Könül Cəfərova 2a sinfində milli-mənəvi dəyərlərin təbliği məqsədilə Novruz Bayramı mövz...
17/03/2026

Məktəbin ibtidai sinif müəllimi Könül Cəfərova 2a sinfində milli-mənəvi dəyərlərin təbliği məqsədilə Novruz Bayramı mövzusunda maarifləndirici dərs təşkil etdi. Dərs zamanı şagirdlərə Novruzun tarixi, adət-ənənələri, çərşənbələrin mahiyyəti və bayram atributları barədə ətraflı məlumat verildi.
Dərsin davamı olaraq şagirdlərin fəal iştirakı ilə Novruz mövzusunda yaradıcı master-klass təşkil olundu. Master-klass çərçivəsində şagirdlər Novruz atributlarını hazırlamış, bayrama həsr olunmuş rəsmlər və əl işləri ərsəyə gətirmişlər.
Keçirilən tədbir şagirdlərdə milli dəyərlərə hörmət, yaradıcılıq bacarıqlarının inkişafı və kollektiv əməkdaşlıq vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyətli rol oynayır.

Məktəbin 4a sinif şagirdi Nəzrin İmamverdizadə Gənc İstedadlar Şahmat Klubunun şahmat üzrə təsnifat turnirində I yer tut...
16/03/2026

Məktəbin 4a sinif şagirdi Nəzrin İmamverdizadə Gənc İstedadlar Şahmat Klubunun şahmat üzrə təsnifat turnirində I yer tutduğuna görə diplom və kubokla təltif olunub.Şagirdimizi ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbimizdə valideynlərlə maarifləndirici görüş keçirildi.Görüşün ...
13/03/2026

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəbimizdə valideynlərlə maarifləndirici görüş keçirildi.Görüşün əsas məqsədi narkomaniyaya qarşı mübarizə istiqamətində valideynlərin məlumatlandırılması, yeniyetmələrin zərərli vərdişlərdən qorunması və valideyn–şagird münasibətlərinin daha da gücləndirilməsi idi.
Tədbirdə çıxış edən və Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın katibi Rasım Əliyev və psixoloq Leyla Məmişova narkotik vasitələrin fəsadları,risk faktorları və profilaktik tədbirlər barədə ətraflı məlumat verdilər.Valideynləri maraqlandıran suallar cavablandırıldı, qarşılıqlı fikir mübadiləsi aparıldı. Sağlam gələcək üçün ailə və məktəb əməkdaşlığının vacibliyi xüsusi vurğulandı.

Növbəti yaşıl kartlar xüsusilə məktəbdaxili və məktəbdənkənar tədbirlərdə aktiv iştirak edən, təşəbbüskarlıq göstərən, t...
12/03/2026

Növbəti yaşıl kartlar xüsusilə məktəbdaxili və məktəbdənkənar tədbirlərdə aktiv iştirak edən, təşəbbüskarlıq göstərən, təşkilatçılıq və liderlik bacarığı ilə seçilən şagirdlərə təqdim olunmuşdur.
Bu təşəbbüsün məqsədi şagirdlərimizdə sosial məsuliyyət, liderlik və ictimai fəallıq keyfiyyətlərini daha da gücləndirməkdir.

"Ayın idman növü"layihəsi çərçivəsində badminton yarışı təşkil edilib.Yarışda şagirdlər böyük həvəslə iştirak edərək çev...
11/03/2026

"Ayın idman növü"layihəsi çərçivəsində badminton yarışı təşkil edilib.Yarışda şagirdlər böyük həvəslə iştirak edərək çeviklik, diqqət və dəqiqlik bacarıqlarını nümayiş etdiriblər.

"Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə" komissiyasının növbəti iclası keçirilib.İclasda komissiyanın gördüyü ...
11/03/2026

"Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə" komissiyasının növbəti iclası keçirilib.İclasda komissiyanın gördüyü işlər və əldə edilən nəticələrin hesabatı haqqında çıxışlar dinlənilib.
Sonda növbəti özünüqiymətləndirmə hesabatlarının hazırlanması üçün görüləcək işlər haqqında komissiya üzvlərinə tapşırıqlar verilib.

Sağlam həyat tərzinin təbliği,zərərli vərdişlərdən qorunma bacarıqlarının formalaşdırılması məqsədilə biologiya müəllimi...
10/03/2026

Sağlam həyat tərzinin təbliği,zərərli vərdişlərdən qorunma bacarıqlarının formalaşdırılması məqsədilə biologiya müəllimi Kəmalə Hüseynova "Gözəgörünməz düşmən-mikroblar"mövzusunda praktik məşğələ təşkil etdi.Doğru və yanlış gigiyena,əl yuma qaydalarının addım-addım praktik göstərilməsi,gündəlik gigiyena vərdişləri barədə geniş məlumatlar verildi. Gigiyena haqqında animasiya çarxları,mikroblar haqqında video roliklər nümayiş olundu.

Şagirdlərin milli kimlik duyğusunu möhkəmləndirmək,azərbaycançılıq ideologiyasına sadiq,vətəninə bağlı, mənəvi dəyərlərə...
06/03/2026

Şagirdlərin milli kimlik duyğusunu möhkəmləndirmək,azərbaycançılıq ideologiyasına sadiq,vətəninə bağlı, mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaş kimi yetişməsi məqsədilə "Bayrağım-qürur yerimdir" adlı rəsm müsabiqəsi keçirildi.

6-cı siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə A...
04/03/2026

6-cı siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan dili və riyaziyyat fənlərindən əlavə dərs saatlarının təşkili həyata keçirilir.Əlavə məşğələlər çətinlik yaradan mövzular üzrə planlaşdırılaraq keçirilir.
Keçirilən əlavə dərs saatları zamanı şagirdlərin mövzuları mənimsəmə səviyyəsi yoxlanılır və fərdi yanaşma tətbiq edilir.Ümumilikdə əlavə dərslər şagirdlərin nəticələrinin yaxşılaşmasına və dərsə marağının artmasına müsbət təsir göstərir.

"İdman həftəsi"çərçivəsində voleybol üzrə Fövqəladə Hallar Nazirliyinin "Xilasedici",Azərbaycan Çempionatının yüksək liq...
04/03/2026

"İdman həftəsi"çərçivəsində voleybol üzrə Fövqəladə Hallar Nazirliyinin "Xilasedici",
Azərbaycan Çempionatının yüksək liqasının lider komandasının üzvləri ilə görüş təşkil olunmuşdur. Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İdmançılar çıxış etdikləri yarışlar, nəticələr, qazandıqları nailiyyətlər və qarşıya qoyduqları məqsədlər barədə geniş məlumat veriblər.
Məktəbin direktoru Z.Rəsulova çıxış edərək bildirib ki,belə görüşlər şagirdlərdə özünə inam yaradır, onları sağlam və məqsədyönlü olmağa ruhlandırır. Xüsusilə məktəb mühitində təşkil edilən idmançılarla görüşlər uşaqların gələcək peşə seçimində və xarakter formalaşmasında mühüm rol oynadığı vurğulanıb.

11-ci sinif şagirdlərinin iştirakı ilə “İmtahan qabağı stress və onun idarə olunması" adlı maarifləndirici təlim keçiril...
03/03/2026

11-ci sinif şagirdlərinin iştirakı ilə “İmtahan qabağı stress və onun idarə olunması" adlı maarifləndirici təlim keçirilib.Şagirdlərə stressin idarə olunması, psixoloji dayanıqlılıq və motivasiya haqqında dəyərli məsləhətlər verilib. Şagirdlərə stress, stresin bioloji və psixoloji təsirləri, eləcə də stresi idarə etmə yolları haqqında geniş məlumatlar təqdim edilib.Stress yaradan amillər,xüsusən də imtahan öncəsi stress ilə mübarizə aparmanın yollarından danışılıb. Şagirdləri maraqlandıran mövzular ətrafında müzakirə aparılıb.

Address

F. İbrahimbəyov 17
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

0125952806

Alerts

Be the first to know and let us send you an email when A.Ağaverdiyev adına 31 Nömrəli Tam Orta Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to A.Ağaverdiyev adına 31 Nömrəli Tam Orta Məktəb:

Share

Category