Mənzil İnşaatı Dövlət Agentliyi

Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Agentliyin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.

01/06/2026

28/05/2026

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13...
22/05/2026

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Pəncab əyalətinin Mənzil və Şəhərsalma Agentliyinin (Punjab Housing and Town Planning Agency) nümayəndələri ilə görüş keçirilib.

Daha ətraflı aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://mida.gov.az/xeberler-ve-media/bizim-xeberler/12057

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi  münasibəti ilə Azərbayca...
10/05/2026

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi mayın 10-da Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlandı.Azərbaycan Respublikası Prezidentinin ...
06/05/2026

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlandı.

Azərbaycan Respublikası Prezidentinin 21.04.2026 tarixli 650 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.
Müvafiq dəyişikliklə, “ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilmişdir.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyaya uyğun olan hakimlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər 06.05.2026-cı il tarixindən etibarən SİMA Rəqəmsal İmza ( https://sima.az/az ), Asan İmza (https://asanimza.az/) və ya SİMA Token (Elektron İmza) (https://sima.az/az/token) istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli mənzil" pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.
28/04/2026

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş ağacəkmə aksi...
20/04/2026

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Binəqədi Yaşayış Kompleksinin ərazisində təşkil olunan aksiyada Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən ağaclar əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, suvarma və abadlıq işləri aparılmışdır.

Aksiyanın əsas məqsədi ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir. Belə tədbirlər yaşıllıqların qorunmasına xidmət etməklə yanaşı, sakinlər üçün ekoloji cəhətdən daha rahat mühitin formalaşmasına şərait yaradır.

Address

Süleyman Rüstəm Küçəsi, 31
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125056537

Alerts

Be the first to know and let us send you an email when Mənzil İnşaatı Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mənzil İnşaatı Dövlət Agentliyi:

Share