Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təbiəti dəyişmə, özünü dəyiş ! Change yourself, not nature !
Çağrı Mərkəzi 168

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmışdır. Nazirlik - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatla

rından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

02/06/2026

Bu buraxılışda, Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının sabiq İcraçı Direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Maimunah Mohd-Şərif, Ümumdünya Ətraf Mühit Günü haqqında öz fikirlərini bölüşür.

Təbiəti gələcək nəsillərə bizə miras qaldığından daha sağlam, daha yaşıl və daha dayanıqlı şəkildə ötürək!



~
In this episode, we hear from Maimunah Mohd-Sharif, Former Mayor of Kuala Lumpur, former Executive Director, UNHabitat; Member of Nizami Ganjavi International Center.

Let’s pass on nature to future generations in a better, healthier, and more sustainable condition than we inherited it!

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə uşaqlar üçün ekoloji maarifləndirici tədbir keçir...
02/06/2026

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə uşaqlar üçün ekoloji maarifləndirici tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə yaradılan ekoloji zonada uşaqlar üçün ətraf mühitin mühafizəsi və ekoloji düşüncənin formalaşdırılmasına həsr olunmuş maraqlı viktorinalar, interaktiv oyunlar və maarifləndirici fəaliyyətlər təşkil edilib.

Tədbir çərçivəsində ətraf mühit və mədəni irs mövzularını bir araya gətirən “İrs, ətraf mühit və uşaqların kəşfi” adlı kvest proqramı da həyata keçirilib. Kvest zamanı uşaqlar İçərişəhərin küçələri boyunca müəyyən edilmiş marşrut üzrə hərəkət edərək tarixi abidələr, memarlıq nümunələri və şəhər mühitinin ekoloji xüsusiyyətləri ilə yaxından tanış olublar.

Tədbirin məqsədi uşaqlarda ətraf mühitin qorunması və mədəni irsin mühafizəsi ilə bağlı məlumatlılığı artırmaq, onlarda təbiətə və tarixə qarşı məsuliyyətli münasibətin formalaşmasına töhfə vermək olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu kimi maarifləndirici təşəbbüslər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji dəyərlərin təşviqinə, cəmiyyətin müxtəlif təbəqələrinin ekoloji fəaliyyətlərə cəlb olunmasına və ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın gücləndirilməsinə xidmət edir.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Ümumdünya Ətraf Mühit Günü 2026-nın rəsmi tərəfdaşıdır!5 İyun tarixində keçiriləcək...
02/06/2026

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Ümumdünya Ətraf Mühit Günü 2026-nın rəsmi tərəfdaşıdır!

5 İyun tarixində keçiriləcək Ümumdünya Ətraf Mühit Günü 2026-nın Qoşulmama Hərəkatı Gənclər Təşkilatı rəsmi tərəfdaşı seçilib.

Bu tərəfdaşlıq çərçivəsində gənclərin iştirakı, iqlim dialoqu və dayanıqlı gələcək naminə birgə fəaliyyətin gücləndirilməsi hədəflənir.

Birlikdə iqlim fəaliyyəti, dayanıqlılıq və qlobal həmrəylik üçün daha güclü əlaqələr qururuq.



~
Non-Aligned Movement Youth Organization is an official partner of World Environment Day 2026!

Non-Aligned Movement Youth Organization has been selected as an official partner of World Environment Day 2026, which will be held on 5 June.

Through this partnership, we aim to strengthen youth engagement, climate dialogue, and collaborative action towards a more sustainable future.

Together, we are building stronger connections for climate action, sustainability, and global solidarity.

02/06/2026

🌳 Ağacların inventarlaşdırılması və nömrələnməsi işləri Sumqayıt bulvarı ərazisində davam edib.

Qeyd edək ki, identifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin “Yaşıllıqların inventarı” alt sisteminə daxil edilərək www.agac.az saytında yerləşdirilir.

“Regional İnkişaf” İctimai Birliyi Ümumdünya Ətraf Mühit Günü 2026-nın rəsmi tərəfdaşıdır!5 iyun tarixində keçiriləcək Ü...
02/06/2026

“Regional İnkişaf” İctimai Birliyi Ümumdünya Ətraf Mühit Günü 2026-nın rəsmi tərəfdaşıdır!

5 iyun tarixində keçiriləcək Ümumdünya Ətraf Mühit Günü 2026 çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi rəsmi tərəfdaş olaraq dəstək göstərir.

Bu tərəfdaşlıq ətraf mühitin qorunması, dayanıqlı inkişafın təşviqi, ekoloji maarifləndirmənin gücləndirilməsi və iqlim fəaliyyəti ilə bağlı təşəbbüslərin dəstəklənməsinə töhfə verir.

Təbiətdən ilhamlanaraq.
İqlim naminə.
Gələcəyimiz naminə.



~

“Regional Development” Public Union is an Official Partner of World Environment Day 2026!

As part of World Environment Day 2026, taking place on 5 June, the “Regional Development” Public Union supports as an Official Partner.

This partnership contributes to environmental protection, the promotion of sustainable development, the strengthening of environmental awareness, and support for climate action initiatives.

Inspired by Nature.
For Climate.
For Our Future.

♻️🌊 Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı təmizlik aksiyası keçirilibÜmumdünya Ətraf Mühit Günü çərçiv...
02/06/2026

♻️🌊 Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı təmizlik aksiyası keçirilib

Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Xəzər dənizinin Şüvəlan sahilində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını, IDEA İctimai Birliyinin nümayəndələrini, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllüləri, ekokönüllüləri, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələrini bir araya gətirən aksiya çərçivəsində sahilboyu ərazi tullantılardan təmizlənib.

İməcilik zamanı ərazidən 200 kiloqramdan artıq məişət tullantısı toplanaraq utilizasiya üçün aidiyyəti qurumlara təhvil verilib.

Aksiyanın məqsədi Xəzər dənizinin və sahilyanı ekosistemlərin qorunmasının vacibliyinə diqqət çəkmək, ətraf mühitə məsuliyyətli münasibəti təşviq etmək, ekoloji problemlərin həllində ictimai iştirakçılığı artırmaq və gələcək nəsillər üçün daha təmiz, sağlam və dayanıqlı mühitin formalaşmasına töhfə verməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərv...
02/06/2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət qulluqçuları üçün insan resurslarının idarə edilməsi, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri üzrə təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi dövlət qulluğunda peşəkarlığın artırılması, müasir idarəetmə prinsiplərinin tətbiqinin təşviqi, əməkdaşların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də xidmət fəaliyyətinin səmərəliliyinin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində maarifləndirmə işinin aparılması olub.

📌 Ətraflı məlumat:
https://eco.gov.az/az/nazirlik/xeber?newsID=30151

Mülki aviasiya işçilərini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
02/06/2026

Mülki aviasiya işçilərini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

02/06/2026

Türyançay Dövlət Təbiət Qoruğu

📍Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.



Address

Kazım Kazımzadə Küç. , 100 (A)
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125388508

Alerts

Be the first to know and let us send you an email when Ekologiya və Təbii Sərvətlər Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

Share